Məhkəmə qərarları › İş №e-2(011)-3931/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3931/2025

19.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3931/2025 19.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi, tutulmuş borcun geri qaytarılması və məhkəmə xərclərinin tutulması” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qȧrşı “hesablanmış borcun silinməsi, tutulmuş borcun geri qaytarılması, xərclərin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6.169,59 (altı min yüz altmış doqquz manat əlli doqquz qəpik) manat məbləğində borcun silinməsini, hüquqi yardımla bağlı çəkdiyi 300 manat məbləğində xərcin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Beyləqan rayonu, Qəhrəmanlı Ə/D, Qəhrəmanlı qəsəbəsi ünvanda qeydiyyatda olsa da, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ünvanda abonent kodu iddiaçının adınadır. Abonent kodu **********00706-dır. Bu yaxınlarda iddiaçı abonent kodu üzrə adına yüksək məbləğdə borc yazılmasının şahidi olub və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət edib. İddiaçının müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilib. İddiaçıya təqdim edilmiş sənədlərə əsasən, iddiaçı barəsində “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı; xx.xx.2018-ci il tarixli, ******* saylı; xx.xx.2018-ci il tarixli, ******* saylı; xx.xx.2018-ci il tarixli, ******* saylı; xx.xx.2018-ci il tarixli, ******* saylı; xx.xx.2018-ci il tarixli, ******* saylı; xx.xx.2018-ci il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən güya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin iddiaçı, həmin aktlarla razı deyildir. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2018-ci ildən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii X2nın pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Bundan başqa, iddiaçının ünvanından çıxarılmış sayğac xx.xx.2022-ci il tarixli dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq sayğacın istismara yararsız olduğu göstərilmişdir. Buna görə də xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Lakin iddiaçı həmin aktla da razı deyildir. Çünki, iddiaçı sayğaca hər hansı bir müdaxilə etməmişdir. Bundan əlavə, abonentin saldosundan aydın olur ki, 2018-ci ilin aprel ayında – 233,20 manat, 2018-ci ilin may ayında – 388,80 manat, 2018-ci ilin avqust ayında – 219,60 manat, 2019-cu ilin aprel ayında – 66,60 manat cərimə yazılmışdır. Tərtib edilmiş əsassız akt ucbatından 6.169,59 manat borc yazılmışdır. Bundan başqa, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı vəkillə hüquqi yardımın göstərilməsinə dair xx.xx.2025-ci il tarixdə müqavilə bağlamış, 300 manat ödəniş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 5.851,59 manat məbləğində borcun **********00706 saylı abonent kodundan silinməsini, əsassız olaraq iddiaçıdan tutulmuş 335,61 manat məbləğində pulun və hüquqi yardım ilə bağlı çəkilən xərcin - 300 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxaralmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ünvanda təbii qazdan istifadə olunur. Tərəf cavabdeh tərəfə borcun yaranması ilə bağlı müraciət etmişdir və cavabdeh tərəfindən tərəfə müvafiq sənədlər təqdim olunmuşdur. Həmin sənədlərlə tanış olduğu zaman aydın olmuşdur ki, şəxsin barəsində 2018, 2019 və 2020-ci illərdə ümumilikdə iyirmi dörd akt tərtib olunmuşdur. İyirmi dörd aktın mahiyyəti ondan ibarətdir ki, şəxs qeyd olunan ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Lakin şəxs bununla razı deyil. Birinci növbədə qanuna əsasən kənar xətdən istifadə olunduğu halda cavabdeh tərəfindən qaz xətti bağlanmalı idi, lakin belə hal mövcud olmayıb. Bundan əlavə tərtib olunan sənədlərin bir nüsxəsi qaydalara əsasən şəxsə və istehlakçıya təqdim olunmalı olduğu halda, belə hal mövcud olmayıb. Şəxs tərəfindən məhkəməyə müraciət olunmazdan əvvəl həmin sənədlərin surətləri cavabdehdən götürülmüşdür. Bununla bağlı bu müddət ərzində cavabdeh təşkilat tərəfindən heç bir tədbir görülməyib. Bu halda belə qənaətə gəlinir ki, təbii qazdan qeyri-qanuni istifadə mövcud olduğu halda cavabdeh təşkilat bilərəkdən məbləğin şişirdilməsinə və pozuntuya yol vermişdir. Əlavə olaraq xx.xx.2022-ci il tarixli akt da mövcuddur ki, o, vətəndaşın ünvanından çıxarılmış saldodur. Bu laboratoriyadan, dövlət yoxlamasından keçirilməsi nəticəsində yazılmışdır. Həmin aktda sayğacın istismara yararsız olduğu göstərilmiş və ümumilikdə 1.036,80 manat məbləğində borc hesablanmışdır. Sual-cavab zamanı o bildirmişdir ki, iddiaçı daimi olaraq sayğacın quraşdırıldığı hazırki mübahisəli evdə yaşamayıb. İddiaçının rayonda da evi var. Hazırki evdə işıq və su üzrə abonent kodları iddiaçının deyil, başqa şəxsin adınadır, buna görə də həmin kommunal xidmətlərlə bağlı elektron çıxarışları təqdim edə bilmir. İddiaçının istifadə etdiyi cihzalara dəmir soba və PQ-4 qızdırıcısı aiddir. Ünvanda su qızdırıcısı olmayıb. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, Cavabdeh İB nümayəndələri tərəfindən ümumi əraziyə baxış keçirilən zaman İddiaçı adına qeyd olunmuş mənzildə əlavə vəsaitin istifadə olunması aşkar olunmuşdur. 2018-ci ilin yanvar ayından başlayaraq 2018-ci il tarixdə on bir akt üzrə, 2019-cu il tarixdə on iki akt üzrə, 2020-ci il tarixdə altı akt üzrə və 2022-ci il tarixdə bir akt üzrə əlavə xətdən istifadə ilə bağlı aktlar tərtib olunmuş və fotoşəkillər də çəkilmişdir. Ümumilikdə X2nın pozulmasına görə 6.035,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İddiaçının debitor borcu yoxdur. Hazırda borc 5.851,59 manat təşkil edir. 335,61 manat borcdan tutulub. Sual-cavab zamanı o bildirmişdir ki, abonent saldosunda 2013-cü ilin noyabr ayında göstərilmiş 151,20 manat məbləği – X2nın pozulmasına görə hesablanmış cərimə deyil, buna dair hər hansı akt tərtib olunmayıb. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus **********00706 saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində 2018-ci ilin yanvar ayı üzrə 996,60 manat, fevral ayı üçün 284,40 manat, aprel ayı üçün 233,20 manat, may ayı üçün 388,80 manat, iyun və iyul ayları üçün hər ayda 133,20 manat, avqust ayı üçün 219,60 manat, sentyabr ayı üçün 133,20 manat, oktyabr, noyabr və dekabr ayları üçün hər ayda 66,60 manat, 2019-cu ilin yanvar və fevral ayları üçün hər ayda 66,60 manat, mart ayı üçün 109,80 manat, aprel ayı üçün 66,60 manat, aprel-oktybar ayları üçün hər ayda 32,40 manat, noyabr ayı üçün 66,60, dekabr ayı üçün 252 manat, 2020ci ilin yanvar-may ayları üçün hər ayda 252 manat, iyun ayı üçün 194,40, 2022-ci ilin dekabr ayı üçün 1.036,80 manat borcu mövcud olmuşdur. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.422 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni qoşulma aşkarlanıb. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 666 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 666 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, 2018-ci ilin sentyabr ayı üçün 520 №-li xidməti yazıya əsasən mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 666 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, 664 №-li xidməti yazıya əsasən 2018-ci ilin oktyabr ayında mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 666 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, 327 №-li xidməti yazıya əsasən 2018-ci ilin noyabr ayında mənzildə sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 666 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, 371 №-li xidməti yazıya əsasən 2018-ci ilin dekabr ayında mənzildə sayğacdan kənar xətt istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 666 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 666 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, abonent mənzilində qeyri-qanuni sayğacdan kənar təbii qazdan istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 666 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, abonent mənzilində qeyri-qanuni sayğacdan kənar təbii qazdan istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.098 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edilir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 666 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.944 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, 29/1710-04663-1 saylı 1702AZ-**********79 №-li sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmayıb. Xətalar təyin edilə bilməyib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 8.640 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-04663-1 saylı xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, 13310542 №-li plomb kəsilərək G-4 SM/4334 saylı qutu açılıb. Sayğaca baxış keçirilib. Sayğacın klapanı sınıqdır. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın yaddaş arxivi oxunub. Sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmayıb. Xətalar təyin edilə bilməyib. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16- 16/2-3/980/2025 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməyib. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməyib. “Gasrep” sisteminin elektron çıxarışından görünür ki, abonentin 2018-2022-ci iilər üzrə ödənişi – 2018-ci ilin yanvar ayında 20 manat olmaqla, cəmi həmin dövrdə 20 manat təşkil etmişdir. İş materiallarında olan “Mpay” vasitəsilə aparılmış ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 7 saylı vəkil bürosuna 300 manat ödəniş edilmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlayan istehlakçının qaz təchizatı qaz satıcısı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 12.6.6-cı maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək pərakəndə satıcının vəzifələrinə aiddir. Həmin Qanunun 15.4-cü maddəsinə əsasən qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru istehlakçıya verdiyi qazın həcmini yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və sabit tarif barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi qazın dəyərini tam hesablayaraq qaz satıcısının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab qaz satıcısı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının qaza görə sayğacının son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən qazın hesabında göstərilən dəyəri tam ödənildikdən sonra qaz satıcısı yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər X2 ilə tənzimlənir. Həmin Qanunun 2022-ci ilin 01 ma y tarixindən qüvvədə olan (hazırda qüvvədən düşmüş) 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, işdən görünür ki, iddiaçı cavabdeh təşkilat tərəfindən ona qazdan istifadə qaydalalarının pozulmasına görə 2018-2022-ci illərdə hesablanmış borcları mübahisələndirir. İşdən görünür ki, qazdan istifadə qaydalalarının pozulmasına görə bu dövrdə iddiaçıya 2018-ci ilin yanvar ayı üzrə 996,60 manat, fevral ayı üçün 284,40 manat, aprel ayı üçün 233,20 manat, may ayı üçün 388,80 manat, iyun və iyul ayları üçün hər ayda 133,20 manat, avqust ayı üçün 219,60 manat, sentyabr ayı üçün 133,20 manat, oktyabr, noyabr və dekabr ayları üçün hər ayda 66,60 manat, 2019-cu ilin yanvar və fevral ayları üçün hər ayda 66,60 manat, mart ayı üçün 109,80 manat, aprel ayı üçün 66,60 manat, aprel-oktybar ayları üçün hər ayda 32,40 manat, noyabr ayı üçün 66,60, dekabr ayı üçün 252 manat, 2020-ci ilin yanvar-may ayları üçün hər ayda 252 manat, iyun ayı üçün 194,40, 2022-ci ilin dekabr ayı üçün 1.036,80 manat borc hesablanmışdır. İş materialları ilə müəyyən edilir ki, 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borc istisna olmaqla, bu borclar kənar xətdən istifadəyə görə hesablanıb. İşdən görünür ki, 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borc istisna olmaqla, bu borclar 2022-ci ilin 01 may tarixinədək hesablanıb. Bununla bağlı məhkəmə qeyd edir ki, 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borcun yoxlanılması zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş prosedur nəzərə alınacaqdır. Qanuna dəyişiklikdən əvvəlki dövrə təsadüf etdiyindən, digər borclara həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilmiş prosedur tətbiq olunmayacaqdır. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 513-Q saylı Qanunu Azərbaycan Respublikasının 8 iyul 2025-ci il tarixli 233-VİİQ nömrəli ilə Qanunu ilə ləğv edilmişdir və yeni redaksiyada verilmişdir). 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borca münasibətdə məhkəmə qeyd edir ki, həmin akt üzrə pozuntu ilə bağlı qaz paylayıcısının aktının 1 (bir) nüsxəsinin barəsində akt tərtib edilmiş şəxsə, 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim olunması və bununla bağlı müvafiq inzibati və ya cinayət işi üzrə icraatın aparılması müəyyən edilmədiyindən, həmin borc silinməlidir. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2022-ci il tarixli ******* akt üzrə göstərilən sübutları (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin borc silinməlidir. Bu tarixədək olan borclara münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyi ilə hazırki dövrdə kənar xəttin izlərinin müəyyən edilməməsinə baxmayaraq, iddiaçı mübahisəli ünvanda daimi yaşamadığını qeyd edərək, bu faktı təsdiq edəcək müqayisəli məlumatları (həmin dövrə aid elektrik enerjisi və sudan istifadənin göstəriciləri) təqdim etməmişdir. Həmçinin, 2018-2022-ci illər üzrə abonentin ödənişləri – 2018-ci ilin yanvar ayında 20 manat olmaqla, cəmi bu dövr üçün 20 manat təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, 2018-2022-ci illərdə qazdan istifadəyə görə hesablanmış borclar mübahisələndirildiyindən, bu dövrə aid olan və ödənişlərin aparılmadığı müddət üçün qaz həcminin hesablanması cihazların göstəriciləri üzrə günlük 12 saat əsas götürülərək, 3 aylıq yoxlama müddəti nəzərə alınmaqla aparılmalıdır. İddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, istifadə edilən cihazlara dəmir soba (cavabdehin izahatı ilə müəyyən edilir ki, bu cihaz üçün hesablama 1 saatda 1,5 m3 qaz sərfiyyatı üzrə aparılır ) və PQ-4 (1 saatda 1,2 m3 qaz sərfiyyatı) peçi aiddir. Mübahisələndirilən dövr üzrə ilk borc 2018-ci ilin yanvar ayında 996,60 manat kimi qeyd olunduğundan, 3 aylıq dövr (2017-ci ilin noyabr və dekabr ayları; 2018-ci ilin yanvar ayı) üzrə qeyd edilmiş cihazlara əsasən borcun hesablanması aşağıdakı kimi olmalıdır. 90x12x1,5=1.620; 90x12x1,2=1.296; cəmi 2.196 m3 sərfiyyat.). Həmin dövrdə 1 m3 qaz sərfiyyatının dəyəri 0,10 manat təşkil etdiyindən 2.196 m3 sərfiyyatın dəyəri 291,6 manat təşkil edəcəkdir. İddiaçıya 2018-ci ilin yanvar ayında 996,60 manat borc hesablandığından, bu borcun 705 manat hissəsi silinməlidir (996,6-291,6=705). İddiaçıya 2018-ci ilin fevral ayında 284,40 manat borc hesablanmışdır. Daha sonra 2018-ci ilin mart ayında 0 manat, 2018-ci ilin aprel ayında 233,20 manat borc hesablanmışdır. 3 aylıq müddət nəzərə alınaraq 2018-ci ilin fevral-aprel ayları üçün 291,6 manat sərfiyyat nəzərə alınmalı; bu dövr üçün cəmi hesablanmış 517,6 manat məbləğindən (284,40+0+233,20=517,6) 291,6 manat sərfiyyat dəyəri çıxılaraq, qalan 226 manat borcdan silinməlidir. 3 aylıq sərfiyyatın hesablanması bu iddia üzrə eyni qaydada aparılır. İşdən görünür ki, 2018-ci ilin may-iyul aylarında da iddiaçıya müvafiq olaraq 388,80 manat, 133,20 manat və 133,20 manat olmaqla, cəmi 655,2 manat borc hesablanmışdır. 2018-ci ilin may-iyul ayları üzrə 3 aylıq sərfiyyat məbləği əsas götürülməklə, həmin dövr üçün hesablanmış 655,2 manat borcdan 291,6 manat sərfiyyat dəyəri çıxılaraq, qalan 363,6 manat borc silinməlidir. 2018-ci ilin avqust-oktyabr aylarında da iddiaçıya müvafiq olaraq 219,60 manat, 133,20 manat və 66,60 manat olmaqla, cəmi 419,4 manat borc hesablanmışdır. 2018-ci ilin avqust-oktyabr ayları üzrə 3 aylıq sərfiyyat məbləği əsas götürülməklə, həmin dövr üçün hesablanmış 419,4 manat borcdan 291,6 manat sərfiyyat dəyəri çıxılaraq, qalan 127,8 manat borc silinməlidir. 2018-ci ilin noyabr və dekabr aylarında, həmçinin 2019-cu ilin yanvar ayında iddiaçıya hər ay 66,60 manat olmaqla, cəmi 199,8 manat borc hesablanmışdır. Bu dövr üçün hesablanmış borcun ümumi dəyəri 3 aylıq sərfiyyat məbləği olan 291,6 manat sərfiyyat dəyərindən az olduğundan, bu dövrə aid borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. 2019-cu ilin mart-may aylarında iddiaçıya müvafiq olaraq 109,80 manat, 66,60 manat və 32,40 manat olmaqla, cəmi 208,8 manat borc hesablanmışdır. Bu dövr üçün hesablanmış borcun ümumi dəyəri 3 aylıq sərfiyyat məbləği olan 291,6 manat sərfiyyat dəyərindən az olduğundan, bu dövrə aid borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. 2019-cu ilin iyun-avqust aylarında iddiaçıya hər ay 32,40 manat olmaqla, cəmi 97,20 manat borc hesablanmışdır. Bu dövr üçün hesablanmış borcun ümumi dəyəri 3 aylıq sərfiyyat məbləği olan 291,6 manat sərfiyyat dəyərindən az olduğundan, bu dövrə aid borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. 2019-cu ilin sentyabr-noyabr aylarında iddiaçıya müvafiq olaraq 32,40 manat, 32,40 manat və 66,60 manat olmaqla, cəmi 131,4 manat borc hesablanmışdır. Bu dövr üçün hesablanmış borcun ümumi dəyəri 3 aylıq sərfiyyat məbləği olan 291,6 manat sərfiyyat dəyərindən az olduğundan, bu dövrə aid borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. 2019-cu ilin dekabr ayında, 2020-ci ilin yanvar-fevral aylarında iddiaçıya hər ay 252 manat, cəmi 756 manat borc hesablanmışdır. Bu dövr üzrə 3 aylıq sərfiyyat məbləği əsas götürülməklə, həmin dövr üçün hesablanmış 756 manat borcdan 291,6 manat sərfiyyat dəyəri çıxılaraq, qalan 464,4 manat borc silinməlidir. 2020-ci ilin mart-may aylarında iddiaçıya hər ay 252 manat olmaqla, cəmi 756 manat borc hesablanmışdır. Bu dövr üzrə 3 aylıq sərfiyyat məbləği əsas götürülməklə, həmin dövr üçün hesablanmış 756 manat borcdan 291,6 manat sərfiyyat dəyəri çıxılaraq, qalan 464,4 manat borc silinməlidir. 2020-ci ilin iyun ayında iddiaçıya 194,4 manat borc hesablanmışdır. Həmin ilin iyul-avqust aylarında borc hesablanmamışdır. Kənar xətlə bağlı aktın tərtibatı ilə kənar xətt ləğv edilməli olduğundan, sonuncu hesabat 1 ay üzrə sərfiyyat dəyəri ilə müqayisə olunmalıdır. 3 aylıq sərfiyyat dəyəri 291,6 manat olaraq nəzərə alındığından, 1 ay üçün sərfiyyat dəyəri 97,2 manat kimi götürülməli; 2020-ci ilin iyun ayında iddiaçıya hesablanmış 194,4 manat borcdan 97,2 manat çıxılaraq, qalan 97,2 manat borc silinməlidir. Hesablanmış borcdan tutulmuş 335,61 manat pul məbləğinin geri qaytarılması barədə iddia tələbinə qiymət verərək məhkəmə qeyd edir ki, məhkəmə iddiaçıya 2018- 2022-ci illərdə yazılmış ümumi borc üzrə yoxlama apararaq, hesablanmış borcu qismən sildiyindən; borcdan tutulmuş məbləğlər isə ümumi borc məbləğinə daxil edildiyindən, tutulmuş borcun qaytarılması barədə iddia tələbləri təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı (abonent kodu: **********00706) Cavabdeh İB tərəfindən 2018-ci ilin yanvar ayı üçün hesablanmış 996,60 manat borcdan 705 manat; 2018-ci ilin fevral ayından may ayına qədər hesablanmış 517,6 manat borcdan 226 manat; 2018-ci ilin may ayından avqust ayına qədər hesablanmış 655,2 manat borcdan 363,6 manat; 2018-ci ilin avqust ayından noyabr ayına qədər hesablanmış 419,4 manat borcdan 127,8 manat; 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər hesablanmış 756 manat borcdan 464,4 manat; 2020-ci ilin mart ayından iyun ayına qədər hesablanmış 756 manat borcdan 464,4 manat; 2020-ci ilin iyun ayı üçün hesablanmış 194,4 manat borcdan 97,2 manat; 2022-ci ilin dekabr ayı üçün hesablanmış 1.036,80 borc, ümumilikdə qeyd edilən dövrlər üçün hesablanmış 3.485,2 manat borc silinməlidir. Borcun silinməsinə dair iddia qalan hissədə təmin edilməməlidir. Hüqüqi yardımla bağlı çəkilmiş xərclərə gəldikdə məhkəmə qeyd edir ki, vəkil xidmətlərinə görə çəkilmiş xərclərin həcmi ağlabatan şəkildə nəzərə alınmaqla, iddia bu hissədə qismən təmin edilməli və hüquqi yardıma görə çəkilmiş 100 manat xərc Cavabdeh İB-dən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspertiza xərci də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 54,86 manat məbləğində dövlət rüsumu və 64 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia tələbi qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********00706) Cavabdeh İB tərəfindən 2018-ci ilin yanvar ayı üçün hesablanmış 996,60 manat borcdan 705 manat; 2018-ci ilin fevral ayından may ayına qədər hesablanmış 517,6 manat borcdan 226 manat; 2018-ci ilin may ayından avqust ayına qədər hesablanmış 655,2 manat borcdan 363,6 manat; 2018-ci ilin avqust ayından noyabr ayına qədər hesablanmış 419,4 manat borcdan 127,8 manat; 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər hesablanmış 756 manat borcdan 464,4 manat; 2020-ci ilin mart ayından iyun ayına qədər hesablanmış 756 manat borcdan 464,4 manat; 2020-ci ilin iyun ayı üçün hesablanmış 194,4 manat borcdan 97,2 manat; 2022-ci ilin dekabr ayı üçün hesablanmış 1.036,80 borc, ümumilikdə qeyd edilən dövrlər üçün hesablanmış 3.485,2 (üç min dörd yüz səksən beş manat iyirmi qəpik) manat borc silinsin. Hüquqi yardıma görə çəkilmiş 100 (bir yüz) manat xərc Cavabdeh İB-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 54,86 (əlli dörd manat səksən altı qəpik) manat dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. 64 (altmış dörd) manat ekspertiza xərci Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar