Məhkəmə qərarları › İş №e-2(011)-4517/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4517/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4517/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 702,50 manat əsas, 105,30 manat cərimə, cəmi 807,80 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1643 manat əsas, 246,40 manat cərimə, cəmi 1889,40 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1352,10 manat əsas, 202,80 manat cərimə, cəmi 1554,90 manat borcu olmaqla ümumilikdə 4252,10 manat məbləğində borcun və 62,53 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Lenovo” markalı noutbuka görə 12 ay ödəniş cədvəli üzrə hər ay 177 manat olmaqla cəmi 2118,90 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən, aldığı “H P ” markalı noutbuka və 2 ədəd aksesuarına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 275 manat olmaqla cəmi 3293 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Honor” markalı noutbuka və “Casio” markalı qol saatına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 105 manat olmaqla cəmi 1877,50 manat, ümumilikdə üç müqavilə üzrə 7289,40 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021 -ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021 -ci il tarixində 171,40 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 275 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 105 manat ödəniş etmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 3697,60 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə 5545 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 5545 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 1%-i, yəni 554,50 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-nə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 702,50 manat əsas, 105,30 manat cərimə, cəmi 807,80 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 1643 manat əsas, 246,40 manat cərimə, cəmi 1889,40 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 1352,10 manat əsas, 202,80 manat cərimə, cəmi 1554,90 manat, üç müqavilə üzrə 3697,60 manat əsas, 554,50 manat cərimə, cəmi 4252,10 manat təşkil etmişdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir. Odur ki, məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən tərtib edilmiş 1 saylı əlavəyə görə “Lenova” markalı noutbuk kredit yolu ilə satılmışdır. Müqavilə üzrə Cavabdeh 702,50 manat əsas, 105,30 manat cərimə borcu yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən tərtib edilmiş 1 saylı əlavəyə görə “HP” markalı noutbuk və 2 ədəd aksesuarı kredit yolu ilə satılmışdır. Müqavilə üzrə Cavabdeh 1643 manat əsas, 246,40 manat cərimə borcu yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən tərtib edilmiş 1 saylı əlavəyə görə “Honor” markalı noutbuk, “Casio” markalı qol saatı, kredit yolu ilə satılmışdır. Müqavilə üzrə Cavabdeh 1352,10 manat əsas, 202,80 manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı MMC Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq göndərmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Odur ki, iddia əsas borcun tutulması hissələrində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə pulu əsassız və şişirdilmiş məbləğlərdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2021-ci il tarixli müqavilə üzrə cərimə məbləğinin 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 80 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Odur ki, iddia tələbləri cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 62,53 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 18 fevral 2021-ci il tarixli müqaviləyə görə 702,50 (yeddi yüz iki manat əlli qəpik) manat əsas, 50 (əlli) manat cərimə borcu, 16 aprel 2021-ci il tarixli müqaviləyə görə 1643 (min altı yüz qırx üç) manat əsas, 100 (yüz) manat cərimə və 09 may 2021-ci il tarixli müqaviləyə görə 1352,10 (min üç yüz əlli iki manat on qəpik) manat əsas, 80 (səksən) manat məbləğində cərimə olmaqla, cəmi 3927,60 (üç min doqquz yüz iyirmi yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaiti və 62,53 (altmış iki manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMCnə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar