Məhkəmə qərarları › İş №e-2(011)-440/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-440/2025

12.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-440/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X3 Cavabdeh qarşı tikilinin sökülərək “Mühafizə Zonasından” çıxarılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı - Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-200 mm-lik neft boru kəmərindən 12 metr aralı məsafədə “Mühafizə Zonası”nda Cavabdeh tərəfindən hasarın daxilində yaşadığı evin sol tərəfində mişar daşından inşa olunmuş hasarla üzbəüz qırmızı kərpicdən fərdi yaşayış evinin inşaası üçün nəzərdə tutulmuş 8.2X2 metr ölçülərdə 2 ədəd pəncərə yeri qoyulmuş divar, onun ardı olaraq qırmızı kərpicdən 5X2 ölçüdə, sağ tərəfində isə giriş qapısına bitişik 5.6X3.6X2 metr ölçüdə tikilmiş hasarların özbaşına(qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-200 mm-lik neft boru kəmərindən 12 metr aralı məsafədə “Mühafizə Zonası”nda Cavabdeh tərəfindən hasarın daxilində yaşadığı evin sol tərəfində mişar daşından inşa olunmuş hasarla üzbəüz qırmızı kərpicdən fərdi yaşayış evinin inşaası üçün nəzərdə tutulmuş 8.2X2 metr ölçülərdə 2 ədəd pəncərə yeri qoyulmuş divar, onun ardı olaraq qırmızı kərpicdən 5X2 ölçüdə, sağ tərəfində isə giriş qapısına bitişik 5.6X3.6X2 metr ölçüdə tikilmiş hasarların özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsi, eləcə də iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X4 (NEZ) daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə NEZ üzrə yaradılmış komissiyanın işçi qrupunun üzvlərinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində özbaşına tikinti işləri aparılan əraziyə baxış keçirilmişdir. Baxış zamanı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-200 mm-lik neft boru kəmərindən 12 metr aralı məsafədə “Mühafizə Zonası”nda vətəndaş Cavabdeh tərəfindən hasarın daxilində yaşadığı evin sol tərəfində mişar daşından inşa olunmuş hasarla üzbəüz qırmızı kərpicdən fərdi yaşayış evinin inşaası üçün nəzərdə tutulmuş 8.2X2 metr ölçülərdə 2 ədəd pəncərə yeri qoyulmuş divar, onun ardı olaraq qırmızı kərpicdən 5X2, sağ tərəfində isə giriş qapısına bitişik 5.6X3.6X2 metr ölçülərdə hasarların inşa olunduğu aşkar olunmuşdur. Bundan başqa həmin ərazidən Dş-200 mm-lik neft boru kəmərinə paralel Dş-250 mm-lik (2 ədəd), DŞ 300 mmlik və Dş 150 mm-lik neft boru kəmərləri keçir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin birbirindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-200 mm-lik neft boru kəmərindən 12 metr aralı məsafədə “Mühafizə Zonası”nda Cavabdeh tərəfindən hasarın daxilində yaşadığı evin sol tərəfində mişar daşından inşa olunmuş hasarla üzbəüz qırmızı kərpicdən fərdi yaşayış evinin inşaası üçün nəzərdə tutulmuş 8.2X2 metr ölçülərdə 2 ədəd pəncərə yeri qoyulmuş divar, onun ardı olaraq qırmızı kərpicdən 5X2 ölçüdə, sağ tərəfində isə giriş qapısına bitişik 5.6X3.6X2 metr ölçüdə tikilmiş hasarların özbaşına(qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsi, eləcə də iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X2 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərkimya” İB-nin Etilen-Polietilen Zzavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci il də çəkilmiş və zavodunun balansındadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindın görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə tamamilə neft kəmərinin, həmçinin sahə 335.0 mm-lik yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından grünür ki, mütəxəssis rəyinin alınması üçün 95 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia tələbi ilə müraciət edərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın: 4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci bəndinə görə "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: bina və qurğuların tikintisi; ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi. Avropa Məhkəməsinin Səyyarə Əhmədovanın Azərbaycana qarşı xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin köklü presedent hüququna əsasən, bir şəxsin mənzilini itirməsi mənzilə hörmət hüququna müdaxilənin ən ifrat forması olduğundan bu baxımdan risk altında olan istənilən şəxs, həmin şəxsin hər hansı həssas qrupa məxsus olub-olmamasından asılı olmayaraq, prinsipcə, Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən mütənasib tədbir ilə təmin olunmalıdır. Bu baxımdan, qanunsuz tikintidən söhbət gedəndə ən çox diqqət edilməli olan amillər evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olubolmamasıdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, məhkəmə bir daha bildirir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu olduğunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənası daxilində onun “əmlakı” ilə əlaqəli olsun. “Əmlak” anlayışı “mövcud əmlak”la məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “legitim gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağı ilə əlaqəli olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə araşdırılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa dair mülkiyyət hüququ veribverməməsinin müəyyən olunmasıdır (bax: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı Cavabdeh qarşı mövcud iddia tələbini qeyd edilən tikilinin özbaşına tikili olması ilə əsaslandırmışdır. Bu hal məhkəmə iclası zamanı da öz təsdiqini tapmışdır. Belə ki, adıçəkilən tikiliyə dair hər hansı sənəd, tikilinin aparılması üçün müvafiq icazə və yaxud həmin sahənin cavabdehin mülkiyyətində olmasını təsdiq edən sübutlar mövcud olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili cavabdeh tərəfindən sonradan hasarın daxilində yaşadığı evin sol tərəfində mişar daşından inşa olunmuş hasarla üzbəüz qırmızı kərpicdən fərdi yaşayış evinin inşaası üçün nəzərdə tutulmuş 8.2X2 metr ölçülərdə 2 ədəd pəncərə yeri qoyulmuş divar, onun ardı olaraq qırmızı kərpicdən 5X2 ölçüdə, sağ tərəfində isə giriş qapısına bitişik 5.6X3.6X2 metr ölçüdə tikilmiş hasarlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci bəndinə görə "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi üzrə işlərin edilməsi qadağandır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindın görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə tamamilə neft kəmərinin, həmçinin sahə 335.0 mm-lik yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir. İşin faktiki hallarına və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-200 mm-lik neft boru kəmərindən 12 metr aralı məsafədə “Mühafizə Zonası”nda Cavabdeh tərəfindən hasarın daxilində yaşadığı evin sol tərəfində mişar daşından inşa olunmuş hasarla üzbəüz qırmızı kərpicdən fərdi yaşayış evinin inşaası üçün nəzərdə tutulmuş 8.2X2 metr ölçülərdə 2 ədəd pəncərə yeri qoyulmuş divar, onun ardı olaraq qırmızı kərpicdən 5X2 ölçüdə, sağ tərəfində isə giriş qapısına bitişik 5.6X3.6X2 metr ölçüdə tikilmiş hasarlar özbaşına tikili hesab edilərək Cavabdeh tərəfindən sökülməli və mühafizə zonasından çıxarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 95 manat məbləğində mütəxəssis rəyinin pulu cavabdeh X1 alınaraq iddiaçı Heydər Əliyev adına X3 xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-200 mm-lik neft boru kəmərindən 12 metr aralı məsafədə “Mühafizə Zonası”nda Cavabdeh tərəfindən hasarın daxilində yaşadığı evin sol tərəfində mişar daşından inşa olunmuş hasarla üzbəüz qırmızı kərpicdən fərdi yaşayış evinin inşaası üçün nəzərdə tutulmuş 8.2X2 metr ölçülərdə 2 ədəd pəncərə yeri qoyulmuş divar, onun ardı olaraq qırmızı kərpicdən 5X2 ölçüdə, sağ tərəfində isə giriş qapısına bitişik 5.6X3.6X2 metr ölçüdə tikilmiş hasarlar özbaşına tikili hesab edilərək Cavabdeh tərəfindən sökülsün və mühafizə zonasından çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 95 (doxsan beş) manat məbləğində mütəxəssis rəyinin pulu cavabdeh X1 alınaraq iddiaçı Heydər Əliyev adına X3 xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar