Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-446/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "lizinq müqaviləsi üzrə borcun ödənilməsi" barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0150 saylı, 05 sentyabr 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 233.15 manat, dəbbə pulu üzrə 23.00 manat olmaqla, cəmi 256.15 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 05 sentyabr 2017-ci il tarixdə xx/xx/0150 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır, lizinq müqaviləsinə əsasən iddiaçı 1,600.00) manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2017-ci il buraxılışı olan, İDEA 24 kVt markalı divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə cavabdehin istifadəsinə və sahibliyinə vermişdir, hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən lizinq ödənişləri üzrə borc qalığı 233.15 manat, dəbbə pulu üzrə 1865,68 manat olmaqla, cəmi 2626,93 manat məbləğində borcu yaranmışdır, maliyyə cədvəlində əks olunan dəbbə ulu məbləği kompüter proqramı tərəfindən avtomatik hesablandığından hazırki iddiada tələb olunan dəbbə pulu məbləği 23 manatadək azaldılıb, lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir, lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir, cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır, hazırda Lizinq müqaviləsinin müddəti bitib, cavabdeh sayılan Cavabdeh1 05 sentyabr 2017-ci il tarixli xx/xx/0150-Z1 saylı Zaminlik müqaviləsinə əsasən Lizinq müqaviləsi üzrə zaminlik qəbul etmişdir, həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Sonda Nümayəndə1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qiyabi qaydada baxılmasına etiraz etmədiyini bildirmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh2 arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli xx/xx/0150 №-li daxili maliyyə lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən lizinq alan Cavabdeh2 1 ədəd divardan asılan məişət qaz qazanını müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür, lizinq obyektinin qiyməti 1600 manat, lizinq ödənişinin ümumi məbləği 1948,11 manatdır, lizinq verənin mükafatı 348,11 manatdır, lizinq müddəti 12 aydır. Müqavilənin 12.1-ci bəndinə əsasən: Lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, Lizinq alan lizinq müqaviləsi və Lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə Lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən: Lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə Lizinq ödənişlərinin ödənilməsi qaydası Lizinq ödənişləri qrafiki (lizinq müqaviləsinə Əlavə № 2) ilə müəyyən edilir. Həmin müqavilənin 13-cü bəndinə əsasən: 13.1. Lizinq alan müəyyən edilmiş müddətlərdə Lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər günü üçün gecikdirilmiş lizinq ödənişinin 0,5% (sıfır tam onda beş faiz) məbləğində dəbbə pulunu ödənilməsini tələb edə bilər, Lizinq alan isə həmin dəbbə pulunu Lizinq verən tərəfindən göstərilən müddətlərdə ödəməyə öhdəsinə götürür. 13.2. Lizinq müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun (cərimə və/və ya penya) ödənilməsi, Lizinq alanı ödənilməmiş lizinq ödənişlərinin və digər ödənişlərinin ödənilməsindən, lizinq müqaviləsinin şərtlərinin tam həcmdə icra edilməsindən azad etmir. İş materiallarında olan 05 sentyabr 2017-ci il tarixli xx/xx/0150 №-li daxili maliyyə lizinq müqaviləsinə əlavə № 2-dən görünür ki, lizinq obyektinin dəyəri 1600 manatdır, lizinq verənin mükafatı 348,11 manatdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktının surətindən görünür ki, lizinq alan Cavabdeh2, buraxılış ili 2017 olan avadanlığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə lizinqə qəbul etmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2017ci il tarixli xx/xx/0150-Z1 №-li zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1, 05 sentyabr 2017-ci il tarixli xx/xx/0150 №-li daxili Lizinq müqaviləsi üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı və Cavabdeh2 arasında bağlanmış 05 sentyabr 2017ci il tarixli xx/xx/0150 №-li daxili maliyyə lizinq müqaviləsinə dəyişikliklərin edilməsi barədə xx.xx.2018-ci il tarixli 1 №-li razılaşmanın surətindən görünür ki, lizinq ödənişlərinin ümumi məbləği 1993,87 manat təşkil edir, lizinq verənin mükafatı 393,87 manatdır, lizinq müddəti 17 aydır. İş materiallarında olan 05 sentyabr 2017-ci il tarixli xx/xx/0150 №-li daxili maliyyə lizinq müqaviləsinə əlavə № 2-dən görünür ki, lizinq obyektinin dəyəri 1600 manatdır, lizinq verənin mükafatı 393,87 manatdır, xx.xx.2018-ci il tarixədək əsas borc üzrə 1030,89 manat, mükafat üzrə 299,79 manat, ümumi 1330,68 manat ödənilmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh2 arasında bağlanmış 05 sentyabr 2017ci il tarixli xx/xx/0150 №-li daxili maliyyə lizinq müqaviləsinə dəyişikliklərin edilməsi barədə xx.xx.2019-cu il tarixli 2 №-li razılaşmanın surətindən görünür ki, lizinq ödənişlərinin ümumi məbləği 2098,83 manat təşkil edir, lizinq verənin mükafatı 498,83 manatdır, lizinq müddəti 35 aydır. İş materiallarında olan 05 sentyabr 2017-ci il tarixli xx/xx/0150 №-li daxili maliyyə lizinq müqaviləsinə əlavə № 2-dən görünür ki, lizinq obyektinin dəyəri 1600 manatdır, lizinq verənin mükafatı 498,83 manatdır, xx.xx.2019-cu il tarixədək əsas borc üzrə 1117,57 manat, mükafat üzrə 348,11 manat, ümumi 1465,68 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, 05 sentyabr 2017-ci il tarixli xx/xx/0150 №-li daxili maliyyə lizinq müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ödənilmiş məbləğ 1865,68 manat, qalan borc 233,15 manat, dəbbə pulu 2393,78 manat, ümumi borc 2626,93 manatdır. İş materiallarında olan 263 №-li və 713 №-li daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə Tələb məktublarının surətindən görünür ki, Cavabdeh2 borcu dərhal ödəməsi barədə məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Mədaxil Qəbazindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında dəyəri 1600 manat, lizinq mükafatı 348,11 manat olan bir ədəd divardan asılan məişət qaz qazanına dair 05 sentyabr 2017-ci il tarixli xx/xx/0150 №-li daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır, lizinq müddəti 12 ay təşkil edir, müqaviləyə əsasən, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək lizinq obyektini cavabdehə təhvil vermişdir, digər cavabdeh iddiaçı və Cavabdeh1 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən, sonuncu qeyd olunan lizinq müqaviləsi üzrə zamin durmuşdur, iddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli sazişlərə əsasən lizinq müqaviləsi üzrə mükafat məbləğinə və lizinq müddətinə dəyişiklik edilmişdir, Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, hazırda müqavilə üzrə iddiaçıya olan əsas borc 233,15 manat, dəbbə borcu 23 manat təşkil edir, iddiaçı tərəfindən borcun olması barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehlərin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə əsasən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin, və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 05 sentyabr 2017-ci il tarixli xx/xx/0150 №-li lizinq müqaviləsinə əsasən, 233,15 manat əsas, 23 manat dəbbə pulu olmaqla, cəmi 256,15 manat cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbinin həcmi, onun 1000 manatdan az olması nəzərə alınmaqla, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 05 sentyabr 2017-ci il tarixli xx/xx/0150 №-li müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 233,15 manat, dəbbə pulu üzrə 23 manat olmaqla, cəmi 256 (iki yüz əlli altı) manat 15 (on beş) qəpik borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qiyabi qətnamə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-446/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-446/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver