Məhkəmə qərarları › İş №e-2(011)-4271/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4271/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4271/2025 10.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi və lizinq predmetinin boşaldılması” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 2022/1940 saylı X4 Müqaviləsi üzrə 26992.11 (iyirmi altı min doqquz yüz doxsan iki manat on bir qəpik) manat əsas, 9564.61 (doqquz min beş yüzaltmış dörd manat altmış bir qəpik) manat faiz və 7150 (yeddimin bir yüz əlli) manat dəbbə olmaqla,cəmi 43706.72 (qırx üç min yeddi yüz altı manat yetmiş iki qəpik) manat kredit borcunun və 221.12 (iki yüz iyirmi bir manat on iki qəpik) dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi, xx.xx.2022-ci il tarixli 2022/1940 saylı X4 Müqaviləsinin lizinq predmeti olan və "xxxx" BOKT MMC-nin mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi, ev 15, mənzil 61 (yeni qaydalarla: AZ1119, ünvan 1) boşaldılaraq "xxxx" BOKT MMC-nin istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 2022/1940 saylı X4 Müqaviləsi üzrə 26992.11 (iyirmi altı min doqquz yüz doxsan iki manat on bir qəpik) manat əsas, 4564.61 (dörd min beş yüz altmış dörd manat altmış bir qəpik) manat faiz və 7150 (yeddi min bir yüz əlli) manat dəbbə olmaqla, cəmi 38706.72 (otuz səkkiz min yeddi yüz altı manat yetmiş iki qəpik) manat kredit borcunun və 221.12 (iki yüz iyirmi bir manat on iki qəpik) dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi, xx.xx.2022-ci il tarixli 2022/1940 saylı X4 Müqaviləsinin lizinq predmeti olan və "xxxx" BOKT MMC-nin mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi, ev 15, mənzil 61 (yeni qaydalarla: AZ1119, ünvan 1) boşaldılaraq "xxxx" BOKT MMC-nin istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 2022/1940 saylı X4 Müqaviləsinə əsasən, cavabdeh tərəfindən seçilmiş və Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdı, 4Ə-908 reyestr nömrəsi ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan X1 məxsus olmuş, Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi, ev 15, mənzil 61 (yeni qaydalarla:AZ1119, ünvan 1) Cavabdeh 36 (otuz altı) ay müddətinə illik 32 faiz dərəcəsi ilə 55000 manata lizinqə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli, **********14-05101-093054 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi, ev 15, mənzil 61 (yeni qaydalarla: AZ1119, ünvan 1) "xxxx" BOKT MMC mülkiyyət hüquqlarınıəldə etmişdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh hesabından çıxarışdan və xx.xx.2022-ci il tarixli 2022/1940 saylı X4 Müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı Əlavədən də göründüyü kimi Cavabdeh X4 müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli 2022/1940 saylı X4 Müqaviləsi üzrə 26992.11 (iyirmialtımin doqquz yüz doxsan ikimanat on bir qəpik) manat əsas, 9564.61 (doqquz min beş yüzaltmış dörd manat altmış bir qəpik) manat faiz və 7150 (yeddi min bir yüz əlli) manat dəbbə olmaqla, cəmi 43706.72 (qırx üç min yeddi yüz altı manat yetmiş iki qəpik) manat məbləğində borcu yaranmışdır. 01 aprel 2025-ci il tarixində Cavabdeh borcun ödənilməsi və lizinq müqaviləsi əsasında ona təhvil verilmiş mənzilin geri qaytarılması tələbi ilə rəsmi bildiriş göndərilmişdir. Bildiriş cavabdeh tərəfindən qəbul edilmiş, lakin o, bildirişin məzmununa dair hər hansı münasibət bildirməmiş və tələblərin icrası istiqamətində müəyyən edilmiş müddət ərzində heç bir tədbir görməmişdir. Cavabdeh borcun ödənilməsi və lizinq obyektinin geri qaytarılması tələblərini yerinə yetirməməsi qanunvericiliyin tələblərinin pozulması hesab olunmaqla yanaşı, iddiaçı"xxxx" BOKT MMC-nin hüquqlarımın da pozulmasına səbəb olmuşdur. Bütün yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, "xxxx" BOKT MMC tərəfindən borcun məcburi qaydada tutulması və lizinq obyektinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət edilməsi zəruri və hüquqi cəhətdən əsaslandırılmış bir addımdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında 5 000 manat ödəniş etdiyini və xəstə olduğu bildirərək, ona köməklik edilməsini xahiş etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: X2, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsinin 1.1-ci maddəsindən görünür ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş və Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 4Ə-908 reyestr nömrəlsi ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmenti olan X1 məxsus (bundan sonra satıcı) ünvan 1 ünvanında yerləşən mənzili (bunda sonra əmlak) mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında, lizinq vasitəsi ilə lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu müqavilənin müddəalarına uyğun olaraq Lizinq alanın müvəqqəti istifadəsinə verməyi və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən əmlak lizinq alana lizinq verən tərəfindən 36 ay müddətinə lizinq verilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən qiymətin 35.000 manat hissəsi müqavilənin imzalanması tarixindən 1 gün ərzində avans şəklində lizinq alan tərəfindən lizinq verənə ödənilir. Qalan məbləğin 55.000 manat hissəsi isə tərəflər arasında təhviltəslim aktı imzalandıqdan sonra lizinq alan tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə göstərilən qaydada və müddətlərdə ödənilir. Həmin müqavilənin 21-ci maddəsinin b) bəndinə əsasən lizinq alan lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq iki dəfə lizinq haqqını ödəməzsə lizinq verən müqaviləyə bir tərəfli qaydada xitam verə bilər. Həmin müqavilənin 22.1-ci maddəsinə əsasən hazırkı müqaviləyə müqavilənin 20-ci maddısində göstərilən hallarda və ya 21-ci maddəsində göstərilən qaydada Lizinq verənin təşəbbüsü ilə xitam verilərsə, lizinq alan əmlakı 3 iş günü ərzində lizinq verənə təhvil verməyə borcludur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DÖvlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 15, mənzil 61 (Yeni qaydalarla: Az1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 133,M3, m2) "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir, reyestrin qeydiyyat tarixi xx.xx.2022-ci ildir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, borc ödənilmədiyi halda məhkəmə tələb olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixli 1940/2022 nömrəli X4i müqaviləsi üzrə 26.992,11 manat əsas, 4564,61 manat faiz və 7150 manat cərimə borcu olmaqla, ümumilikdə 38.706,72 manat borcu vardır. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, 221.12 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 2022/1940 saylı X4 müqaviləsi bağlanmış və müqavilənin predmeti Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 15, mənzil 61 (Yeni qaydalarla: Az1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 133,M3, m2) olmuşdur. Göründüyü kimi, tərəflər arasında bağlanmış lizinq müqaviləsi əsasında onların birinin digəri qarşısında müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Lizinq müqaviləsinə əsasən, lizinq şirkəti üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq predmeti olan əmlakı Cavabdeh sahibliyinə və istifadəsinə vermiş, lakin lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alanın lizinq verənə əsas və cərimə borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas və faiz məbləğlərini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən dəbbə pulunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir və iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 7150 manat məbləğində deyil, 800 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı lizinq obyektinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq obyektinin iddiaçıya qaytarılmasına dair hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq obyektinin lizinq alanın geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, Cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin lizinq alanın istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, lizinq obyekti Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 26992,11 (iyirmi altı min doqquz yüz doxsan iki manat, on bir qəpik) manat əsas pul vəsaiti, 4564,61 (dörd min beş yüz altmış dörd manat, altmış bir qəpik) manat faiz borcu, 800 (səkkiz yüz ) manat dəbbə olmaqla ümumilikdə, 32356,72 (otuz iki min üç yüz əlli altı manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "Kəpəz BOKT” MMC -nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun əvəzi kimi 187.07 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26992,11 (iyirmi altı min doqquz yüz doxsan iki manat, on bir qəpik) manat əsas pul vəsaiti, 4564,61 (dörd min beş yüz altmış dörd manat, altmış bir qəpik) manat faiz borcu, 800 (səkkiz yüz ) manat dəbbə olmaqla ümumilikdə, 32356,72 (otuz iki min üç yüz əlli altı manat, yetmiş iki qəpik) manat və 187,07 (yüz səksən yeddi manat, yeddi qəpik) manat dövlət rüsumu məbləğində pul vəsaiti iddiaçı "Kəpəz BOKT” MMC -nin xeyrinə ödənilsin. xx.xx.2022-ci il tarixli X4 müqaviləsinin predmeti olan Bakı şəhər, Xətai rayonu, Neapol küçəsi ev 15, 61 nömrəli mənzil , Yeni qaydalarla AZ1149, Bakı şəhər, Xətai rayonu, Neapol küçəsi giriş 133, M3, m2 mənzili Cavabdeh tərəfindən boşaldılaraq, iddiaçı "Kəpəz BOKT” MMC –nin istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar