Məhkəmə qərarları › İş №e-2(011)-3750/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3750/2022

26.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3750/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (kod: **********00000) cavabdeh tərəfindən 2016-cı ilə qədər olan dövrdə hesablanmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən tələb etmə müddəti keçmiş 608,80 manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azəriqaz İВ tərəfindən ünvan 1 nvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 4208,20 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Onun Azəriqaz İB-nə 344.50 manat borcu olduğu müəyyən edilmişdir ki, həmin borc da tərəfindən ödənilmişdir. Bundan sonra Azəriqaz İВ Bakı şəhər Binəqədi rayon məhkəməsinə müraciət edərək dəymiş maddi ziyanın tutulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismsn təmin edilmiş, daha sonra tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş və nəticə etibarı ilə onun Azəriqaz İB-nə cəmi 381.90 manat borcunun olduğu qanuni qüvvəyə minmiş məhkəmə qətnlamələri ilə öz təsdiqini tapmışdır. Azəriqaz İВ ondan 2016-cı ilə qədər olan 608.80 manat borcu tələb etmiş, həm Binəqədi rayon məhkəməsinin, həm də Bakı Apellyasiya məhkəməsinin qətnamələrində qeyd edilmişdir ki, 2016-cı ilə qədər olan 608.80 manat borc məbləği iddia müddəti keçdiyinə görə iddiaçı tərəfindən tələb edilə bilməz. Buna baxmayaraq həmin borc məbləği hələ də abonent hesabında qalmaqdadır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent saldosundan məlum olur ki, cavabdehin qaz sərfiyatından idəsi nəticəsində 2016-cı il tarixə qədər 608,80 manat, 2016-cı ildən sonra isə 4807,90 manat borcu yaranmışdır. İş materiallanda olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3825/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yol küçəsində yerləşən abonent kodu **********00000 olan 11 saylı yaşayış evi üzrə İddiaçı hesbalanmış borcun 3863,70 manat hissəsi abonent hesabından silinməsi, iddia tələbinin qalan hissədə isə (344.50 manat) təmin edilməməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2962/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallanda olan Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-683/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4807,90 manat məbləğində ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia qismən təmin edilərək, cavabdehdən 775,30 manat tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MM-nin 551-ci maddəsinin tələbləri nəzərə alınmaqla cavabdehdən yalnız 2016-cı il tarixdən sonra yaranan borc tutulmalıdır. İş materiallanda olan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2919/2022 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən ləğv edilərək, cavabdeh İddiaçı 381.90 manat tutularaq iddiaçı Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi qeyd etmişdir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən beş il əvvələ olan (2016-ci ildən əvvəlki borc) borcun tələbi barədə hüququnu itirmişdir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə görə isə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (kod: **********00000) cavabdeh tərəfindən 2016-cı ilə qədər olan dövrdə hesablanmış 608,80 manat məbləğində borcun tələb etmə müddəti keçdiyi müəyyən edildiyndən iddia tələbi təmin edilməli və həmin borc məbləği iddiaçıya məxsus abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (kod: **********00000) 2016-cı ilə qədər olan dövrdə hesablanmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən tələb etmə müddəti keçmiş 608,80 (altı yüz səkkiz manat 80 qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar