Məhkəmə qərarları › İş №e-2(011)-3884/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3884/2024

29.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3884/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi barədə iddiaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı “İddiaçı Cavabdeh ASC-yə qarşı cavabdeh əsassız hesablanmış 100 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, yаşаdığı Bакı şəhəri,Sаbunçu rаyоnu, Rаmаnа südçülüк sоvхоzu, еv 1/х ünvаndа yеrləşən fərdi yаşаyış еvinin su təchizаtı su sаyğаcı ilə müəyyən еdilir və istеhlак оlunmuş suyun dəyəri iddiаçı tərəfindən vахtаşırı ödənilir. Hаl-hаzırа qədər qurаşdırılmış sаyğаc ştаt rеjimində işləyir və su idаrəsi tərəfindən hər hаnsı bir кənаrlаşmа аşкаr оlunmаmışdır. Qеyd еtməк lаzımdır кi, qеyd оlunаn fərdi yаşаyış еvində su sаyğаcı xx.xx.2022-ci il tаriхdə qurаşdırılmışdır. Lакin аbоnеntin sаldоsundаn görünür кi, su sərfiyyаtı xx.xx.2021-ci ildən hеsаblаnmаğа bаşlаmış və hər аy üçün böyüк miqdаrdа su sərfiyyаtı yаzılmışdır. Bu rəqəmləri cаvаbdеh təşкilаt hаrаdаn götürdüyü bu günə кimi bəlli dеyil. Həmin fərdi yаşаyış еvində 2022-ci ilin mаrt аyının sоnunа qədər yаşаyış оlmаmışdır. Bеlə кi, fərdi yаşаyış еvində yаşаmаq üçün təк su təchizаtı кifаyət dеyil. Оrаdа həmçinin, ilк növbədə işıq və qаz təchizаtı dа оlmаlıdır. İddiaçı tərəfindən hаzırкi fərdi yаşаyış еvinin işıq və qаz təchizаtınа dаir аbоnеnt sаldоlаrı əldə еdilmişdir. Bu təchizаtlаrı həyаtа кеçirən təşкilаtlаrın bir-birinə hеç bir аidiyyəti yохdur, оdurкi, оnlаrın infоrmаsiyаlаrı müstəqil hеsаb оlunmаlıdır. Bеlə кi, qаz sərfiyyаtınа dаir sаldоyа nəzər sаldıqdа görünür кi, sərfiyyаt yаlnız 2022-ci ilin mаrt аyının sоnundаn bаşlаyır. Həmçinin, işıq sərfiyyаtınа dаir sаldоnu nəzərdən кеçirəndə аşкаr оlunur кi, sərfiyyаt yаlnız 2022-ci ilin mаrt аyındаn bаşlаyır. Bаşqа sözlə, qеyd оlunаn fərdi yаşаyış еvində su sərfiyyаtı su sаyğаcının qurаşdırıldığı və su хəttinin çəкildiyi xx.xx.2022-ci il tаriхdən bаşlаdığı üçün bu tаriхdən əvvəl hеsаblаnmış su sərfiyyаtı qаnunsuz оlmаqlа, həmdə əsаssızdır. Həttа аilə üzvlərinin sаyının 4 nəfər yаzılmаsı bеlə özü-özlüyündə özbаşınаlıqdır. İddiaçı təк qаdındır və həmin fərdi yаşаyış еvində təк yаşаyır.Yеgаnə qızı Fidаn hələ 2020-ci ildə аilə qurub ər еvinə кöçüb gеtmişdir və hаl-hаzırа qədər оrаdа yаşаyır. Bundаn bаşqа, əgər cаvаbdеh təşкilаtın əməкdаşlаrı кənаr хətt аşкаr еtmişlərsə, bu bаrədə акt оlmаlıdır. Lакin bеlə bir акtın оlmаsı iddiaçıya məlum dеyil, hаbеlə аlınmış sənədlərdə bu bаrədə qеydlər yохdur. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. İşin halları İş materiallarında olan abonent kartından görünür ki, ünvan 1 ünvanına sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Həmin ünvanı üzrə abonent İddiaçı 2021-ci ildə 61.6 manat, 2022-ci ildə 98.7 manat, 2023-cü ildə 64.4 manat, 2024-cü ildə 46.2 manat borc yazılmışdır. İş materiallarında olan “Azəriqz” İB-nin abonent saldosundan görünür ki, 2021-ci ilin iyun ayından dekabr ayına qədər ünvan 1 ünvanı üzrə sərfiyyat olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatsız tək yaşayır. Abonent İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilə əsasında abonent su ilə təchiz edilmişdir. Həmin müqavilədə ailə tərkibi olaraq 4 nəfər göstərilmişdir.” İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 30.Verilən suyun həcminin hesablanması

1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Maddə 62.Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

“Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli Qərarı

4. İstehlakçıların vəzifələri 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək;

7. Suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtləri 7.1. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 7.3. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 7.5. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 7.6. Verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. 7.7. İstehlakçının müraciəti və ya STKM-in təşəbbüsü əsasında bu Qaydaların 7.2ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesaba yenidən baxıla bilər. Fərq müəyyən olunduqda, qarşılıqlı razılaşma əsasında hesabda müvafiq düzəliş aparılır. Aparılmış düzəlişdən sonra keçmiş dövrlərə aid fakturaların ƏDV hesabatında dəqiqləşmə aparılır. 7.8. İstehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. 7.9. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. 7.10. İstehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə verilən suya və axıdılan tullantı sularına görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər. 7.11. İstehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər. 7.12. STKM bu Qaydaların 7.11-ci bəndinə əsasən daxil olmuş müraciətə ən geci 5 (beş) iş günü müddətində baxaraq, istehlakçıya yazılı cavab verməlidir. Ərizə əsaslı hesab edildikdə, artıq hesablanmış vəsait növbəti ödənişlərdə nəzərə alınır və ya istehlakçıya geri qaytarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Tərəfin izahatı və təqdim edilmiş sənədlərdən göründüyü kimi, ünvan 2 ünvanında 2022-ci ilin mart ayına kimi yaşayış olmamışdır. Lakin xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixə kimi abonentə 88.20 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda qeyd edilən ünvan üzrə sayğac xx.xx.2022-ci il tarixində quraşdırılmış və həmin dövrə qədər verilmiş suyun həcmi müqavilədə nəzərdə tutulmuş 4 nəfər ailə tərkibinə uyğun hesablanmışdır. Halbuki, abonent tərəfindən ödənilməli olan vəsait verilmiş suyun və axıdılmış tullantı sularının həcminə görə hesablanmlıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən abonentə istifadə etmədiyi suya və axıdılmış tullantı sularına görə borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia qismən təmin edilərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əsassız hesablanmış 88.20 manat məbləğində borc silinməlidir. Yerdə qalan məbləğ sərfiyyat olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. ünvan 2 ünvanı üzrə (abonent kodu: **********938) su təchizatı və kanalizasiya xidmət haqqına görə hesablanmış 88.20 (səksən səkkiz manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. 30 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar