Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4392/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 M K tərəfindən inşa edilmiş ünvan 1 ünvanındakı çoxmənzilli binanın həyətində yerləşən özbaşına tikilinin sökülməsi öhdəliyinin Cavabdeh2 MTK və Cavabdeh1 üzərinə qoyulması; ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat pulun cavabdehlerdən alınaraq İddiaçı MMMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli binanın idarə edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə İddiaçı yaradılmışdır. Bina inşa edilən zaman Cavabdeh2 MTK tərəfindən binanın həyətində şəhərsalma və tikinti normalarına və qaydalarını ciddi sürətdə pozmaqla, özbaşına olaraq yardımçı tikili tikilmişdir. Həmin özbaşına tikili haqqında qeyd binaya dair hər hansı bir layihə sənədində, həmçinin dövlət orqanlar tərəfindən verilən rəylərdə öz əksini tapmamışdır. Qeyd edək ki, İddiaçı MMMC-nin Cavabdeh2 MTK-nın nümayəndəsi Cavabdeh1 qarşı Bakı şəhər Nərimanov rayon məhkəməsində qaldırdığı ilkin iddiaya qarşı onun tərəfindən verilən qarşılıqlı iddia ərizəsində (2-ci səhifə, 8-ci abzas) Cavabdeh1 özü də təsdiq etmişdir ki, həmin yardımçı tikili Cavabdeh2 M TK-nın sərəncamında və istifadəsində olmaqla onun tərəfindən özbaşına tikilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, Cavabdeh2 MTK –nın ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq MTK-nın hal-hazırki sədri Svetlana Kazımovanın nümayəndəsi Cavabdeh1 və ona yaxın olan digər şəxslər həmin yardımçı tikilidən guya “sakinlərə maliyyə arayışı vermək və binanın istismarı üçün işlərin görülməsi” bəhanəsi altında, əslində isə sakinlər arasında İddiaçı MMMC-nin ələyhinə təbliğat aparmaq, onlara İddiaçı MMMC -nin guya qanunsuz yaradıldığını, ona görə də kommunal haqqlarını MMMC -yə ödəməmələri barədə yalan çağırışlar etməklə sakinlər ilə MMMC arasında süni qarşıdurma yaratmaq və bu yolla M M M C-nin maliyyə imkanlarını azaltmaq, nəticə etibarilə isə Xətai-17 MMMC-nin qanuni fəaliyyətinə bilərəkdən maneçilik törətmək məqsədilə istifadə etməkdədir. Cavabdeh1 və ətrafında olan digər şəxslər həmin yardımçı tikilidə oturmaqla sakinlərə şəxsən zəng edib həmin tikiliyə çağırararaq “kommunal pullarını İddiaçı MMMC -yə ödəməyin, özüm yeni MMMC yaradıram, mən sizə “kupça” verəcəm” və s. bu kimi sözlərlə sakinlərdə İddiaçı MMMC-yə qarşı mənfi fikir formalaşdırmaqdadır. Nəzərə alsaq ki, bina 2009-cu ildə tikilib başa çatdırılsa da, MTK tərəfindən yanğın təhlüksəsizliyinə dair işlər görülmədiyi üçün bina hələ də istismara verilməyib və məzillərin sakinlərə ayrılmasına dair MTK-nın ümümi yığıncağının qərarı və maliyyə arayışı MTK tərəfindən sakinlərə indiyədək müxtəlif bəhanələrlə təqdim edilməyib, üstəlik adı çəkilən sənədlərin verilməsi, həmçinin binanın istismara verilməsi tələbi ilə 40-a yaxın mənzil sahibi məhkəməyə (Bakı şəhər Xətai rayon məhkəməsinin icraatında olan e-2(011)-847/2024 və e-2(011)-1067/2024 saylı mülki işlər) müraciət etmişdir, o zaman aydın olur ki, MTK-nın nümayəndəsi Cavabdeh1 həmin yardımçı tikilidən əslində mənzillərə çıxarış alınması ilə bağlı işlərin görülməsi üçün deyil, məhz MMMC-nin fəaliyyətini iflic etmək, yəni birbaşa olaraq sakinlərin öz binalarını sərbəst surətdə idarəetməsinə mane olmaq məqsədilə istifadə etməkdədir. Həmçinin Cavabdeh1 və digər şəxslərin həmin yardımçı tikilidə işıqdan, həmçinin kondisionerdən gündəlik olaraq fasiləsiz istifadə edildiyindən və bina üzrə ümümi sayğac olduğundan həmin qanunsuz tikilidəki elektrik enerjisindən istifadəyə görə sərfiyyat borcu MMMC tərəfindən yəni birbaşa olaraq sakinlərin vəsaiti hesabına ödənməkdədir. Bütün bu hallar sakinlərin MMMC -yə kommunal xidmətlərə görə ödədiyi vəsaitin təyinatı üzrə sakinlərin mənafəyinə xərclənməsi əvəzinə onların seçdiyi MMMC-nin fəaliyyətinə mane olan MTK nümayəndəsinin özbaşına tikildən istifadəsi nəticəsində yaranmış “elektrik borclarına” ödənməsinə səbəb olmaqdadır. Onu da qeyd edək ki, həmin yardımçı tikili binanın həyətindəki yanğın su hovuzunun düz yanında və mənzilləri içməli su ilə təchiz edən su nasoslarının yerləşdiyi nasosxananın üzərində yerləşdiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq sökülməsi barədə sərəncam verilməsi üçün tərəfimizdən Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi X14 Xidmətinin 3-cü ərazi X14 İdarəsinə məktubla müraciət edilmişdir. Həmin müraciətdə qeyd edilmişdir ki, binanın həyətində yerləşən su hovuzunun ən azı 12 x 12 metr ölçüdə bərk örtüklü meydança ilə təmin olunması tələbi qanunvericiliklə (YTQ 8.3.-cü bənd tələbi) nəzərdə tutulsa da, həmin özbaşına tikili su hovuzunun sağ yan tərəfindən olduğundan su hovuzunun yalnız 9-10 metr ölçüdə bərk meydança ilə təmin olunmuşdur. Belə ki, 23 fevral tarixli 0004 saylı qərarda da su hovuzunun üzərinin və ətrafının açıq vəziyyətdə saxlanılması tələbi qoyulsa da MTK bu tələbləri yerinə yetirilməmiş və su hovuzunun 1 metrliyində yerləşən həmin özbaşına tikilidən qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Həmçinin həmin tikili əsas hovuzun yanında su götürməyə xidmət edən kiçik hovuz-quyu ventilli, ventilsiz, başqa sözlə, quru və yaş quyu adlandırılan sahənin düz yanında yerləşdiyi üçün yanğın hadisəsi baş verdiyi halda yanğın avtomobillərinin, onlara sərbəst yan alıb oradan su götürməsinə və manevr etməsinə əsaslı şəkildə maneçilik törədəcəkdir. Müraciətdə əlavə olaraq o da qeyd edilmişdir ki, qeyd edilən tikili nasosxananın üzərində yerləşməklə orda yerləşən yüksək təzyiqli nasosların işləməsinə və onların texniki təhlükəsizliyinə ciddi sürətdə təsir etməklə yanaşı, digər tərəfdən nasosxanada qəza baş verə biləcəyi halda həmin tikilidə olan insanların həyatına təhlükə altına atmış olur. Onu da qeyd edək ki, nasoslara elektriktəchizatı müəssisəsinin əməkdaşları tərəfindən baxış zamanı özbaşına tikilidə elektrik enerjisindən çox istifadə olunmasının öz növbəsində su nasoslarının tez-tez sıradan çıxmasına səbəb olması bildirilmişdir. Həmin bu hal özlüyündə binaya içməli suyun verilməsində davamlı fasilərinin yaranmasına gətirib çıxarmaqda və bina sakinlərinin normal yaşayışına mənfi təsir etməmkdədir. Müraciətlərə Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi X14 Xidmətinin 3-cü ərazi X14 İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda ünvan 2 ünvanında yerləşən Cavabdeh2 M TK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının həyətində yerləşən nasosxananın üzərində müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan tikilinin (ofis) mövcud olduğu və müraciətimizdə qeyd olunanları nəzərə alaraq müvafiq tədbirlərin görülməsi üçün Xətai rayon İcra Hakimiyyətinə məktub ünvanlandığı qeyd edilmişdir. Lakin indiyədək müraciətdə qeyd edilən məsələ ilə bağlı Bakı şəhər Xətai rayon İcra Hakimiyyətindən MMMC -yə rəsmi hər hansı məktub daxil olmamışdır. Məhz cavabdehlərin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində 1500-dən çox bina sakininin hüquqlarını əsalı şəkildə pozulduğundan İddiaçı MMMC bina sakinlərinin qanuni mənafelərini müdafiə edilməsi və qanunla onun üzərinə düşən vəzifəni yerinə yetirilməsi məqsədilə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasınd iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 oğli məhkəmə iclasında iddia ilə razılaşmadığını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə bildirişi göndərilmiş, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 3-cü Ərazi X14 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, araşdırma zamanı Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən Cavabdeh2 MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının həyətində yerləşən nasosxananın üzərində müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tikilinin (ofis) mövcud olunduğu məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Təhlil qrupu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 508 nömrəli rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319 saylı məhəllədə Cavabdeh2 MTK təərfindən inşa olunmuş 3 girişli, 16 mərtəbəli (+mansarda) yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi nəzdindəki təsisatdan kənar Dövlət Ekspertizası Baş İdarəsi təərfindən verilmiş 6213 saylı xx.xx.2005-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319 saylı məhəllədə yaşayış binası” üzrə iş layihəsinin binanın davamlılığı, o cümlədən seysmik normativ tələblərə uyğunluğu hissələrinin bu rəyin iradların uyğun ekspertiza müddətində işçi qaydada təshih olunduğunu nəzərə alaraq, rəyin 2-1-ci bəndinə verilən tələblərin yerinə yetirilməsi və bütün işçilərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə iş layihəsinin qeyd olunan hissələrinə irad yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, MMMC-nin qeydiyyat tarixi xx.xx.2019-cu ildir, fəaliyyət predmenti yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. MMMC-nin qeydiyyata alınmasının hüquqi əsasları ümumi yığıncağın xx.xx.2022-ci il tarixli, idarə heyətinin xx.xx.2022-ci il tarixli qərarları və digər sənədlər olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-753/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı MMMC-nin Cavabdeh1 qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin iddia tələbi rədd olunmuş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X8, X9, X13, X5, X6, X7, X10 və X11 cavabdeh Xətai-17” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı «mülkdən çıxarılma və mülkün təhvil verilməsi» tələbinə dair iddia ərizəsi rədd olunması, iddiaçı Cavabdeh1 İddiaçı MMMC-yə qarşı “ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunması, İddiaçı xx.xx.2022-ci il tarixli ümumi yığıncağın növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı hüquqi nəticələri ləğv edilməsi, ünvan 5 ünvanıda inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli avtomobil qarajı İddiaçındən alınıb Cavabdeh1 təhvil verilməsi, 602 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumu cəmi 702 manat məhkəmə məsrəfləri cavabdeh İddiaçındən tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-753/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsindən hər iki proses iştirakçısı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-675/2024 saylı qərardadı ilə işə üzrə ekspertizə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2024-cü il tarixli, 16(103)- 268/2024 saylı qərardadı ilə 2(103)-675/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək qətnamənin icrasının təmini olaraq İddiaçı MMMC-nin yenidən təşkil edilməsi və ləğvi ilə bağlı Ümumi Yığıncağın çağırılması və keçirilməsinin İddiaçı MMMC-nin iştirakçılarına, həmçinin İddiaçı MMMC-nin iştirakçısı olmayan ünvan 6 ünvanında yerləşən çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərinə qadağan edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı hər il mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti tərəfindən çağırılmalıdır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 127.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edimişdir ki, iddiaçı hüquqi şəxsdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-753/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2022-ci il tarixli ümumi yığıncağın növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı hüquqi nəticələri ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən işdə iştirak edən şəxslər tərəfindən apellyasiya şikayəti verilmiş və hazırda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-675/2024 saylı qərardadı ilə işə üzrə ekspertizə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2024-cü il tarixli, 16(103)- 268/2024 saylı qərardadı ilə 2(103)-675/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək qətnamənin icrasının təmini olaraq İddiaçı MMMC-nin yenidən təşkil edilməsi və ləğvi ilə bağlı Ümumi Yığıncağın çağırılması və keçirilməsinin İddiaçı MMMC-nin iştirakçılarına, həmçinin İddiaçı MMMC-nin iştirakçısı olmayan ünvan 6 ünvanında yerləşən çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərinə qadağan edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı, eyni zamanda iş materiallarına əlavə edilmiş X1 reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı əvvəlki (qanuni təmsilçisi) sədri olmuşdur. Hazırda MMMC-nin sədri X4r. Mehparə Sadıqova İddiaçı xx.xx.2022-ci il tarixli ümumi yığıncağının nəticəsi olaraq sədr seçilmişdir. Həmçinin hazırda isə sədrin səlahiyyəti müddəti artıq bitmişdir. Belə olan təqdirdə isə yenidən ümumi yığıncaq keçirilməli və yeni sədr seçilməlidir. Lakin iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsinin olması və müvəqqəti qadağa tədbirinin olması ümumi yığıncağın keçirilməsini mümkünsüz hesab edir. Bundan başqa məhkəmə tərəfindən qeyd edilən ünvanda yerli müayinə keçirilərkən binanın sakinlərin bir qisminin MTK-nın orada (hazırda sökülməsi tələb edilən ofisdə) fəaliyyət göstərməsini tələb etdiyi, digər qisminin isə MTK-nın orada fəaliyyət göstərməsinə etiraz etdiyi müəyyən edilmişdir. Göründüyü kimi hazırkı iddia əslində bütün sakinlərin iradə ifadəsi deyildir. Belə olan təqdirdə yeni seçiləcək sədrin belə bir iddia ilə məhkəməyə müraciət edibetməməsi özü də şübhəlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə bir daha qeyd edir ki, gələcəkdə qanunvericiliklə müəyyən edilmiş qaydada "xxxx" MMMC-nin ümumi yığıncağı keçirildikdən və yeni sədr təyin edildikdən sonra əgər belə bir tələbləri olacaqsa, yenidən iddia qaldırmaq hüququ vardır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri rədd edildiyindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-4392/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4392/2024
17.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver