Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4717/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı Maraqlı şəxs qismində cəlb olunduğu “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı Maraqlı şəxs qismində cəlb olunduğu “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 16M 13, 5 saylı mənzili təbii qazdan istifadə qaydalarının pozulması haqqında Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib olunmuş və həmin akta əsasən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkarlanaraq 1555.40 manat məbləğində cərimə hesablanmışdır. Onun etibarnamə üzrə nümayəndəsi X3 01 fevral 2023-cü il tarixdə Maraqlı şəxs ilə 51 saylı notariat ofisində AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 16M 13, 5 saylı mənzili 244.000 manat tam ödəniş etməklə almışdır. Sözügedən mənzili təhvil alan zaman qaz sayğacının nasaz olduğunu görmüş və Cavabdeh QSC-nin əməkdaşlarını sözügedən ünvana dəvət etmişlər. 05 fevral 2023-cü il tarixdə Cavabdeh QSC-nin əməkdaşları qaz sayğacına baxış keçirən zaman qaz sayğacına müdaxilə olduğunu qeyd edərək 687035 saylı Akt tərtib etmişlər. Bu hadisədən sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 Cavabdeh QSC-yə müraciət edərək məsələni tam və ətraflı öyrənmək qərarına gəlmişdir. Cavabdeh QSC-də X1 bildirmişlər ki, vətəndaş Maraqlı şəxs bugünkü tarixə olan borcu 1540 manat təşkil edir. Həmin qaz sayğacının bərpa edilməsi üçün vətəndaş Maraqlı şəxs adına olan 1555.40 manat borc ödənilməlidir. Bundan başqa, tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb İddiaçı məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, Cavabdehnə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır. Bu səbəbdən Cavabdeh tərəfindən qanunsuz, əsassız tərtib edilən akt və onun əsasında yazılan borc ləğv edilməlidir. Cavabdeh tərəfindən mülkiyyətçinin imzası, tanışlığı olmadan akt tərtib etmişdir. Bundan əlavə qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta” əsaslanaraq, həmin aktda təsvir edilmiş qanuna zidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı Cavabdehnə müraciət edərək yeni müqavilə bağlanılmasını istəsə də Cavabdeh əməkdaşları sözügedən borcun ödənilməsindən sonra müqavilə bağlanacağını söyləmişlər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 16 M 13, 5 saylı mənzilə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli akta 1555.40 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-nə və Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X2 əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli, ******* saylı aktın surətindən məlum olur ki, Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, korpus 1, ev 4v ünvanında yerləşən 73 saylı mənzilə aid sayğac laboratoriyaya göndərilmiş, qaz sayğacının yoxlanılması barədə 14-2-2/3-5-1617-1 №-li akta əsasən “sayğacda Alarm-1 rejimi aşkar olundu” kimi qeyd edilmişdir. İş materiallarında olan hesabdan çıxarışın surətindən məlum olur ki, Maraqlı şəxs 2023cü il üçün 1555.20 manat məbləğində borcu vardır. İş materiallarında olan satıcı Maraqlı şəxs ilə alıcı İddiaçı arasında bağlanılmış AN-İ seriyalı, ******* nömrəli, 01 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev 3024-cü məhəllə, korpus 1, ev 4v, M 73 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 175.9 kv/m olan mənzili tam mülkiyyət üzrə alıcıya verməyi, alıcı isə əvəzində 244000 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev 3024-cü məhəllə, korpus 1, ev 4v, M 73 (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 16 M 13, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Regional Qaz Satışı Departamenti tərəfindən X1 və Cavabdeh İB-yə ünvanlanmış məktubdan görünür ki, ünvan 2a istehlakçı kodu Maraqlı şəxs adına olan öncədən ödənişli G-4 markalı 1602AZ**********91 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-1687-1 aktına əsasən, sayğacın element yuvasının qapağı alt hissədən sınıqdır, nəticədə ALARM-1 rejimindədir, xx.xx.2022-ci il tarixində ALARM-1 rejimi aşkar olundu, xətalar normadan artıqdır rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş “Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında” qazın alqı-satqı müqaviləsi” nin (Müqavilə) 2.2.4cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edir. Müqavilə 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazən həcminin dəqiq uçotunun aparılması məqsədilə Cavabdeh İB-nin bakı X5 Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən 12960,0 m3 (1555,20 AZN) itirilmiş qazın həcmi müəyyənləşdirilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli, ******* saylı aktın surətində “Sayğada Alarm-1 rejimi aşkar olundu” qeyd edilsə də, aktda sayğacda hansı qüsurun olması qeyd edilməmiş, eyni zamanda cavabdeh iddiaçının yaşadığı fərdi yaşayış evinə dair hesablanmış 1555.20 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus evə hesablanmış 1555.20 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 16 M 13 ünvanında yerləşən 5 saylı mənzilə hesablanmış 1555.20 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4717/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4717/2023
13.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver