Məhkəmə qərarları › İş №e-2(011)-409/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-409/2022

01.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-409/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh tərəfindən “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 30 iyun tarixli 8 nömrəli Qərarı”-na zidd olaraq qanunsuz və əsassız olaraq hesablama apararaq 01.07.2021-ci il tarixindən 04.10.2021-ci il tarixinədək iddiaçı tərəfindən istehlak olunmuş 62 kub metr təbii qazın həcminə limitdən əlavə 0.20 tarif tətbiq etməklə hesablanmış 6.20 manat əsassız borcun hesabına silinmiş 4.80 manatın abonent bazasındakı abonent koduna artıq ödəmə kimi bərpa ediməsi və bu günki tarixə abonent bazasındakı abonent koduna hesablanmış 1.40 manat əsassış borcun silinməsi, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 30 iyun tarixli 8 nömrəli Qərarı”-na uyğun olaraq 04.10.2021ci il tarixindən etibarən iddiaçı tərəfindən istehlak olunacaq təbii qazın həcminə hesablama aparılmasının cavabdehə həvalə edilməsi, cavabdehin əməkdaşlarının hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan hərəkətləri mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya vurulmuş “mənəvi zərər”in”əvəzini pulla müəyyən edərək 10 00000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,268, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar