Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-375/2024 07.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – iddiaçıya məxsus Binəqədi rayonu, Xocəsən qəsəbəsi, yeni yaşayış massivində yerləşən evinə ( kod:**********00000 ) əsassız olaraq hesablanmış 5221.40 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvüləri ilə birlikdə 2008-ci ildən 2015-ci ilədək Binəqədi rayonu, Xocəsən qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. 29 oktyabr 2015-ci il tarixdən hal-hazıradək ünvan 2 ünvanında yerləşən evinə köçmüşdür. 2015-ci ildən sonra Xocəsən qəsəbəsində yerləşən evdə yaşayış olmamışdır. Lakin, buna baxmayaraq, 2023-cü ilin may ayında iddiaçıya məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci kil tarixdə və xx.xx.2020-ci il tarixdə təbii qazdan istifadə qaydlarının pozulması haqqında aktlar tərtib olunmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, əsassız yazılmış borcun silinərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək, məhkəmədən təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar ümumi dövriyyəyə qoşulmuş qaz xəttindən istifadə halı aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə aşkarlanmışdır “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmənin ləğv edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii-qazdan istifadə edilməsi aşkarlanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2017-ci il tarixə 674,40 manat, 2018-ci il tarixə 2465 manat, 2019-cu il tarixə 1135,80 manat, 2020-ci il tarixə 885,60 manat məbləğində borc hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6644/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə trasoloji ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2 3/192 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona aktlar tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq ümumilikdə aktlar üzrə 5160,80 manat məbləğində borc tələb edilmişdi. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Təqdim edilmiş aktla bağlı məhkəmə qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X1”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdehin iddiaçıdan X1nın pozulmasına görə birbaşa dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində X1nın pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və X1nı pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi suiistifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə X1nı pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Qanun tələb edir ki, X1nı pozan şəxsin təqsirli olub, olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının X1nın pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Bununla yanaşı, lobarator baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Beləliklə, cavabdeh tərtib olunmuş akta əsasən iddiaçıdan pul (dəymiş ziyan) tələb etsə də, iddiaçının həmin aktlda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 5160,80 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə hesablanmış 5160,80 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 5160,80 manat olduğundan cavabdehdən 71,61 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 65 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir qətetdi: İddia qismən təmin edilsin. Binəqədi rayonu, Sulutəpə kəndi, Xocasən (Hajı Həsən) yeni yaşayış massivində yerləşən yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı ( abonent kodu **********00000 ) hesablanmış 5160,80 (beş min yüz altmış manat, səksən qəpik) manat borc silinsin. Cavabdehndən 71,61 (yetmiş bir manat, altmış bir qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. 65 (altmış beş) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-375/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-375/2024
07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver