Məhkəmə qərarları › İş №e-2(011)-4455/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4455/2022

07.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

“ Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4455/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh və 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “depozitlərin (pul vəsaitlərinin) üzərində irsi transmissiya üzrə vərəsəlik hüququnun tanınması və sair” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, valideynləri X30 və X24 20 mart 1965-ci il tarixdə indiki Sabunçu Rayon Qeydiyyat Şöbəsində (keçmiş Lenin rayonu VVAQ şöbəsi) rəsmi nikaha daxil olmuşdurlar. Onların ondan başqa başqa övladları olmamışdır. X11 08 may 1985-ci il tarixdə vəfat etmişdir. Bundan sonra 22 iyul 1993-cü il tarixdə atası X8 (Cəfərova) Dünyaxanım Ağaqulu qızı ilə indiki Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində (keçmiş Xətai Rayonu VVAQ şöbəsi) rəsmi nikaha daxil olmuşdurlar. Atasının ikinci nikahdan övladı olmamışdır. Atasının ikinci arvadı Dünyaxanım Məmmədova öz qardaşı oğlu Cavabdeh övladlığa götürmüşdür. X13 09 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Atasının ikinci arvadı Məmmədova (Cəfərova) Dünyaxanım Ağaqulu qızı 13 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. X36 ikinci arvadı Dünyaxanım Məmmədova ilə nikahda olduğu müddət ərzində ünvan 1 ünvanında yerləşən 16,59 kv.m. olan 1-otaqlı 87 saylı mənzil əldə etmiş və eyni zamanda Dünyaxanım Məmmədovanın adına olan bank hesabında pul vəsaiti yığmışdır. Qeyd etdiyi əmlak X36 ikinci arvadı Dünyaxanım Məmmədov ilə birgə nikahda olduğu müddət ərzində əldə olunmuş və onların birgə mülkiyyəti sayılır. Atasının vəfatından sonra o, miras əmlakı qəbul etmək üçün Bakı şəhəri 3 saylı notariat ofisinə müraciət etmiş, lakin məlum olmuşdur ki, atasının adına heç bir əmlak olmamışdır. Bundan sonra o, atasının ikinci arvadının övladlığa götürdüyü (cavabdeh) Cavabdeh mərhum Dünyaxanım Məmmədovadan sonra miras əmlakı qəbul etmək üçün 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə müraciət etdiyi məkana ərizə ilə müraciət etmişdir. Lakin notarius məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Beləliklə, X36un ikinci arvadı Dünyaxanım Məmmədovanın adına olan ünvan 1 ünvanında yerləşən 16,59 kv.m. olan 1-otaqlı 87 saylı mənzil və "xxxx" ASC-nin Nizami filialında olan yığılmış pul vəsaiti onların ümumi mülkiyyətidir. Atasının əmək haqqı onun ikinci arvadı Dünyaxanım Məmmədovanın əmək haqqından yüksək olmuşdur. Yığılan pul vəsaiti yalnız atasının ikinci arvadı Dünyaxanım Məmmədovanın adına olan bank hesabı “ olduğu üçün onun hesabında yığılmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, X13nun və onun ikinci arvadı X3 vəfatından sonra irsi transmissiyaya əsasən X3 adına olan : - ünvan 1 ünvanında yerləşən 16,59 kv.m. olan 1-otaqlı 87 saylı mənzilə; - "xxxx" ASC-nin Nizami filialında olan: - 3388101944********** saylı hesabda olan 577.25 AZN (beş yüz yetmiş yeddi manat iyirmi beş qəpik), - 20836L********** saylı əmanət (depozit) hesabda olan 15.000 AZN (on beş min manat), - 20836L********** saylı əmanət (depozit) hesabda olan 15.000 AZN (on beş min manat), - 20836L********** saylı əmanət (depozit) hesabında olan 10.000 AZN (on min manat), - 20836L********** saylı əmanət depozit hesabında olan 25.000 AZN (iyirmi beş min manat), - 20836L********** saylı əmanət (depozit) hesabında olan 10.000 AZN (on min manat), - 20836L********** saylı əmanət (depozit) hesabında olan 10.000 AZN (on min manat) pul vəsaitinə dair vərəsəlik hüququnun tanınması, payının müəyyən edilməsi və bununla bağlı şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh İddiaçı qarşı “depozitlərin (pul vəsaitlərinin) üzərində irsi transmissiya üzrə vərəsəlik hüququnun tanınması və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, X15 ilə X20 rəsmi nikahda olmuşlar. Onların birgə nikahlarından 20 iyun 1947-ci il tarixdə X10, 10 fevral 1957-ci il tarixdə X21 anadan olmuşlar. Qohumluq münasibətlərinə görə X10 onun bibisi olmuşdur. X21 isə atasıdır. X1 Yusif Ağabala oğlu ilə rəsmi nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra Əliyeva soyadını götürmüşdür. Onların birgə nikahlarından uşaqları olmamışdır. X25 ilə X7 nikahları 11 yanvar 1984-cü il tarixdə pozulmuşdur. Buna dair 11 yanvar 1984-cü il tarixdə boşanma haqqında şəhadətnamə verilmişdir. Nikah pozulduqdan sonra Dünyaxanım Əliyeva nikahdan əvvəlki soyadı olan Cəfərova soyadını götürmüşdür. Salyan rayon İcra Hakimiyyəti Başçısının 25 fevral 1992-ci il tarixl Sərəncamı ilə Cavabdeh (onun) X4 övladlığına verilməsi qərara alınmışdır. 02 mart 1992-ci il tarixdə Salyan rayon VVAQ Şöbəsi tərəfindən İ-JQ № 254015 saylı övladlığa götürmə haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda elə həmin tarixdə, yəni 02 mart 1992-ci il tarixdə Salyan rayon VVAQ Şöbəsi tərəfindən onun adına doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamənin ana qrafasında X10 ana kimi yazılmış, ata adı X21 dəyişdirilmədən saxlanmışdır. X10 22 iyul 1993-cü il tarixdə X30 ilə rəsmi nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra Məmmədova soyadını götürmüşdür. X2 ünvan 1 ünvanda yerləşən sahəsi 16,59 kvm olan 1 otaqlı 87 saylı mənzilin kirayəçisi olmuş və göstərilən mənzili Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun tələblərinə müvafiq olaraq özəlləşdirərək, göstərilən mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Göstərilən mənzilə dair 10 noyabr 2005-ci il tarixdə anası Dünyaxanım Əliyevanın adına Seriya ÖM № 240017 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. X30 09 dekabr 2021-ci il tarixdə, X2 isə 13 dekabr 2021-ci il tarixdə ölmüşlər. Anası D.Məmmədovanın və onun əri X19 adlarına "xxxx" ASC-nin Nizami filialında əmanət (depozit) hesablarda pulları olmuşdur. X5 adına olan depozit onun oğlu İddiaçı adına keçirilmişdir. "xxxx" ASC-də (Nizami filialında) əmanət (depozit) hesablarda İddiaçı adına olan vəsaitlər X2 və X30 tərəfindən və həm də onların pensiyaları hesabına qoyulmuşdur. Buna görə də Əhməd Məmmədovun adına olan depozit hesabdakı pul vəsaitinin dəyəri 09 dekabr 2021-ci il tarixdə X19 ölüm məqamından əvvəlki iki ilədək olan dövr ərzində, yəni 09 dekabr 2019-cu il tarixdən 09 dekabr 2021-ci il tarixədək olan dövr ərzində anası D.Məmmədova və Əhməd Məmmədov tərəfindən qoyulmuş depozitlərin dəyəri miras əmlakı kütləsinə daxildir. Odur ki, İddiaçı adına olan "xxxx" ASC-nin Nizami filialında əmanət (depozit) hesablarda pul vəsaiti birgə nikah müddətində alınmış pensiya hesabına qoyulmuş depozit olduğuna görə, həmin depozitin dəyəri miras əmlakı kütləsinə daxildir. “ X19 və anası D.Məmmədovanın ölümlərindən sonra 18 dekabr 2021-ci il tarixdə tərəflərin birgə nikah müddətində əldə etdikləri 10.000 manat məbləğində nağd pul vəsaitini bir neçə kartları İddiaçı vermişdir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. Göstərilənlərə əsasən, X19 adına olan "xxxx" ASC-nin Nizami filialında əmanət (depozit) hesablarda pul vəsaiti birgə nikah müddətində əldə edilmiş gəlilər hesabına qoyulmuş depozit olduğuna görə, həmin depozitin yarısı, yəni ½ hissəsi anası D.Məmmədovanın mülkiyyətidir. Həmin depozitlərin digər ½ hissəsi isə X19 mülkiyyəti olmaqla 09 dekabr 2021-ci il tarixdə ölməsi ilə "xxxx" ASC-nin Nizami filialında əmanət (depozit) hesablarda pul vəsaitlərinin ½ hissəsinə dair miras açılmış və anası D.Məmmədova onun arvadı olması əsasına görə miras qayan İddiaçı qanun üzrə birinci növbəli vərəsəsi olmuşdur. Lakin mirasın qəbulu müddətində anası D.Məmmədova öldüyündən, hazırda İddiaçı qalmış mirasdan pay almaq hüququ ona keçmişdir (irsi transmissiya). Cavabdeh göstərilənləri nəzərə alaraq, "xxxx" ASC-də (Nizami filialında) İddiaçı adına olan əmanət (depozit) hesablara X9 və X30 tərəfindən 09 dekabr 2019-cu il tarixdən – 09 dekabr 2021-ci il tarixədək qoyulmuş depozitlərin (pul vəsaitlərinin) dəyərinin miras əmlakı kütləsinə daxil edilərək həmin müddət ərzində qoyulmuş depozitlərin (pul vəsaitlərinin) dəyərinin ½ hissəsi üzərində irsi transmissiya üzrə vərəsəlik hüququnun tanınması və həmin məbləğin İddiaçı alınaraq ona ödənilməsi, X19 və anası D.Məmmədovanın ölümlərindən sonra 18 dekabr 2021-ci il tarixdə cavabdeh İddiaçı verdiyi 10.000 manat məbləğində nağd pul vəsaitinin birgə nikah müddətində əldə edilmiş əmlak olması əsasına görə ½ hissəsinin anası D.Məmmədovadan miras qalmış əmlak olduğuna görə onun vərəsəlik hüququnun tanınması, digər ½ hissəsinin isə İddiaçı qalmış miras kimi irsi transmissiya üzrə ½ hissəsinə (1/2 hissənin ½ hissəsi) 10.000 manat pul məbləğinin cəmi ¾ hissəsi üzərində üzrə vərəsəlik hüququnun tanınması və hüquqi xidmətə görə vəkilə ödənilmiş haqqın və qarşılıqlı iddia ərizəsi ödənilmiş dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, X13nun və onun arvadı X3 vəfatından sonra onların birgə nikah dövründə əldə olunmuş və X3 adına olan : - "xxxx" ASC-nin Nizami filialında olan: - 3388101944********** saylı hesabda olan 577.25 AZN (beş yüz yetmiş yeddi manat iyirmi beş qəpik), - 20836L********** saylı əmanət (depozit) hesabda olan 15.000 AZN (on beş min manat), - 20836L********** saylı əmanət (depozit) hesabda olan 15.000 AZN (on beş min manat), - 20836L********** saylı əmanət (depozit) hesabında olan 10.000 AZN (on min manat), - 20836L********** saylı əmanət depozit hesabında olan 25.000 AZN (iyirmi beş min manat), - 20836L********** saylı əmanət (depozit) hesabında olan 10.000 AZN (on min manat), - 20836L********** saylı əmanət (depozit) hesabında olan 10.000 AZN (on min manat) pul “ vəsaitinə dair vərəsəlik hüququnun tanınması, payının müəyyən edilməsi və bununla bağlı şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Nümayəndə qarşılıqlı iddia tələbərini qəbul etmədiyini, bütün əmanətlər hesablarında olan pul vəsaitlərinin İddiaçı məxsus olduğunu və onun tərəfindən həmin hesablara qoyulduğunu bildirmişdir. X19 və anası D.Məmmədovanın ölümlərindən sonra 18 dekabr 2021-ci il tarixdə cavabdeh İddiaçı verdiyi 10.000 manat məbləğində nağd pul vəsaiti ilə bağlı nümayəndə bildirmişdir ki, həmin pul vəsaiti İddiaçı məxsus olduğundan və saxlanması üçün atasına verildiyindən cavabdeh həmin vəsaiti İddiaçı qaytarmışdır. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiət etməklə yanaşı, qarşılıqlı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və qarşılıqlı iddia tələbinin təmin edilməsi, eyni zamanda etiraz ərizəsi verərək, etiraz ərizəsində göstərilənləri təsdiq edərək ilkin iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə ilkin iddia tələbi üzrə digər cavabdeh 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə ilkin iddia tələbi üzrə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 234419 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 13 dekabr 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı, 235988 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 09 dekabr 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin Nizami filialı tərəfindən məhkəməyə ünvanlanmış 21 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, müştəri X9 adına "xxxx" ASC-nin Nizami filialında AZ721BAZ******************** saylı hesab xx.xx.2020-ci il tarixində 25000 (iyirmi beş min) AZN əmanət rəsmiləşdirilmişdir. xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərində də yenidən Nizami filialına müraciət edərək əlavə olaraq ayrı-ayrılıqda 10000 (on min) AZN əmanət yerləşdirilmişdir. Hər bir mədaxil olunan məbləğ müştərinin özü tərəfindən mədaxil edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Nizami filialı tərəfindən məhkəməyə ünvanlanmış 01 fevral 2020-ci il tarixli, 10 mart 2021-ci il tarixli və 02 sentyabr 2020-ci il tarixli mədaxil elanlarının təsdiq edilmiş surətlərindən görünür ki, müvafiq olaraq həmin tarixlərdə 15000 AZN, 10000 AZN və 10000 AZN məbləğləri X9 tərəfindən yeni depozitə mədaxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən məhkəməyə ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, mərhum X22 adına Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabında hər hansı məbləğdə pul vəsaiti mövcud deyildir. İş materiallarında olan "xxxx" ASC-nin Nizami filialı tərəfindən məhkəməyə ünvanlanmış 22 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, müştəri İddiaçı adına Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nizami filialında AZ82İBAZ******************** saylı hesab üzrə xx.xx.2020-ci il tarixində 29000 (iyirmi doqquz min) AZN, xx.xx.2021-ci il tarixində 10000 (on min) AZN, xx.xx.2021-ci il tarixində 10000 (on min) AZN; AZ82İBAZ******************** saylı hesab üzrə xx.xx.2020-ci il tarixində 15000 (on beş min) AZN, xx.xx.2021-ci il tarixində 10000 (on min) AZN əmanət rəsmiləşdirilmişdir. Hər bir mədaxil olunan məbləğ müştərinin özü tərəfindən mədaxil edilib və qeyd olunan tarixlərdə heç bir hesaba köçürülməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Nizami filialı tərəfindən məhkəməyə ünvanlanmış 02 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, 14 yanvar 2022-ci il tarixində ABB tərəfindən 2 saylı Notariusa cavab məktubunda müştəri X3 cari günə olan əmanətləri qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli Nizami filialı tərəfindən ünvanlanmış məktubda isə “ müştərinin xx.xx.2019-xx.xx.2021 Nizami filialında olan əmanətləri qeyd olunmuşdur. Bu səbəbdən məktublarda qeyd olunan məlumatlarda ziddiyyət yaranmışdır. Müştərinin cari günə olan əmanətləri – 15000 AZN (20836L**********) xx.xx.2008 tarixdən 15000 AZN (20836L**********) xx.xx.2017 tarixdən, 10000 AZN (20836L**********) xx.xx.2021 tarixdən, 25000 AZN (20836L**********) xx.xx.2020 tarixdən, 10000 AZN (20836L12 ********) xx.xx.2020 tarixdən, 10000 AZN (20836L**********) xx.xx.2018 tarixdən. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu Məcəllənin müddəalarına istinad ediləcək) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Bu Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.(Maddə 1134.1.) Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. (Maddə 1146.) Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (Maddə 1159.1.1.) Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Maddə 1151.1) Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. (Maddə 1252) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçının X11 08 may 1985-ci il tarixdə vəfat etdikdən sonra X13 22 iyul 1993-cü il tarixdə Məmmədova (Cəfərova) Dünyaxanım Ağaqulu qızı ilə rəsmi nikaha daxil olmuşdur. Atasının ikinci nikahdan övladı olmamış, Dünyaxanım Məmmədova öz qardaşı oğlu Cavabdeh övladlığa götürmüşdür. X30 09 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. X9 13 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. X30 öldüyü məqamda onun mülkiyyətində hər hansı əmlak olmamış, adına hər hansı bank hesabı mövcud olmamışdır. Dünyaxanım Məmmədova öldüyü məqamda onun adına "xxxx" ASC-nin Nizami filialında əmanət (depozit) hesablarda pul vəsaitləri mövcud olmuşdur. Cavabdeh İddiaçı adına olan əmanətlərdəki pul vəsaitlərinin ona X13 tərəfindən verildiyini iddia etsə də, bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki işdə İddiaçı münasibətdə irsi transmissiya yaranmamışdır. Belə ki, irsi transmissiya vərəsə miras açıldıqdan sonra, mirası qəbul edilənədək öldüyü halda yaranır. Halbuki, hazırki işdə X6 Məmmədovadan daha əvvəl, yəni miras açılmamış vəfat etmişdir. “ Məhkəmə işin faktiki hallarını qiymətləndirib, mülki işdə olan sübutlara və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, X30 öldüyü məqamda onun mülkiyyətində hər hansı əmlak olmadığından və irsi transmissiyanın yarandığı təsdiq edilmədiyindən ilkin iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh irsi transmissiyanın yaranmasına əsaslanaraq, "xxxx" ASC-də (Nizami filialında) İddiaçı adına olan əmanət (depozit) hesablara X9 və X30 tərəfindən 09 dekabr 2019-cu il tarixdən – 09 dekabr 2021-ci il tarixədək qoyulmuş depozitlərin (pul vəsaitlərinin) dəyərinin miras əmlakı kütləsinə daxil edilərək həmin müddət ərzində qoyulmuş depozitlərin (pul vəsaitlərinin) dəyərinin ½ hissəsi üzərində irsi transmissiya üzrə vərəsəlik hüququnun tanınması və həmin məbləğin İddiaçı alınaraq ona ödənilməsi, X19 və anası D.Məmmədovanın ölümlərindən sonra 18 dekabr 2021-ci il tarixdə cavabdeh İddiaçı verdiyi 10.000 manat məbləğində nağd pul vəsaitinin birgə nikah müddətində əldə edilmiş əmlak olması əsasına görə ½ hissəsinin anası D.Məmmədovadan miras qalmış əmlak olduğuna görə onun vərəsəlik hüququnun tanınması, digər ½ hissəsinin isə İddiaçı qalmış miras kimi irsi transmissiya üzrə ½ hissəsinə (1/2 hissənin ½ hissəsi) 10.000 manat pul məbləğinin cəmi ¾ hissəsi üzərində üzrə vərəsəlik hüququnun tanınması və hüquqi xidmətə görə vəkilə ödənilmiş haqqın və qarşılıqlı iddia ərizəsi ödənilmiş dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələblərinin “X19 və anası D.Məmmədovanın ölümlərindən sonra 18 dekabr 2021-ci il tarixdə cavabdeh İddiaçı verdiyi 10.000 manat məbləğində nağd pul vəsaiti” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi həmin pul vəsaiti İddiaçı məxsus olduğundan və saxlanması üçün atasına verildiyindən cavabdeh tərəfindən həmin vəsaitin İddiaçı qaytarıldığını bildirmiş, Cavabdeh bunu təkzib edəcək sübutları məhkəməyə təqdim etməmiş, həmçinin iddia etdiyi pul vəsaitinin hansı səbəblə tam olaraq X26 qaytarılmasının səbəbini açıqlamamışdır. Bununla yanaşı Cavabdeh münasibətdə irsi transmissiya yaransa da, X30 öldüyü məqamda onun mülkiyyətində hər hansı əmlak olmadığından, miras əmlak mövcud olmamış, həmçinin Cavabdeh İddiaçı adına olan əmanətlərdəki pul vəsaitlərinin ona X13 tərəfindən verildiyini sübut edə bilməmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı qarşı “depozitlərin (pul vəsaitlərinin) üzərində irsi transmissiya üzrə vərəsəlik hüququnun tanınması və sair” tələblərinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh və 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “depozitlərin (pul vəsaitlərinin) üzərində irsi transmissiya üzrə vərəsəlik hüququnun tanınması və sair” tələblərinə dair qarşılıqlı iddiası təmin edilməsin. İddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar