Məhkəmə qərarları › İş №e-2(011)-4462/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4462/2023

25.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4462/2023 25.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5.000 manat məbləğində kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər (birinci tərəf: İddiaçı və ikinci tərəf: Cavabdeh) tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. 1. Birinci tərəf (İddiaçı) Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 50, 35 saylı mənzilə dair İkinci Tərəfə (Cavabdeh) istifadə hüququna xitam verilməsi müqabilində 9.000 (doqquz min) manat ödəməyi öhdəsinə götürür. 2. İkinci tərəf (Cavabdeh) Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 50, 35 saylı mənzilə dair payından imtina edir və istifadə hüququna xitam verilməsinə etiraz etmir və mənzildən çıxmağı öhdəsinə götürür. 3. İkinci tərəfin (Cavabdeh) Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 50, 35 saylı mənzildə pasport qeydiyyatı formal olaraq saxlanılır. 4. İkinci tərəf (Cavabdeh) gələcəkdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 50, 35 saylı mənzilə dair hər hansı bir iddia qaldırmayacağı barədə öhdəlik götürür. 5. Sazişin könüllü icrasından imtina olunsa, narazı qalan Tərəf Sazişin məcburi icrası ilə əlaqədar dərhal icra vərəqəsinin verilməsinə dair məhkəməyə müraciət edə bilər. 6. Tərəflər təsdiq edir edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 7. Tərəflər Sazişdə qeyd edilən məsələ ilə bağlı Birinci Tərəfin Bakı şəhəri Xətai Rayon Məhkəməsində qaldırdığı e-2(011)-4462/2023 saylı mülki iş üzrə icraata xitam verilməsini qəbul edirlər və Tərəflərə Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəlləsinin 191-ci və 262-ci maddələrinin tələbləri izah olundu. Məhkəmə hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 162, 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ilə Cavabdeh arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Birinci tərəf (İddiaçı) Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 50, 35 saylı mənzilə dair İkinci Tərəfə (Cavabdeh) istifadə hüququna xitam verilməsi müqabilində 9.000 (doqquz min) manat ödəməyi öhdəsinə götürür.

2. İkinci tərəf (Cavabdeh) Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 50, 35 saylı mənzilə dair payından imtina edir və istifadə hüququna xitam verilməsinə etiraz etmir və mənzildən çıxmağı öhdəsinə götürür.

3. İkinci tərəfin (Cavabdeh) Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 50, 35 saylı mənzildə pasport qeydiyyatı formal olaraq saxlanılır.

4. İkinci tərəf (Cavabdeh) gələcəkdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 50, 35 saylı mənzilə dair hər hansı bir iddia qaldırmayacağı barədə öhdəlik götürür.

5. Sazişin könüllü icrasından imtina olunsa, narazı qalan Tərəf Sazişin məcburi icrası ilə əlaqədar dərhal icra vərəqəsinin verilməsinə dair məhkəməyə müraciət edə bilər.

İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair e-2(011)-4462/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar