Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4738/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, X3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı Nikolayeviçin Cavabdeh1 və qeyrisinə qarşı, Cavabdeh3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı Nikolayeviç cavabdeh Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh1 qarşı Cavabdeh1 adına Bakı şəhəri Cavabdeh2 tərəfindən 19 avqust 2023-cü il tarixdə verilmiş, 2V-207 saylı reyestrdə qeyd alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiiyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh1 adına verilmiş mülkiyyət haqqında çıxarışın ləğv edilməsi, anası X14 miras qalan ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı Nikolayeviçin miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Bakı şəhəri Cavabdeh2 tərəfindən 19 avqust 2023-cü il tarixdə verilmiş, 2V-207 saylı reyestrdə qeyd alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh1 adına verilmiş mülkiyyət haqqında çıxarış və qeydin ləğv edilməsi, Cavabdeh1 ilə üçüncü şəxs X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə üçüncü şəxs X16 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən üçüncü şəxs X9 adına verilmiş mülkiyyət haqqında çıxarış və qeydin ləğv edilməsi, anası X14 miras əmlakı olaraq ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzil ünvanında yerləşən mənzilə İddiaçı Nikolayeviçə pay hüququnun müəyyən edilməsi, bu mümkün olmadıqda, miras əmlakdan İddiaçı Nikolayeviçə çatmalı olan pay həcmində əmlakın satılması nəticəsində əldə edilmiş pul vəsaitinin Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri İddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı Nikolayeviçə Rusiya Federasiyası Moskva şəhərinin notariusu X19 tərəfindən 06 avqust 2022-ci il tarixdə “ Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən, ölmüş X15 vərəsəsi İddiaçı Nikolayeviçdir. 05 fevral 2022-ci il tarixli “Ölüm haqqında” şəhadətnaməyə əsasən, Mişankina Svetlana 04 fevral 2022-ci il tarixdə saat 21:21-də Rusiya Federasiyası Moskva şəhərində ölmüşdür. Cavabdeh1 isə Cavabdeh2nə 19 avqust 2023-cü il tarixdə ərizə ilə müraciət edərək, əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verməyini xahiş etmişdir. Həmçinin, Cavabdeh1 Cavabdeh2nə eyni tarixdə ərizə ilə müraciət edərək,aşağıdaki kimi bildirmişdir: “Yazıb sizə bildirirəm məhrum anam X17 məndən başqa vərəsəsi yoxdur. Gələcəkdə hər hansı bir varis öz varislik hüququnu sübut edərsə, ona çatası edərsə ona çatası miras payını ödəməyi öz öhdəmə götürürəm.” Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və mülki işə mahiyyəti üzrə baxaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır. 1990-cı illərə qədər qardaşı, onun yoldaşı və bir övladları mübahisəli mənzildə yaşamışlar. Daha sonra Moskvaya köçmüşlər. O da 10 ilə yaxın müddətdir ki, həmin mənzildə yaşayır. Mübahisəli evdə anası qalırmış. Anası rəhmətə gedəndən sonra qardaşı ilə razılığa gəlmişlər ki, ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzil onun, Moskvadakı mənzil isə İddiaçı Nikolayeviçin olmalı idi. Ancaq İddiaçı Nikolayeviçin həyat yoldaşı Tatyana xanım bununla razılaşmamış, ondan pul istəmişdir. O da hər iki mənzilin qiymətləndirilməsini etmişdir. Daha sonra onlar arasında mübahisələr başlamışdır. O da məcbur qalıb Moskvadakı mənzillə bağlı iddia qaldırmışdır. Lakin vəkilin müqaviləsinin müddəti bitdiyindən, ona ödənişi etmək üçün vəsaiti olmadığından iddia baxılmamış saxılanılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iştirak edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və mülki işə mahiyyəti üzrə baxaraq iddianın Cavabdeh1 ilə üçüncü şəxs X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə üçüncü şəxs X16 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən üçüncü şəxs X9 adına verilmiş mülkiyyət haqqında çıxarış və qeydin ləğv edilməsi hissəsində rədd edilməsini xahiş etmişdir. Digər tərəf məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iclasın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın digər tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin faktiki halları Mülki işin məhkəmə araşdırıması zamanı müəyyən edilmişdir ki, X17 04 fevral 2022ci il tarixində vəfat etmişdir. Onun birinci növbəli iki vərəsəsi, övladları-İddiaçı Nikolayeviç və Cavabdeh1dır. ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzil və Moskva şəhəri, Pleşeyev küçəsi, ev 15B (on beş "B") ünvanında yerləşən 15 (on beş) nömrəli mənzi X13 miras qalmışdır. İddiaçı Moskva şəhəri, Pleşeyev küçəsi, ev 15B (on beş "B") ünvanında yerləşən 15 (on beş) nömrəli mənzilə, cavabdeh isə ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzilə vərəslik hüququ haqqında şəhadətnamə almışdır. Cavabdeh1 mübahisəli mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Cavabdeh2nə müraciət edərək, mərhum anası X15 başqa vərəsənin olmadığını bildirmiş və qeyd edilən mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh1 notariat ofisinə ünvanladığı ərizədə gələcəkdə hər hansı bir varis öz varislik hüququnu sübut edərsə ona çatası payını ödəməyi öz öhdəsinə götürdüyünü bildirmişdir. Bakı şəhəri Cavabdeh2 X15 vərəsələrinin dairəsini müəyyən etmədən cavabdehə ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzilə dair 19 avqust 2023-cü il tarixdə verilmiş, 2V-207 saylı reyestrdə qeyd alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Cavabdeh1 həmin şəhadətnamə əsasında ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzilə dair tam mülkiyyət hüququ qeydə alınmış və cavabdehə bununla bağlı xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Bundan əlavə Cavabdeh1 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzili 139000 manat dəyərində X2. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən X9 həmin alqı-satqı müqaviləsi əsasında ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzilə dair tam mülkiyyət hüququ qeydə alınmış və cavabdehə bununla bağlı xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X20 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı ilə eyni binada yaşamışlar. Cavabdehi isə şəxsən tanıyır. Cavabdeh3 da orda yaşayandan tanıyır. Birinci Cavabdeh3, sonra isə o köçübdür. Mənzildə Svetlana xanım yaşayırmış. Svetlana xanım ona evi satmaq istədiyini bildirmiş. Lakin ev onun olmamışdır. Onlar Azərbaycanda yaşayıblar, burda oğulublar, ildə 10-12 dəfə gedirdilər. Svetlana xanım Moskvada yaşayanda Ruslan ailə qurmuş, Nataşa adlı övladı olmuşdur. ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzili uşağın adına keçirmək istəmişlər. Svetlana xanım qəfil rəhmətə gedəndə qonşular qızını çağırmış, ancaq o gəlməmişdir. Anası ilə mübahisəsi olduğundan küsmüşdülər. Sonra vərəsəliyin oğluna verildiyini bilmişdir. Yelena xanım ona evi satmaq istədiyini bildirmişdir. Rusiyadakı mənzildən xəbəri yoxdur. Zibeydə xanım da ona dəfələrlə həmin mənzili almaq istədiyini, satıldığı halda ona xəbər verməyini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehi tanımır. X12 tanıyır. "xxxx" QSC-də işləyir. Sakinlərlə danışıqları o edir. X12 2023-cü ildən ordan tanıyır. O Tanya xanımı tanıyır. Tanya xanım 2022-ci ildə ona müraciət edərək iki mənzilinin olduğunu, onları satmaq istədiyini bildirmişdir. O da əlaqə nömrələrini götürmüş, daha sonra əlaqə saxlayacaqlarını bildirmişdir. Daha sonra Zibeydə xanım yaxınlaşmış ki, mənzil almaq istəyir. Amma qiymət barədə razılaşmamışdır. Sonra özləri xanıma zəng etmişlər ki, 2023-cu ildə orda tikinti edəcəklər, ona görə evi almaq istəmişlər. Tanya xanım da rəhmətə gedənləri olduğu üçün satmaq istəmədiyini bildirmişdir. O da Zibeydə xanıma ev sahibinin problemləri olduğu üçün evi satmaq istəmədiyini bildirmişdir. İddianın hüquqi əsası: Azərbayca Respublikasının Konstitusiyası Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət vərəsəlik hüququna təminat verir Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Maddə 1275. Miras qoyan tərəfindən mirasın bölüşdürülməsi qaydasının müəyyənləşdirilməsi Miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanunu 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, İddiaçı Nikolayeviçin iddiası qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddianın Cavabdeh1 adına Bakı şəhəri Cavabdeh2 tərəfindən 19 avqust 2023-cü il tarixdə verilmiş, 2V-207 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı Nikolayeviç mərhum X1 birinci növbəli vərəsəsi olmaqla sonuncudan miras qalan əmlaka dair digər vərəsə Cavabdeh1 ilə birlikdə eyni hüquqlara malikdir. Lakin Cavabdeh1 notariat ofisindən digər vərəsənin olduğunu gizlətmiş, notariat ofisi isə vərəsələrin dairəsini müəyyən etmədən qanunsuz olaraq yalnız Cavabdeh1 19 avqust 2023-cü il tarixdə, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Odur ki, iddiaçının mərhum X7mış miras əmlaka dair vərəsəlik hüququ tanınmalıdır. Bunun əksi Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olacaqdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Nikolayeviç X15 övladı olduğundan, İddiaçı Nikolayeviç da digər vərəsə kimi, birinci növbədən vərəsə olaraq onun miras əmlaka dair vərəsəlik hüququ tanınaraq ½ hissədə payı müəyyən edilməlidir. Məhkəmə cavabdeh tərəfin İddiaçı Nikolayeviç ilə Cavabdeh1 arasında ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzilin Cavabdeh1, Moskva şəhəri, Pleşeyev küçəsi, ev 15B (on beş "B") ünvanında yerləşən 15 (on beş) nömrəli mənzilin İddiaçı Nikolayeviçə verilməsi barədə razılaşma olduğuna, Rusiya Federasiyasında olan məhkəmə mübahisəsinin tərəflər arasında saziş imzalandığına görə baxılmamış saxlanıldığına dair dəlilinə münasibətdə qeyd edir ki, ilk növbədə Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bu dəlilə dair ziddiyətli ifadələr vermişdir. Belə ki, cavabdehin verdiyi izahatlardan görünür ki, Rusiya Federasiyasında olan məhkəmə prosesi hüquqi yardım üçün vəkillə bağlanmış müqavilənin müddəti bitdiyindən, müqavilənin müddətinin uzadılması üçün ödənişi edə bilmədiyindən yekunlaşmamışdır. Bundan əlavə, Cavabdeh1 Bakı şəhəri Cavabdeh2nə ərizə ünvanlayaraq mərhum anası X6 başqa vərəsəsi olmadığını, gələcəkdə hər hansı bir varis öz varislik hüququnu sübut edərsə ona çatası payını ödəməyi öz öhdəsinə götürdüyünü bildirmişdir. Digər tərəfdən tərəflər arasında miras əmlakların bölünməsi ilə bağlı razılaşma olduğuna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Odur ki, iddia bu hissədə təmin edilərək, Bakı şəhəri Cavabdeh2 tərəfindən Cavabdeh1 verilmiş 19 avqust 2023-cü il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, 19 avqust 2023-cü il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzilə dair verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsi tələbi öz əhəmiyyətini itirmişdir. Belə ki, ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzilə dair 19 avqust 2023-cü il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aparılmış qeydiyyatlar həmin mənzilin satılması nəticəsində hər bir halda ləğv olunmuşdur. Odur ki, 19 avqust 2023-cü il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzilə dair verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaya Cavabdeh1 ilə üçüncü şəxs X16 arasında bağlanmış xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən üçüncü şəxs X9 adına verilmiş mülkiyyət haqqında xx.xx.2023-cü il tarixli çıxarış və qeydin ləğv edilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras əmlak ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzil 139000 manat dəyərində X4, həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestrində X9 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasını nəzərə alaraq, belə qənaətə gəlir ki, X16 vicdanlı alıcıdır və onun əldə etdiyi ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzilə dair mülkiyyət hüququ qorunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh3 ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzili aldığı zaman mənzillə bağlı problemin olduğunu bildiyini iddia etsə də, Cavabdeh3 vicdansız alıcı olduğuna dair məhkəməyə yetərli sübut və dəlil təqdim etməmişdir. Odur ki, iddia Cavabdeh1 ilə üçüncü şəxs X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və onun əsasında ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən üçüncü şəxs X9 adına verilmiş mülkiyyət haqqında xx.xx.2023-cü il tarixli çıxarış və qeydin ləğv edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaya miras əmlakdan İddiaçı Nikolayeviçə çatmalı olan pay həcmində əmlakın satılması nəticəsində əldə edilmiş pul vəsaitinin Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi tələbinə dair hissədə qiymət verərək belə qənaətə gəlir ki, bu bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının miras əmlak olan ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzilə vərəslik hüququnun müəyyən edildiyi, mənzilin isə hazırda faktiki olaraq vicdanlı alıcı olan üçüncü şəxsin mülkiyyətində olduğu, eyni zamanda Cavabdeh1 gələcəkdə hər hansı bir varis öz varislik hüququnu sübut edərsə ona çatası payını ödəməyi öz öhdəsinə götürdüyünə dair notarial təsdiq edilmiş ləğv edilməmiş ərizəsi olduğu nəzərə alınaraq, iddiaçının vərəsəlik hüququnun təmin edilməsi məqsədilə onun ½ hissədə vərəsəlik payına uyğun olaraq miras əmlak olan ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 12, 30 saylı mənzilin satışından əldə olunmuş 139000 manat məbləğində pul vəsaitinin ½ hissəsi, yəni 69500 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı Nikolayeviçə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 adına Bakı şəhəri Cavabdeh2 tərəfindən verilmiş 19 avqust 2023-cü il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. 69500 (altmış doqquz min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı Nikolayeviçə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova .
Məhkəmə qərarları › İş №e-2(011)-4738/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4738/2024
13.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver