Məhkəmə qərarları › İş №e-2(011)-4623/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4623/2023

08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4623/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərüfatının inkişafı və istismarı birliyinin 10 sentyabr 1992-ci il tarixli 1374 saylı qərarına əsasən atası X1 Bakı şəhəri X4 sahəsində 190 saylı BTK nəznində 0,12 ha torpaq sahəsi olan 21/68 saylı bağ sahəsi ayrılması barədə, Bakı şəhər Soveti İK-nin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR NK-nin 02 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən ayrılan torpaq sahələrinin siyahısının 126-cı bəndindəki qrafanın “X2” kimi oxunulmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ: Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərüfatının inkişafı və istismarı birliyinin 10 sentyabr 1992-ci il tarixli 1374 saylı qərarına əsasən atası X1 Bakı şəhəri X4 sahəsində 190 saylı BTK nəznində 0,12 ha torpaq sahəsi olan 21/68 saylı bağ sahəsi ayrılması barədə, Bakı şəhər Soveti İK-nin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR NK-nin 02 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən ayrılan torpaq sahələrinin siyahısının 126-cı bəndindəki qrafanın “X2” kimi oxunulmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 1585/2023 nömrəli qərardadına əsasən, ərizəçi mübahisənin məhkəməyəqədər nizama salınmasına riayət etmədiyindən ərizə geri qaytarılmışdır. Həmçinin bu qərardadla ərizə geri qaytarıldığından ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu da geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə ərizəçi eyni tələblə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu barədə qəbzi ərizəyə əlavə etmişdir. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(011)-1585/2023 saylı icra sənədinə əsasən qərardad icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin xx.xx.2023-cü il icraata xitam verilməsi haqqında Qərarına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1585/2023 saylı icra sənədinə xitam verilmişdir. Həmçinin Qərarda qeyd eyd edilmişdir ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilmədiyindən hazırki ərizə geri qaytarılmalıdır. Həmçinin elektron məhkəmə sistemi üzrə mülki işin materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (sənəd) üzrə məbləğ artıq icra sənədinə əsasən ərizəçiyə geri qaytarılmışdır. Odur ki, həmin qəbz üzrə ödənilmiş dövlət rüsumundan yenidən istifadə edilməsi mümkün deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərüfatının inkişafı və istismarı birliyinin 10 sentyabr 1992-ci il tarixli 1374 saylı qərarına əsasən atası X1 Bakı şəhəri X4 sahəsində 190 saylı BTK nəznində 0,12 ha torpaq sahəsi olan 21/68 saylı bağ sahəsi ayrılması barədə, Bakı şəhər Soveti İK-nin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR NK-nin 02 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən ayrılan torpaq sahələrinin siyahısının 126-cı bəndindəki qrafanın “X2” kimi oxunulmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə hazırkı ərizə ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar