Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4057/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayənəsi X6, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1na, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 105 saylı evin 55 saylı mənzili (bundan sonra – Mənzil) X7 mülkiyyətində olmuş və onun Mənzilə dair mülkiyyət hüququ xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə 005593 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, X7 mülkiyyətində 2014-cü il buraxılışlı, ban nömrəsi XWBJA69VJFA035719, mühərrik nömrəsi B15D21114842AUZX005 olan, “Chevrolet Cobalt” minik markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı (bundan sonra - Birinci avtomobil) və buraxılış ili 1999-cu il, mühərrik nömrəsi ******* olan “VAZ 2110” minik markalı, ** HO *** dövlət qeydiyyat nişanlı (bundan sonra – İkinci avtomobil) avtomobillər olmuş, Birinci avtomobilə dair xx.xx.2015-ci il tarixdə AC500825 nömrəli, İkinci avtomobilə dair isə xx.xx.1999-ci il tarixdə AA257044 nömrəli qeydiyyat şəhadətnamələri verilmişdir. Kərəm Tamayev xx.xx.2017-ci il tarixdə, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilməklə, vəsiyyətnamə yazaraq harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. Kərəm Tamayev xx.xx.2017-ci il tarixdə ölmüşdür. Onun 5 vərəsəsi vardır: arvadı - Cavabdeh5, övladları – İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4.
2. xx.xx.2017-ci il tarixdə Şəkər, Cəmilə, Şükufə və Zeynəb Tamayevalar hər biri ayrı-ayrılıqda Cavabdeh1na ərizə ilə müraciət edərək Kərəm Tamayevdən miras qalmış mənzil və avtomobillərə dair vərəsəlik hüququ haqqında şəhadənamə verilməsini xahiş etmişlər, onların müraciəti əsasında 157/2017 saylı vərəsəlik işi açılmışdır. Cavabdeh1 xüsusi notarisu X9 tərəfindən 157/2017 saylı vərəsəlik işi üzrə xx.xx.2017-ci il tarixdə 2V-240 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh5 miras əmlak olan İkinci avtomobilə dair tam hissədə pay almalıdır.
3. Həmçinin, Cavabdeh1 xüsusi notarisu Anar Bəşirov tərəfindən 157/2017 saylı vərəsəlik işi üzrə xx.xx.2018-ci il tarixdə qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında ayrı-ayrılıqda iki şəhadətnamə verilmişdir: 2V-77 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında birinci şəhadətnaməyə əsasən Kərəm Tamayevin vərəsələri Şükufə Avbbasova, Cavabdeh5, Cavabdeh4 və İddiaçı Mənzildən 1/10 hissədə pay almalıdırlar (həmin şəhadətnaməyə əsasən Cavabdeh2 payı açıq qalmışdır); 2V-78 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında ikinci şəhadətnamələyə əsasən Kərəm Tamayevin vərəsələri Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və İddiaçı Birinci avtomobildən 1/10 hissədə pay almalıdırlar (həmin şəhadətnaməyə əsasən Cavabdeh2 payı açıq qalmışdır); 2V-79 və 2V-80 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında birinci və ikinci şəhadətnamələrə əsasən İddiaçı İkinci avtomobildən və Mənzildən 6/10 hissədə pay almalıdır (həmin şəhadətnamələrə əsasən Cavabdeh2 payı açıq qalmışdır).
4. Bundan başqa, Cavabdeh1 xüsusi notarisu Anar Bəşirov tərəfindən 157/2017 saylı vərəsəlik işi üzrə xx.xx.2018-ci il tarixdə ayrı-ayrı reyestr nömrələri ilə qanun üzrə vərəsəlik hüququ haqqında iki şəhadətnamə verilmişdir: 2V-282 və 2V-283 reyestr nömrələri ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həm Mənzildən, həm də Birinci avtomobildən hər biri 1/10 hissədə pay almalıdır. Həmçinin, hər iki şəhadətnamədə Cavabdeh2 1/10 hissədə payının açıq qalması, qalan 6/10 hissəyə dair isə İddiaçı xx.xx.2018-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi qeyd edilmişdir.
5. Şükufə Avbbasovanın, Cavabdeh5 və Cavabdeh4 Mənzilə dair paylı mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə, iddiaçının mülkiyyət hüququ isə xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.
6. Bundan sonra, Cavabdeh1 xüsusi notarisu Anar Bəşirov tərəfindən V- 157/2017/2017 saylı notariat işi üzrə 2V-46 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla xx.xx.2019-cu il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş (çap tarixi: xx.xx.2023; saat 15:20), həmin şəhadətnaməyə əsasən X10 avtomobildən 0/0 hissədə pay almalıdır. Yenə də, cavabdeh notarius tərəfindən V-157/2017/2017 saylı notariat işi üzrə 2V-240 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş (çap tarixi: xx.xx.2024; saat 14:23), həmin şəhadətnaməyə əsasən Cavabdeh2 İkinci avtomobildən 0/0 hissədə pay almalıdır. Yenə də, cavabdeh notarius tərəfindən V-157/2017/2017 saylı notariat işi üzrə 2V-46 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş (çap tarixi: xx.xx.2024; saat 17:43), həmin şəhadətnaməyə əsasən cavabdeh Birinci avtomobildən 1/10 hissədə pay almalıdır.
7. Qeyd edilənlərdən əlavə, Cavabdeh1 xüsusi notarisu Anar Bəşirov tərəfindən həm iddiaçının nümayəndəsinə, həm də məhkəməyə təqdim edilmiş “Elektron notariat” X1 Çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh3, Cavabdeh5, cavabdeh və Cavabdeh4 ilə iddiaçı arasında miras payın bağışlanmasına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən digər vərəsələr hər biri Birinci avtomobilə dair 1/10 hissədə paylarını iddiaçıya bağışlamışlar (bağışalama müqaviləsini Cavabdeh5 adından Cavabdeh3 imzalamışdır).
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
8. İddiaçı Cavabdeh1 tərəfindən Cavabdeh5 adına verilmiş miras əmlakdan tam hissədə pay almasına dair 2V-240 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, məcburi pay hüququ olan vərəsələrin adlarına verilmiş xx.xx.2018-ci il tarixli, 2V-282 və 2V-283 reyestr nömrələri ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin notariat kontoru tərəfindən təsdiq edilmiş və 66 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli miras əmlakın bağışlanması müqavilələrinin (sair müqavilələr), o cümlədən Şəkər və Cavabdeh2lər, Cavabdeh4 və Cavabdeh3 ilə onun arasında avtomobilə dair bağlanmış xx.xx.2019-cu il tarixli 66 reyestr nömrəli bağışlama müqaviləsinin və Cavabdeh2 adına verilmiş miras əmlakdan 0/0 hissədə pay almasına dair 2V- 46 saylı reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli şəhadətnamənin ləğv edilməsi barədə iddia ərizəi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət Cavabdeh1 tərəfindən Cavabdeh5 adına verilmiş miras əmlakdan tam hissədə pay almasına dair 2V-240 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, məcburi pay hüququ olan vərəsələrin adlarına verilmiş xx.xx.2018-ci il tarixli, 2V-282 və 2V-283 reyestr nömrələri ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin notariat kontoru tərəfindən təsdiq edilmiş və 66 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli miras əmlakın bağışlanması müqavilələrinin (sair müqavilələr), o cümlədən Şəkər və Cavabdeh2lər, Cavabdeh4 və Cavabdeh3 ilə onun arasında avtomobilə dair bağlanmış xx.xx.2019-cu il tarixli 66 reyestr nömrəli bağışlama müqaviləsinin və Cavabdeh2 adına verilmiş miras əmlakdan 0/0 hissədə pay almasına dair 2V-46 saylı reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Miras əmlakla bağlı bütün notariat hərəkətlərinin başa çatdırılmasına baxmayaraq, notariat kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə vərəsələr Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 adlarına miras əmlak olan mənzil və “Chevrolet Cobalt” markalı avtomobildən hər birinin 1/10 hissədə pay almaları barədə müvafiq olaraq 2V-282 və 2V-283 reyestr nömrələri ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə Cavabdeh2 1/10 hissədə payının açıq qalması və eləcə də ona miras əmlakın 6/10 hissəsinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixdə şəhadətnamələrin verilməsi göstərilmişdir. Xəstə və hərəkətsiz vəziyyətdə olan anasına qarşı qardaşı Cavabdeh2 özünü olduqca təhqiramiz tərzdə aparması, onun və bacılarının ünvanına əxlaqsız ifadələr işlətməsi, onları mütəmadi hədələməsi, anasına gündəlik qulluq göstərən qadınların həmin xidməti göstərməkdən çəkindirən hərəkətlər etməsi və eləcə də mirası tam ələ keçirməsi barədə bildirdiyi fikirlər onda və eləcə də digər vərəsələrdə ciddi şübhələr doğurduğundan miras əmlakla bağlı məsələyə aydınlıq gətirmək üçün Bakı şəhəri 18 saylı Noratiat kontorunun xüsusi notariusu Anar Bəşirova müraciət etmişdir. Anar Bəşirov ona hər hansı bir məlumatı verməkdən imtina etdikdən sonra şübhələri bir qədər də artdı və bununla əlaqədar elektron informasiya sistemindən kifayət qədər məlumat əldə edə bilmədiyinə görə ona hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 17 saylı vəkil bürosuna müraciət etmişdir. Ona hüquqi xidmət göstərən vəkil tərəfindən Notariat kontoruna Cavabdeh2 adına rəsmiləşdirilmiş şənədlərin surətlərinin göndərilməsi tələb olunsa da, notarius tərəfindən ona yalnız 29 dekabr 157/2017-ci il tarixli vərəsəlik işinin surəti göndərilməklə faktiki olaraq sorğu icra olunmamışdır. Təkrar verilmiş vəkil sorğusuna cavabda isə 14 avqust 2021-ci il tarixdə notariat kontorunda yanğın hadisəsi baş verməsi ilə əlaqədar tələb olunan sənədlərin yanması barədə məlumat verilmişdir. 21 noyabr 2023-cü il tarixli həmin cavab məktubunda göstərilmişdir ki, notariat kontoru tərəfindən 26 yanvar 2019-cu il tarixdə miras payın bağışlanması barədə müqavilə rəsmiləşdirilmiş və həmin sənədlər də yanğın zamanı məhv olmuşdur. Bundan sonra Ədliyyə Nazirliyinin və Notariat Baş idarəsinin rəhbərliyinə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Baş Notariat İdarəsi tərəfindən 18 saylı Notariat Kontorunda 2021-ci ilin avqust ayında yanğın baş verməsi barədə məlumat verilməsinə və Notariat Kontoru tərəfindən “Sənədlərin və işlərin məhv etmək üçün ayrılması haqqında” 05 yanvar 2022-ci il tarixli aktın surətinin göndərilməsinə baxmayaraq, həmin akt Notariat kontorunda baş vermiş yanğın zamanı miras əmlaka dair sənədlərin həqiqətən də yanması nəticəsinə gəlmək üçün əsas vermir. Cavabdeh tərəfindən yanması iddia edilən və elektron informasiya sistemində olmaması bildirilən bağışlama müqavilələrinin onun tərəfindən sonradan informasiya sistemindən əldə edilməsi həmin sənədlərin və onların verilməsi üçün əsas olmuş sənədlərin yanmasını təkzib edir. Onun tərəfindən əldə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, vərəsələr arasında 26 yanvar 2019-cu il tarixdə 66 reyestr nömrəsi ilə qeydə alınan və “Sair müqavilələr” kimi göstərilən müqavilələr bağlanmışdır. xx.xx.2024 il tarixdə Elektron informasiya sisteminə daxil olduqda miras əmlak olan “Chevrolet Cobalt” markalı avtomobilə dair miras payların digər vərəsələr tərəfindən iddiaçıya bağışlanması barədə müqavilənin bağlanması müəyyən olundu. Halbuki, notariat kontoru tərəfindən həmin müqavilə ona təqdim olunmamışdır. Bundan başqa, elektron informasiya sistemindən məlumat almaqla həmçinin müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixdə notariat kontoru tərəfindən Cavabdeh2 adına miras əmlak olan “Chevrolet Cobalt” markalı avtomobildən 0/0 hissədə pay alması barədə 2V-46 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa 26 yanvar 2019-cu il tarixdə notariat kontoru tərəfindən Cavabdeh2 adına avtomobildən həm 0/0 hissədə, həm 1/10 hissədə pay alması barədə şəhadətnamə verilmiş, konkret növü məlum olmayan “Sair müqavilələr” kimi göstərilən müqavilələr və avtomobilə dair miras payların digər vərəsələr tərəfindən, o cümlədən Cavabdeh2 tərəfindən iddiaçıya bağışlanması barədə müqavilələr rəsmiləşdirilmişdir. Beləliklə, vəsiyyətnamə üzrə açılmış vərəsəliklə əlaqədar vərəsələrin paylarının müəyyən olunmasına baxmayaraq notariat kontoru tərəfindən qanunsuz olaraq miras əmlaka dair şəhadətnamələr verilmiş, müqavilələr bağlanmış və onların mövcudluğu təxminən 5 il ərzində gizlədilmişdir. Notariat kontoru tərəfindən dəfələrlə elektron informasiya sisteminə müdaxilə olunmaqla hazırkı vərəsəlik işi üzrə verilmiş şəhadətnamələr istənilən formada dəyişdirilmiş, yaxud da sistemdən silinmişdir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: b) Cavabdehlər iddia ərizəsinə yazılı etirazlarını məhkəməyə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. İddiaçı məhkəmə baxışı zamanı bildirdi ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilən zaman Musaya dəfələrlə zəng edərək, notariusa gəlməsi və payının müəyyən edilməsi təklif edilsə də, Musa bundan imtina etmişdir. Nəticədə Musanın payı açıq qalmışdır. Sonradan bacıları ilə birlikdə notariusa getdikdə müəyyən olunmuşdur ki, onların məlumatı olmadan miras əmlakda Cavabdeh2 payı müəyyən edilmişdir. Atasının vəsiyyətnamə yazmaqda məqsədi o olmuşdur ki, Cavabdeh2 bir övlad kimi valideynlərinin qayğısına qalmamışdır.
9. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirdi ki, atası vəfat etdikdən sonra bacıları Zeynəb, Şükufə və Zeynəbin əri ilə birlikdə 18 saylı notariat ofisinə yaxınlaşdıqda onlar bildirmişlər ki, dəfn xərci çox olduğuna görə Avtomobili satmaq lazımdır. O, bununla razılaşmamışdır. Sonradan aralarında mübahisələr yaranmağa başlamışdır. Vəsiyyətnamə üzrə vərəsəliyin açılması barədə heç bir məlumatı olmamışdır. Hazırda atasından miras qalmış evə tək yaşayır.
10. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul edir. Əlavə olaraq bildirdi ki, atasının ölümündən sonra onlar hamısı 18 saylı notariat ofisinə yaxınlşaraq miras əmlakda hər biri öz payını qəbul etmişdir, 05 may tarixində bununla bağlı vərəsəlik haqqında şəhadətnamələr almışlar. Mənzilə dair çıxarış almaq üçün çox çətinliklə müvafiq ASAN xidmətdən bu barədə sənəd əldə etmişlər. Sonradan məlum olmuşdur ki, onlar vərəsəlik haqqında şəhadətnamə aldıqdan 5 ay sonra Cavabdeh2 təşəbbüsü ilə yenidən vərəsəlik açılmış və bu barədə şəhadətnamə almışdır. Mənzildə və avtomobildə olan paylarının iddiaçıya bağışlanması barədə müqavilə bağlamamışlar və bu məqsədlə də heç bir vaxt notariusa getməmişlər.
11. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
14. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
15. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
16. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
17. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
18. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
19. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
20. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
21. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
22. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
23. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
24. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
25. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
26. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
27. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kagızlar, kredit idarələrinə və s. Kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandıgı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat:
28. Bənd 95. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək, maraqlı şəxsləri rəsmən depozitə qoyulmuş vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.
29. Bənd 96. Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır.
30. Bənd 98. Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir.
31. Bənd 103. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
32. Bənd 104. Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat ofisində yoxlayır
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
36. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
37. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
38. Tərəflər arasındakı mübahisə miras əmlaka dair vəsiyyətnamə üzrə verilmiş şəhadətnamələrlə və miras əmlakın (Avtomobilə dair) bağışlanması barədə müqavilələrlə bağlıdır. Buna görə də mübahisəni iki hissəyə ayırmaqla - vəsiyyətnamə üzrə verilmiş şəhadətnamələrin qanuna uyğun olub-olaması və miras əmlakın bağışlanması barədə müqavilələrin qanuna uyğun olub-olmaması aspektindən yoxlanılmaqla hüquqi qiymət verilməlidir.
39. Mübahisənin birinci hissəsi ilə bağlı, yəni vəsiyyətnamə üzrə verilmiş şəhadətnamələrin qanuna uyğun olub-olaması ilə bağlı həm işin bütün faktiki hallarını, həm də işdə olan sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, nəinki iddia ərizəsində mübahiləndirilən şəhadətnamələr, eləcə də Kərəm Tamayevin miras əmalkına dair verilmiş bütün vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir.
40. Mülki qanunvericilikdə miras qoyanın əmlakının vərəsələrinə keçməsinin üç üsulu göstərilmişdir: birincisi, vəsiyyətnamə üzrə; ikincisi, qanun üzrə; üçüncüsü, hər iki üsulla, yəni həm qanun, həm də vəsiyyətnamə üzrə. Hazırki iş üzrə iddiaçının atası Kərəm Tamayev xx.xx.2017-ci il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını iddiaçının (qızının) xeyrinə vəsiyyət etmiş və həmin vəziyyətnamə hazırda da qüvvədədir. Kərəm Tamayev xx.xx.2017-ci il tarixdə öldükdən sonra onun vərəsələri – arvadı (Cavabdeh5) və qızları (Cəmilə, Şükufə və Zeynəb) xx.xx.2017-ci il tarixdə 18 saylı notariat ofisinə müraciət etmiş və onların müraciətləri əsasında 157/2017 saylı vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə Kərəm Tamayevdən miras qalmış Birinci avtomobilə dair xx.xx.2017-ci il tarixdə Cavabdeh5 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2018-ci il tarixdə, 2-si qanunn üzrə, 2-si vəsiyyət üzrə olmaqla 4, xx.xx.2018-ci il tarixdə isə 1-i qanunn üzrə, 1-i vəsiyyət üzrə olmaqla 2 dəfə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa, cavabdeh notarius tərəfindən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli 3 müxtəlif məzmunlu qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cap tarixi xx.xx.2023-cü il olan və reyestdər 2V-46 nömə ilə qeydiyyata alınmış şəhadətnamədə Cavabdeh2 Birinci avtomobilə görə 0/0 hissədə, çap tarixli xx.xx.20214-cü il olan və reyestdə 2V-240 nömə ilə qeydiyyata alınmış şəhadətnamədə Cavabdeh2 İkinci avtomobilə görə 0/0 hissədə, nəhayət çap tarixi xx.xx.2024-cü il olan və reyestrdə 2V-46 nömə ilə qeydiyyata alınmış şəhadətnamədə isə Cavabdeh2 Birinci avtomobilə görə 1/10 hissədə pay almalı olması göstərilmişdir. Göründüyü kimi, cavabdeh notarius tərəfindən bir vərəsəlik işi üzrə Kərəm Tamayevdən miras qalmış 1 mənzil və 2 avtomobildən ibarət miras əmlaka dair ümumilikdə 10 ədəd vərəsəlik şəhadətnaməsi verilmişdir.
41. Mülki Məcəllənin 1325-ci maddəsindən, eləcə də, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95 və 104-cü bəndlərindən də görünür ki, notarius tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilərkən ya bütün vərəsələrə birlikdə, ya da vərəsənin arzusuna uyğun olaraq hər bir vərəsəyə ayrılıqda şəhadətnamə verilə bilər. Lakin həmin şəhadətnamədə digər vərəsələrin payları da öz əksini tapmalı, notarius tərəfindən vəsiyyətnamənin olubolmaması, mirasda məcburi paya hüququ olan şəxslərin olub-olmadığı və s. aydınlaşdırılmalıdır.
42. 157/2017 saylı vərəsəlik işi üzrə verilmiş vərəsəlik haqqında şəhadətnamələr verilmə ardıcıllığı ilə yoxlanıldıqda müəyyən edilir ki, cavabdeh notarius tərəfindən xx.xx.2017-ci il tarixdə 2V-240 nömrə ilə reyestrədə qeydə alınmaqla verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Kərəm Tamayevin yalnız 1 vərəsəsinin, Cavabdeh5 adı göstərilərək Birinci avtomobildən onun tam hissədə pay alması qeyd edilmiş, bu zaman nə İddiaçı adına verilmiş vəsiyyətnamə üzrə, nə də digər vərəsələrə çatası məcburi paylar nəzərə alınmamışdır.
43. 157/2017 saylı vərəsəlik işi üzrə xx.xx.2018-ci il tarixdə verilmiş 2V-77, 2V-78, 2V-79 və 2V-80 reyestr nömrəli, xx.xx.2018-ci il tarixdə verilmiş 2V-282, 2V-283, 2019-cu il tarixdə yalnız Cavabdeh2 adına verilmiş 2V-46 və 2V-240 reyestr nömrəli vərəsəlik şəhadətnamələrlə bağlı isə məhkəmə qeyd edir ki, həmin şəhadətnamələrin hər biri qanunverciliyin tələbləri kobud pozulmaqla verilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli 2V- 77, 2V-78, 2V-79, 2V-80 reyestr nömrəli şəhadətnamələrin məzmununda bir-birinə ziddiyyətlli məlumatlar əks olunmuşdur. xx.xx.2018-ci il tarixli 2V-77 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə İddiaçı Mənzildən 1/10 hissədə pay alması qeyd edilsə də, xx.xx.2018-ci il tarixli 2V-79 və 2V-80 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə onun həmin miras əmlakdan 6/10 hissədə pay alması qeyd edilmişdir. Eyni qaydada, xx.xx.2018-ci il tarixli 2V-78 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə İddiaçı Birinci Avtomobildən 1/10 hissədə pay alması qeyd edilsə də, xx.xx.2018-ci il tarixli 2V-79 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamədə onun həmin miras əmlakdan 6/10 hissədə pay alması göstərilmişdir. Həmçinin də, xx.xx.2018-ci il tarixdə vərəsəlik işi açılaraq bu barədə vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyi halda, yenidən 7 ay sonra heç bir əsas olmadan eyni məzmunlu – Mənzil və Birinci Avtomobil üzərində Cəmilə Tamayevin 6/10, Cavabdeh5 1/10, Cavabdeh3 1/10, Cavabdeh4 1/10 və Cavabdeh2 1/10 pay hüququnun olmasını özündə əks etdirən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Halbuki, cavabdeh notarius tərəfindən məhkəməyə təqdim edilmiş vərəsəlik işlərində vərəsələrin xx.xx.2017-ci il tarixdən başqa nə vaxtsa notariusa təkrar vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizələri mövcud deyil. Təqdim edilmiş notariat işlərində Cavabdeh2 tərəfindən şəhadətnamə verilməsi üçün verilmiş ərizə isə ümumiyyətlə yoxdur.
44. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixi ilə Cavabdeh2 verilmiş 2V-46 və 2V-240 reyetr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr də qanunvericiliyin təlləblərinə zidd olaraq verilmişdir. Əvvəla, həmin şəhadətnamələrin də məzmununda bir-birinə zidd (paya dair) məlumatlar əkas olunmuşdur. Belə ki, çap tarixi xx.xx.2023-cü il olan 2V-46 reyestdər nöməli şəhadətnamədə Cavabdeh2 Birinci avtomobilə görə 0/0 hissədə pay alması göstərilsə də, çap tarixi xx.xx.2024-cü il olan və 2V-46 reyestr nöməli şəhadətnamədə isə Cavabdeh2 Birinci avtomobilə görə 1/10 hissədə pay almalı olması göstərilmişdir. Həmçinin, çap tarixli xx.xx.2024-cü il olan 2V- 240 reyestdə nöməli şəhadətnamədə isə Cavabdeh2 İkinci avtomobilə görə 0/0 hissədə payının olması göstərilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın yuxarıda qeyd edilən müddəalarında vərəsəlik haqqında şəhadətnamədə payların hansı həcmdə göstərilməsi barədə nümunə qeyd edilmişdir. Vərəsə tək olduqda onun mirasdan tam, bir neçə vərəsə olduqda isə qanunla onlara keçən payın digər vərəslərin də payı nəzərə alınmaqla, müəyyən hissədə (məsələn 1/2, yaxud 2/3) keçməsi göstərilməlidir.
45. Şərh edilənlərdən əlavə məhkəmə qeyd edir ki, istər 2018-ci ildə, istərsə də 2019-cu ildə verilmiş vərəsəlik şəhadətnamələri həm də ona görə etibarsız hesab edilməlidir ki, həmin şəhadətnamələr verilərkən Cavabdeh5 miras əmlaklarda ½ hissədə payının olması nəzərə alınmamışdır. Belə ki, Cavabdeh5 Kərəm Tamayevin arvadıdır. Miras əmlaklar Cavabdeh5 ilə Kərəm Tamayevin birgə nikahda olduqları vaxt əldə edildiyindən Cavabdeh5 payı Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32-ci maddələrinin tələbləri baxımından nəzərə alınmalı idi.
46. Hər iki normada ər-arvadın əmlakının qanuni rejimi müəyyən edilərək göstərilir ki, ər-arvad arasında bağlanmış nikah kontraktında başqa qayda nəzərdə tutulmadıqda (halbu ki, iddiaçı ilə mərhum əri Tofiq Abbasov arasında nikah kontraktının bağlanması iş materialları ilə müəyyən edilmir) birgə nikah dövründə əldə etdikləri əmak onların birgə mülkiyyəti hesab edilir. Göründüyü kimi, qanunvericilik əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilməsi üçün üç şərt irəli sürür: 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın birgə nikah dövründə əldə edilməsi; 3) əmlakın ər-arvadın birgə qazancı hesabına əldə edilməsi.
47. Cavabdeh5 ilə Kərəm Tamayev xx.xx.1960-cı il tarixdə nikaha daxil olmuşlar. Kərəm Tamayevin Mənzilə mülkiyyət hüququ xx.xx.1996-cı il tarixdə (005593 nömrəli Qeydiyyat vəsiqəsinin surəti), Birinci avtomobilə dair mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə, İkinci avtomobilə dair mülkiyyət hüququ isə xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, miras əmlaklar Cavabdeh5 ilə mərhum ərinin birgə nikahda olduqları vaxt əldə edilmişdir. Həmin əmlakların onların birgə qazancı hesabına əldə edilməsini təkzib edən sübutlar isə iş materiallarında mövcud deyil. Belə olan halda, miras amlakların ½ hissəsi Cavabdeh5 mülkiyyətidir və həmin hissə hazırda iddiaçıya və digər cavabdeh vərəsələrə münasibətdə miras predmeti hesab oluna bilməz. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, miras əmlaklara dair Cavabdeh5 payının 11/20 hissədə, iddiaçının payı 6/20 hissədə, digər vərəsələrin (Musa, Zeynəb və Şükufə) payları isə hər birinə 1/20 müəyyən edilməli idi.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən vərəsəlik paylarının müəyyənləşdirilməsi barədə mübahisələr yarandıqda miras əmlakda payların müəyyən edilməsi məhkəmənin səlahiyyətlərinə aiddir.Məhkəmə həmçinin hesab edir ki, xx.xx.2018-ci il tarixli, 157/2017 nömrəli vərəsəlik işi üzrə çıxarılmış vərəsəlik haqqında şəhadətnamələr etibarsız hesab edildiyindən, həmin şəhadətnamələr əsasında Mənzilə dair çıxarışıar da ləğv edilməlidir.
49. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin ikinci hissəsi də, yəni xx.xx.2019-cu il tarixdə 46 və 66 reyestr nömrəli bağışlama müqavilələrinin (Sair müqavilələr) etibarsız hesab edilməsi hissəsində də əsaslıdır. Belə ki, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında bildirdilər ki, miras əmlak olan Birinci Avtomobilə dair paylarını iddiaçıya bağışlamamışlar, bununla bağlı cavabdeh notariusa heç vaxt müraciət etməmişlər. İddiaçı da məhkəmə iclasında belə bir müqavilənin bağlanmadığını bildirdi.
50. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan ən zəruri əlamətdir.
51. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən və ümumi formada (şərti olaqraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.
52. Subyektə bağlı olan şərtlərə, bir qayda olaraq Mülki Məcəllənin 349-cu maddəsində (Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı), 343-cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı) göstərilən etibarsızlıq üçün əsasları aid etmək olar. Subyektə bağlı olan şərtlər, əsasən şəxsin əqd bağlamaq üçün yetərli səlahiyyətə malik olmaması ilə bağlıdır.
53. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı), 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlərə aid edilə bilər. İradə ifadəsinə bağlı olan şərtlər ümimyyətlə iradə ifadəsinin olmaması, yaxud olduğu halda da qüsurlu (zədəli) olması ilə bağlı olan şərtlərdir.
54. Əqdin forma və məzmununa bağlı olan şərtlər Mülki Məcəllənin 329-cu maddəsində (Əqdlərin formaları), 331-ci maddəsində (Yazılı əqd) və 334-cü maddəsində (Əqdin notariat qaydasında təsdiqlənməsi) göstərilmişdir. Bu şərtlər əqdin forma və məzmununa dair əvvəlcədən müəyyənləşdirilmiş şərtlərin pozulması ilə əqdin bağlanmasını nəzərdə tutan şərtlərdir.
55. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı, hətta özünün xeyrinə olmasına baxmayaraq Birinci Avtomobilə dair qeydə alınmış bağışlama müqaviləsinin etibarsızlığı üçün irəli sürdüyü dəlil onun belə bir müqavilənin bağlanmasından məlumatı olmaması ilə bağlıdır, başqa sözlə iddiaçı müqavilənin bağlanmasında nə iştirak etmiş, nə də onun belə bir müqavilənin bağlanmasında iradə ifadəsi olmamışdır.
56. Məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da Birinci Avtomobildə olan paylarını iddiaçıya bağışlamadıqlarını, bunun üçün heç bir müqavilə bağlamadıqlarını, payın bağışlanmasına dair müqavilənin mövcudluğundan məlumatlarının sonradan onlara məlum olduğunu bildirmişlər. Göründüyü kimi, iddiaçı ilə cavabdeh vərəsələr arasında bağlanmış və reyesrtdə 46 və 66 nömrə ilə qeydə alınmış xx.xx.2019-ci il tarixli (elektron notariat sistemində sair müqavilələr adı ilə qeydiyyata alınmış) müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmamış, həmin müqaviləni onun tərəfləri imzalamamış, ümumiyyətlə həmin müqavilədəki tərəflərin (miras payın alıcısı iddiaçı, satıcıları isə cavabdeh vərəsələr) belə bir müqavilənin bağlanmasında iradə ifadələrinin olması müəyyən edilməmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zərur hesab edir ki, miras payın bağşlanması barədə müqavilə məhkəməyə qədər tələb etsə də nə iddiaçıya, nə də məhkəmə baxışı zamanı sorğu verilməsinə baxmayaraq məhkəməyə təqdim edilməmiş, yalnız həmin müqavilənin yanğın nəticəsində məhv olması barədə akt təqdim edilmişdir. Eyni zamanda, cavabdeh notarius tərəfindən məhkəməyə “Elektron notariat” X2 Çıxarış təqdim edilmişdir ki, həmin Çıxarışdan da görünür ki, müqavilə tərəflərinin fotoşəkilləri bölməsində “şəkil çəkilməyib” qeydi göstərilmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, tərəflər arasında, ümumiyyətlə miras payın alqı-satqısına dair heç bir müqavilə bağlanmamışdır. Buna görə də həmin “müqavilə” bağlandığı andan etibarsız olmuşdur.
57. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini tələb etməsə də, AR MM-nin 1291-ci maddəsinin tələblərinə əsasən, eləcə də Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin şəhadətnamələr üzrə vərəsələr arasında paylar müəyyən olunarkən payların düzgün müəyyən edilib-edilməməsi yoxlanmalıdır.
58. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh1 xüsusi notarisu X9 tərəfindən 157/2017 saylı vərəsəlik işi üzrə xx.xx.2017-ci il tarixdə 2V-240 reyestr nömrəsi ilə qeydiyyata alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə, xx.xx.2018-ci il tarixdə 2V-77 və 2V-78 reyestr nömrəsi ilə qeydiyyata alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr, xx.xx.2018-ci il tarixdə 2V-79 və 2V-80 reyestr nömrəsi ilə qeydiyyata alınmış vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamələr, xx.xx.2018-ci il tarixdə 2V-282 və 2V-283 reyestr nömrələri ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, Cavabdeh1 xüsusi notarisu Anar Bəşirov tərəfindən V-157/2017/2017 saylı vərəsəlik işi üzrə Cavabdeh2 adına verilmiş - xx.xx.2019-cu il tarixli, 2V-46 reyestr nömrəsi ilə və xx.xx.2019-cu il tarixli, 2V-240 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. xx.xx.2019-cu il tarixdə reyestrdə 46 və 66 nömrələrlə qeydə alınmış Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 ilə İddiaçı arasında miras payın bağışlanmasına dair “Elektron notariat” X3 “Sair müqavilələr” adı altında bağlanmış miras payın bağışlanmasına dair müqavilə etibarsız hesab edilsin. X7 öldüyü xx.xx.2017-ci il tarixdən sonra miras əmlak Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 105 saylı evin 55 saylı mənzilnə dair verilmiş çıxarışlar ləğv edilsin. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 105 saylı evin 55 saylı mənzilinin və 2014-cü il buraxılışlı, ban nömrəsi XWBJA69VJFA035719, mühərrik nömrəsi B15D21114842AUZX005 olan, “Chevrolet Cobalt” minik markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin 11/20 hissəsinə Cavabdeh5, 6/20 hissəsinə İddiaçı, 1/20 hissəsinə Cavabdeh2, 1/20 hissəsinə X4 və 1/20 hissəsinə X5 miras payı müəyyən edilməklə vərəsəlik hüququ tanınsın və bu barədə vərəsəlik haqqında şəhadətnamə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı