Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-466/2025 10.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə , İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 530 mm diametrli «Qum adası-Bayramzadə İEM» yüksək təzyiqli (12 atmosfer) yerüsü magistral qaz kəmərinin Xətai rayonu, Polad Həşimov küçəsi, ev 196 ünvanından keçən hissəsində, 39 T 413613.05; 4466791.78 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti malmateriallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi iddia tələbinin həcminin artırılması ilə bağlı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, 530 mm diametrli «Qum adası-Bayramzadə İEM» yüksək təzyiqli (12 atmosfer) yerüstü qaz kəmərinin Xətai rayonu, Polad Həşimov küçəsi, ev 196 ünvanından keçən hissəsində, 39 T 413613.05; 4466791.78 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh – Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 530 mm diametrli « Qum adası-Bayramzadə İEM» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Xətai rayonu, Polad Həşimov küçəsi, ev 196 ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39T 413613.05; 4466791.78 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən “18” metr məsafədə qanunsuz olaraq daş hasarı inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəfimizdən xx.xx.2024-cü il tarixli, 14-2-12-7/2-135/2024 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2024-cü il tarixli, 14-2-12- 2/2-136/2024 nömrəli məktubla Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə və xx.xx.2024cü il tarixli, 14-2-12-7/2-134/2024 nömrəli məktublar Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. xx.xx.2024-cü il tarixində Xətai rayonu, Polad Həşimov küçəsi, ev 196 ünvanından ərazisində, 530 mm diametrli «Qum adasıBayramzadə İEM» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərinin «18» metrliyində qanunsuz olaraq daş hasar barədə Hövsan Qaz Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir (aktın surəti iddia ərizəsinə əlavə olunur). Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərininmühafizə zonalarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh, Cavabdeh mühafizə zonasında inşa etdiyi tikililər həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, hesab edirik ki cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Bundan əlavə nəzərinizə çatdırırıq ki, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bu məqsədlə də aidiyyəti icra hakimiyyəti orqanına tərəfimizdən müvafiq yazışmalar edilmişdir. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Aidə Məmmədliyə göndərilmiş xx.xx.2024-cü il tarixli 3-21- 3-30/2-19295/2024 nömrəli məktubdan görünür ki, vətəndaş Cavabdeh müraciətində qeyd olunan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin qaz kəmərinin mühafizə zonası daxilində yerləşib-yerləşmədiyinə dair məlumat verilməsi və həmin daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanlanan məktuba baxılmış, qoşmada olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Qanunvericiliyin tələblərinin, istehsalatın, qaz kəmərlərinin və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına Ərazi İdarəsi tərəfindən etiraz edilib. İş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinə göndərilmiş 05 Avqust 2024-cü il tarixli, 14-2-12- 7/2-134/2024 nömrəli Magistral qaz kəmərinin mühafizə zonasının pozulması barədə məktubdan görünür ki, "SOCAR" "Qaz İxrac" İdarəsinin struktur bölməsi olan Abşeron Magistral X1 istismarında olan yerüstü Ø530 mm-lik, "Qum adası-Bayramzadə İEM" 12 atm yüksək təzyiqli magistral qaz kəmərinin 3-cü km-də, ünvan 2 ünvanında vətəndaş Cavabdeh tərəfindən 39 T 413613,05 4466791,78 koordinatı üzrə qaz kəmərindən 18 metr məsafədə, yəni qaz kəmərinin mühafizə zonasında daş hasar inşa edilmişdir. Qeyd edilən ünvanda aparılan tikinti işləri nəticəsində qaz kəmərinin mühafizə zonaları tamamilə zəbt olunmuşdur. Magistral qaz kəmərinin mühafizə zonasında aparılan tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın tələblərinə ziddir. Belə ki, həmin kəmərlə yüksək təzyiqlə təbii qaz nəql edilir. Kəmərdə qaz sızması, yanğın və partlayış baş verərsə insan tələfatı qaçılmazdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın müddəalarına əsasən qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), qaz avadanlıqlarının mühafizə tədbirlərindən biri də qaz kəmərləri yerləşən zonaların kənar təsirlərdən qorunması və onların fəaliyyətlərini məhdudlaşdıran maneələrin olmamasıdır. Göstərilənləri nəzərə alaraq, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 196 ünvanında 530 mm-lik "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında 39 T 413613,05 4466791,78 koordinatı üzrə aparılan tikinti işlərinin dayandırılmasına və tikili sahibinin müəyyənləşdirilərək ona məxsus torpaq sahəsi və tikilinin hüquqmüəyyənedici sənədlərinin eləcə də tikili sahibinin şəxsiyyət vəsiqəsinin surətinin "SOCAR" "Qaz İxrac" İdarəsi, X2 Kəmərləri Sahəsinə göndərilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edirik. İş materiallarından görünür ki, iddiaçı tərəfindən eyni tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə eyni məzmunlu məktublar göndərilmişdir. İş materiallarında olan Abşeron MQKS-nin, Hövsan QX-nin rəisi Samir Quliyev, Hövsan QX-nin mühəndisi Asim Mustafayev və Hövsan QX-nin çilingəri Paşacanov Kamran tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qaz İxrac İdarəsindən № 14-2-12/3-6-1899/2024 "30" lyul 2024-cü il tarixli Abşeron MQKS- nə göndərilmiş SOCAR -in Baş ofisi tərəfindən Azərbaycan Respublikasının daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-19295/2024 məktubda göstərilmiş vətəndaş Cavabdeh Bakı şəhəri Xətai rayonu, Polad Həşimov küçəsi ev 196, 39 T 413613.05. 4466791.78 m N koordinantında yerləşən və həmin vətəndaşın istifadəsində olan torpaq sahəsi və torpaq sahəsinə aid olan daş hasar Abşeron Magistral X1 istismarında olan D530 mm-lik "Qum adas-Bayramzadə İEM yüksək təzyiqli yerüstü qaz kəmərindən (layihə təzyiqi 12 atm) 18 (on səkkiz) metrlik mühafizə zonası daxilində yerləşdiyinin müəyyən edilməsinin araşdırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixində Abşeron MQKS-nin balans və istismarında olan D530 mm-lik "Qum adas-Bayramzadə İEM" qaz kəmərinin 3-cü km hissəsinə növbədən kənar baxış keçirərkən məlum oldu ki, kəmərin Xətai rayonu, Polad Həşimov küçəsi ev 196 ərazisində vətəndaş Cavabdeh tərəfindən istifadə olan torpaq sahəsindəki hasar həqiqətən yerüstü qaz kəmərindən 18 (on səkkiz) metr məsafədə mühafizə zonası daxilində yerləşir. İş materiallarında olan 15 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-14495/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsi daş hasar daxilində 374.0 kv.m olmaqla vətəndaşın istifadəsindədir. Sahə Hövsan şossesi (köhnə yol) ilə fərdi yaşayış evləri olan ərazinin arasında yerləşir. Torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin qaz xətlərindən 2 ədəd 30/40 diametrli xətdən 3.5 m-9.8 m və 3 ədəd 60/70 diametrli xətlərdən isə 10.5 m-11.0-18.2 m məsafələrdə yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir. Sahə bütövlüklə qaz kəmərinin mühafizəsində yerləşir. Sahədən 145.0-225.0 m məsafələrdə neft quyusu məlumatı var. Həmçinin sahə keçmiş 2 nömrəli Zığ Zeytunçuluq sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Bundan əlavə göstərilən sahənin bir hissəsi isə su boru xəttinin mühafizə zonasında yerləşir. İş materiallarında olan Məhkəmə tikinti-texniki ekspertizasının 10/3400 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 14495/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaq sahəsi daş hasar daxilində 374.0 kv.m olmaqla vətəndaşın istifadəsindədir. Sahə Hövsan şossesi (köhnə yol) ilə fərdi yaşayış evləri olan ərazinin arasında yerləşir. Torpaq sahəsi Azərbaycan Respublikası Dövlət X3 İxrac İdarəsinin qaz xətlərindən 2 ədəd 30/40 diametrii xətdən 3.5 m-9.8 m və 3 ədəd 60/70 diametrli xətlərdən isə 10.5 m-11.0-18.2 m məsafələrdə yerləşir. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 1 X 413607.331 Y 4466791.570 2 X 413612.690 Y 4466798.237 3 X 413647.892 Y 4466776.015 4 X 413643.670 Y 4466768.231 5 X 413613.353 Y 4466787.358. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir. Sahə bütövlüklə qaz kəmərinin mühafizəsində yerləşir. Sahədən 145.0- 225.0 m məsafələrdə neft quyusu məlumatı var. Həmçinin sahə keçmiş 2 nömrəli Zığ Zeytunçuluq sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Bundan əlavə göstərilən sahənin bir hissəsi isə su boru xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinin sərhədində olan daş hasar mühafizə zonasında inşa edildiyindən, həmin daş hasar tikilisinin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Həmin Rəyə əlavə olunmuş mütəxəssis xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən 530 mm diametrli «Qum adası-Bayramzadə İEM» yüksək təzyiqli (12 atmosfer) yerüstü qaz kəmərinin Xətai rayonu, Polad Həşimov küçəsi, ev 196 ünvanından keçən hissəsində, 39 T 413613.05; 4466791.78 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar Cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmişdir, cavabdehin istifadəsində olan 530 mm diametrli «Qum adası- Bayramzadə İEM» yüksək təzyiqli (12 atmosfer) yerüstü qaz kəmərinin Xətai rayonu, Polad Həşimov küçəsi, ev 196 ünvanından keçən hissəsində, 39 T 413613.05; 4466791.78 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili bütünlükdə mühafizə zonasında yerləşir və özbaşına tikilidir. Bununla belə, Cavabdeh mübahisələndirilən əmlaka mülkiyyət hüququna əsas verən, o cümlədən özbaşına tikilinin sökülməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, 530 mm diametrli «Qum adası- Bayramzadə İEM» yüksək təzyiqli (12 atmosfer) yerüstü qaz kəmərinin Xətai rayonu, Polad Həşimov küçəsi, ev 196 ünvanından keçən hissəsində, 39 T 413613.05; 4466791.78 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında yerləşən tikili Cavabdeh tərəfindən inşa edilməklə qanunsuz tikili olduğundan, iddia tələbi təmin edilməli və mübahisələndirilən tikili onun tərəfindən sökülməli və tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 530 mm diametrli «Qum adası-Bayramzadə İEM» yüksək təzyiqli (12 atmosfer) yerüsü magistral qaz kəmərinin Xətai rayonu, Polad Həşimov küçəsi, ev 196 ünvanından keçən hissəsində, 39 T 413613.05; 4466791.78 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında inşa edilmiş qeyri-qanuni tikili (daş hasar) Cavabdeh tərəfindən sökülməli, tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Məhkəmə, iddia tələbinin təmin edildiyini və məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə, dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 530 mm diametrli «Qum adası-Bayramzadə İEM» yüksək təzyiqli (12 atmosfer) yerüsü magistral qaz kəmərinin Xətai rayonu, Polad Həşimov küçəsi, ev 196 ünvanından keçən hissəsində, 39 T 413613.05; 4466791.78 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında inşa edilmiş qeyri-qanuni tikili (daş hasar) Cavabdeh tərəfindən sökülsün. Tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 (yüz) manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğ Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-466/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-466/2025
10.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver