Məhkəmə qərarları › İş №e-2(011)-3941/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3941/2022

21.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3941/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna müvafiq kompensassiyanın verilməsi ilə xitam olunması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehə 4000 manat məbləğində kompensassiya verilməklə, onun ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, kompensassiyanın verilməsi ilə istifadə hüquqlarına xitam verilməsinin eyni anda icra olunması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında olan nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-6752/2018 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı ilə cavabdeh nikaha girdikləri ana qədər ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzil xx.xx.1988-ci il tarixli, 078475 nömrəli order ilə iddiaçının atası İsmayılov Əliheydər Əliəsgər oğluna məxsus olmuşdur. Orderə əsasən, orada mənzilə hüquqları olan şəxs kimi iddiaçının atası - İsmayılov Əliheydər Əliəsgər oğlu, anası - X4, İddiaçı və X2 qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçının atası İsmayılov Əliheydər Əliəsgər oğlu, xx.xx.2018-ci il tarixdə isə anası X4 vəfat etmişlər. Bununla da, mənzilə yeganə hüquqları qalmış şəxslər hazırkı iş üzrə iddiaçı və onun qardaşı X2 qalmışlar. İddiaçı ilə Cavabdeh arasında nikah münasibətlərinə xitam verildikdən sonra, hazırkı iş üzrə cavabdeh (Cavabdeh) İddiaçı qarşı Xətai Rayon Məhkəməsinə müraciət edərək, sözügedən mənzilə övladları ilə birlikdə istifadə hüquqlarının tanınması və oraya köçürülməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. İşə baxan məhkəmə iddiaçı Cavabdeh iddiasının təmin olunması barədə xx.xx.2019-cu il tarixli 2(011)-5257/2019 nömrəli qətnamə çıxarmışdır. Qətnamədən müvafiq qaydada apellyasiya və kassasiya şikayətləri verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, Cavabdeh Xətai rayonu, General Şıxlinski küçəsi, ev 25 ünvanında yerləşən 30 nömrəli olan mənzilə istifadə hüquqları 2019-cu il tarixdə məhkəmənin qərarı ilə tanınmışdır. Qərarın qəbul olunmasına baxmayaraq, hələ Cavabdeh verdiyi iddia ərizəsindən qabaq həmin mənzildə uzun müddət yaşamamışdır. Yuxarıda qeyd olunanlara istinadən, orderə əsasən, mənzilin sahibi dünyasını dəyişdiyindən və mənzilin orderdə adları qeyd olunan şəxslərin mülkiyyətlərinə keçirilməsi ilə əlaqədar, müvafiq qaydada vərəsəlik işinin və yaxud da mənzilin özəlləşdirilməsi ilə bağlı hər hansı bir hüquqi hərəkətlərin yerinə yetirilməsi qeyri-mümkündür. Buna səbəb kimi, Cavabdeh bu barədə razılıq ərizəsini verməməsidir. Bu isə mənzilə olan və gözlənilən mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsində problemlərin yaranmasına səbəb olmuş, hal-hazırda iddiaçının cavabdehlə heç bir əlaqəsi olamayan əmlakı barədə qanunverciliklə nəzərdə tutulmuş hüquqları həyata keçirmək imkanı məhdudlaşdırılmışdır. Nəticədə, həm konstitusiya ilə, həm də mülki qanunvericiliklə iddiaçının hüquqlarının pozuntusunun normativ tələblər çərçivəsində müdafiə olunmasını tələb edir. Odur ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzildə olan istifadə hüquqlarına xitam verilməlidir. Bu məqsədlə 2021-ci ilin yanvar ayında iddia ərizəsi ilə hazırkı cavabdehə qarşı Xətai Rayon Məhkəməsinə müraciət edərək, mənzilə istifadə hüququna xitam verilməsi və ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə müvafiq qətnamənin çıxarılması xahiş edilmişdir. Verilmiş iddia tələbi məhkəmənin xx.xx.2021-ci il tarixli 2(011)- 1865/2021 nömrəli qətnaməsi ilə rədd olunmuşdur. İddia tələbinin rədd olunmasının hüquqi əsası kimi, hazırkı iddia tələbi üzrə Cavabdeh Əliheydər qızına müvafiq kompensassiyanın verilməsi yolu ilə xitam olunmasının mümkünlüyü göstərilmişdir. Hətta, həmin məhkəmə qətnaməsi ilə haqqında danışılan mənzilə gözlənilən hüquqlarının olması da öz təsdiqini tapmışdır. Xətai Rayon Məhkəməsinin qətnaməsindən müvafiq qaydada apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9479/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən də AR-nın Ali Məhkəməsinə kasasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, iddiaçı və onun qardaşı Firzuz İsmayılov tərəfindən Cavabdeh qarşı vaxtı ilə irəli sürmüş olduqları mənzilə yalnız istifadə hüquqlarına xitam verilməsi tələbi üzrə məhkəmə mübahisəsi yekunlaşmışdır. Həmin işin yekunlaşmasının da hüquqi tərəfi kimi, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh müvafiq kompensassiya ödənilməklə xitam olunmasının mümkünlüyü qeyd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, cavabdehə 6000 manat məbləğində kompensassiya verilməklə, onun ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, kompensassiyanın verilməsi ilə istifadə hüquqlarına xitam verilməsinin eyni anda icra olunması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, cavabdeh göstərilən kompensasiya məbləği ilə razı deyildir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Bekə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ünvanladığı 2(103)-9479/21 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzrə yaranmış pul vəsaitinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4743/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldığından Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1865/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X1 və İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıların xeyrinə ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2794/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-13224/2019 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim İlahə Abbasova) xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Cavabdeh və övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü İsmayılov Əliheydər Ramil oğlunun Bakı şəhəri, ünvan 3, 30 saylı mənzilinə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri qət edimişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-13224/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Əliheydər Əliəsgər oğlu xx.xx.2017-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İs materiallarında olan X10 MMC nin № A/01-PLS saylı xx.xx.2022-ci il tarixli mənzilin kirayə haqqının müəyyən edilməsi barədə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 46,74 kv.metr sahəsi olan 3 otaqlı mənzilin orta aylıq kirayə haqqı 300-350 manat təşkil edir. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə Cavabdeh ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilinə istifadə hüququnun olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə Cavabdeh ünvan 1 ünvanında yerləşən 30 nömrəlinə istifadə hüququnun olması müəyyən edildiyindən, həmin məhkəmə qətnaməsi qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan, Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olması məhkəmə üçün məcburidir və həmin fakt yenidən araşdırılmamalıdır. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinƏ əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Göründüyü kimi, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi nəticəsində cavabdeh heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqdır. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehin mübahisəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi müqabilində ona 6000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Təklif olunan 6000 manat məbləğində kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Əksinə təklif edilən kompensasiya məbləği yetərli deyildir. İşin hallarından həmçinin görünür ki, Cavabdeh boşandıqndan sonra yetkinlik yaşına çatmayan uşaqları onun himayəsində saxlanılmışdır. Bu hal da veriləcək kompensasiya məbləğinə təsir edən amil kimi nəzərə alınmalıdır. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, kompensasiya təklif olunan şəxs kimi cavabdeh başqa yaşayış sahəsinə malik deyildir. Cavabdeh həmçinin, həyat yoldaşı ilə boşanmışdır və yetkinlik yaşına çatmayan övladlarının təminatı ilə (o cümlədən yaşayış sahəsi ilə) bağlı problemlər də faktiki olaraq onun öhdəsindədir. Nəhayət, məhkəmə hesab edir ki, yaşayış sahəsinin yerləşdiyi ərazi baxımından təklif edilən kompensasiya məbləği yetərli hesab edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehə 6000 manat məbləğində kompensasiya ödənilməklə, mənzilə istifadə hüquqlarına xitam verilməsi” hissəsində əsassızdır. Buna görə də, iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən məhkəmə xərcinə görə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t di : İddiaçı Cavabdeh qarşı – cavabdehə 6000 manat məbləğində kompensassiya verilməklə, onun ünvan 3 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, kompensassiyanın verilməsi ilə istifadə hüquqlarına xitam verilməsinin eyni anda icra olunması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar