Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4761/2022 18.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik şəhadətnamənin etibarsız edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, mənzil 9 sahəsinə dair Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qeydlərin və verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 2V-231 reyestr nömrəsi ilə qeydiyyatı aparılaraq xx.xx.2001-ci il tarixində vəfat etmiş X7 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ünvanında yerləşən 24 saylı evin 9 saylı mənzilinə dair Cavabdeh adına “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Hazırki mübahisə predmeti Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ünvanında yerləşən 24 saylı evin, 9 saylı mənzil sahəsi ilə bağlıdır. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ünvanında yerləşən 24 saylı evin, 9 saylı mənzil iddiaçının həyat yoldaşı X15 tərəfindən alınmış, lakin onun atası X1 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak X18 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haaqqında Daşınmaz Əmlakların Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında X3na Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ünvanında yerləşən 24 saylı evin, 9 saylı mənzilinə dair çıxarış verilmişdir. X3 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Mübahisəli mənzildə daima iddiaçının xx.xx.2020-ci il tarixində vəfat etmiş həyat yoldaşı X15 yaşamış, hətta mübahisəli mənzildə X15 və onun övladları X28, X20, X19 daimi qeydiyyatda olmuşdurlar. X1 ölümündən sonra mübahisəli mənzildə iddiaçının həyat yoldaşı X15 ailəsi ilə birlikdə yaşamışdır. İddiaçının mərhum həyat yoldaşı X15 vəfat etdikdən sonra da mübahisəli mənzilə iddiaçı tərəfindən sahiblik edilmiş, hətta mənzil də kirayəyə verilmişdir. 2022-ci ilin yanvar ayının axırında polis əməkdaşları kirayəçiləri mənzildən çıxararaq mübahisəli mənzilin iddiaçının həyat yoldaşının bacısı hazırki iş üzrə Cavabdeh adına olduğunu bildirmişlər. Göründüyü kimi mübahisəli mənzil hər zaman iddiaçının həyat yoldaşının, ondan sonra da özünün sahibliyində olmuş, X3 da vəfat etdikdən sonra da faktiki olaraq onun sahibliyində olmuşdur. Cavabdeh həmin mübahisəli mənzildə yaşamamışdır. Belə ki, mübahisəli mənzil də dəfələrlə iddiaçı tərəfindən kirayəyə verilmişdir. Bu da bir daha ona dəlalət edir ki, hazırki mübahisəli mənzil faktiki olaraq iddiaçının sahibliyində olmuş və onu (əmlakı) idarəetməyə başlamış və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Belə ki, iddiaçının məhz mərhum həyat yoldaşı X15 və onun övladları X35, X20, X19 həmin ünvanda qeydiyyatda olmuşdur. Bununla belə X15 atasının mirasını faktiki və rəsmi qəbul etsə də, ölən gününə kimi həmin əmlakı Daşınmaz Əmlakın Dövlət Reyestrində öz adına qeydiyyata aldıra bilməmişdir. İşin digər hallarına görə X15 xx.xx.2020-ci il tarixində ölmüş, ölümündən sonra onun miras əmlakı iddiaçı tərəfindən faktiki və rəsmi qəbul edilmiş və ona sahiblik etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 14 saylı Notariat Ofisinin ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ünvanladığı 16 mart 2022-ci il tarixli N:760 məktubundan görünür ki, X3ndan miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ünvanında yerləşən 24 saylı evin, 9 saylı mənzilinə dair Cavabdeh adına “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmiş, həmin şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ünvanında yerləşən 24 saylı evin, 9 saylı mənzilində qeydiyyatda olan Cavabdehdır. (AA*******, xx.xx.2020-Asan2,FİN:xxxxxxx, d/t: xx.xx.1966) və o, miras əmlakdan tam hissədə pay almalıdır, şəhadətnaməyə əsasən verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X11 verilmiş **********67-05101-093007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 26.5 kv/m olan mənzildən ibarətdir. Göründüyü kimi X3 xx.xx.2001-ci il tarixində ölsə də, sonuncu “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni” 19 il sonra saxta yollarla əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Komunal Təsərrüfabirliyinin 17 saylı Mənzil Komunal İstismar sahəsinin xx.xx.2020ci il tarixli N:602 arayışından görünür ki, X3 həqiqətən ünvan 2 ünvanında qeydiyyatda olmuş, xx.xx.2001-ci ildə vəfat etmiş, ölən gününə qədər qızı Cavabdeh onunla birlikdə yaşamışdır. Digər tərəfdən Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Komunal Təsərrüfabirliyinin 17 saylı Mənzil Komunal İstismar sahəsinin xx.xx.2014-cü il tarixli Forma 2 arayışından görünür ki, iddiaçının mərhum əri X15 həqiqətən də ünvan 2ünvanında yaşayır, daimi qeydiyyatda olanlar X15 və övladları X28, X20, X19 olmuşdurlar. Təqdim olunan arayışdan da görünür ki, mübahisəli mənzildə X15 və onun ailəsi yaşamışdırlar. Cavabdeh isə mübahisəli mənzil ilə heç bir əlaqəsi olmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Komunal Təsərrüfat birliyinin 17saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən ona verilən xx.xx.2020-ci il tarixli arayışındanda görünür ki, cavabdeh mərhumatası X14 ilə xx.xx.2001-ci il tarixə qədər birlikdə yaşamışdır. Təqdim olunan sənədlərdən də görünür ki, mübahisəli mənzil X3 öldükdən sonra iddiaçının həyat yoldaşı X21 tərəfindən faktiki olaraq qəbul edilmiş və ona sahiblik etmişdir. Belə ki, X3 xx.xx.2001-ci ildə ölmüş, ölümündən sonra onun miras əmlakını oğlu X15 faktiki və rəsmi qəbul etmişdir. Göründüyü kimi Cavabdeh Cahanagir qızı vərəsəlik dairəsini müvafiq orqanlardan gizlədərək öz məqsədlərinə nail olmuş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, bunun əsasında mübahisəli mənzili qeyri-qanuni yollarla tam mülkiyyət hüququ ilə əldə etmişdir. Həmin “qanun üzrə vərəsəlik hüuququ haqqında şəhadətnamə” tamamilə qanunsuzdur. İşin faktiki hallarına uyğun deyil. Ona görə ki, yuxarıda da göstərildiyi kimi X1 miras əmlakını yalnız oğlu X15 qəbul etmiş, cavabdehin isə ümumiyyətlə mübahisəli mənzil ilə heç bir əlaqəsi olmamış, mübahisəli mənzili miras olaraq qəbul etməmişdir. Ümumiyyətlə, X1 miras əmlakı Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cmaddəsinə müvafiq olaraq 06 ay ərzində onun vərəsələri tərəfindən faktiki və ya rəsmi qaydada qəbul edilə bilərdi. (miras əmlakınıfaktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnmək, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbuletmək barədə ərizə verməklə). Vərəsəlik işində də mirasın Cavabdeh tərəfindən faktiki qəbul edilməsi barədə hər hansı sübut mövcud deyildir və ola da bilməz. Əksinə 17 saylı Mənzil Komunar İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli arayışından da görünür ki, X15 ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, mənzil 9 ünvanında qeydiyyatda olmaqla yaşadıqları müəyyən edilir. Göründüyü kimi Cavabdeh qanunvericilik ilə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etmədiyi işin mübahisəsiz halıdır. Belə olan halda isə onun adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”etibarsız hesab edilməlidir. Həmin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qanunsuz olduğu üçün onun əsasında müvafiq dövlət reyestrində aparılmış qeydlər və verilmiş hüquqmüəyyənedici sənədlər birmənalı olaraq ləğv edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 3 ünvanladığı 533 saylı xx.xx.2020-ci il tarixli arayışından da görünür ki, mərhum X9 miras qalmış əmlaka dair “vərəsəlik hüququ haqqında şəhadətnamələrin” verilməsi ilə bağlı arvadı-İddiaçı, övladları X28,X20, X19 və X23 tərəfindən Bakı şəhəri 29 saylı notariat ofisinə müraciət edilmişdir. 21 yanvar 2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X12 vərəsəsi Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, məhəllə 2942d, ev 59B mənzil 13 qeydiyyatda olan arvadı İddiaçıdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə digər sübutları təhlil edərək belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 vərəsələri aşağıdakılardır:
1. ünvan 4 ünvanında qeydiyyatda olan arvadı İddiaçı və o miras əmlakdan 7/12 hissədə paya irs almalıdır.
2. ünvan 4 ünvanında qeydiyyatda olan oğlu X35 və o miras əmlakdan 1/12 hissədə paya irs almalıdır. 3 ünvan 4 ünvanında qeydiyyatda olan qızı X20 və o miras əmlakdan 1/12 hissədə paya irs almalıdır. 4 ünvan 4 ünvanında qeydiyyatda olan qızı X19 və o miras əmlakdan mirasdan 1/12 hissədə paya irs almalıdır. 5 ünvan 4 ünvanında qeydiyyatda olan oğlu X23 və o miras əmlakdan 1/12 hissədə paya irs almalıdır. 6 ünvan 4 ünvanında qeydiyyatda olan oğlu X24 və o miras əmlakdan 1/12 hissədə paya irs almalıdır. İş materiallarında olan AZ-İİ seriyalı 129967 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X35 xx.xx.2008-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X5, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı 454294 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 xx.xx.2010-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. X5, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı 268427 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X23 xx.xx.2019-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. X5, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 903305 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 xx.xx.2017-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X5, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 533 saylı məktubunun surətindən görünür ki, mərhum X9 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi ilə bağlı vərəsələr arvadı- İddiaçı, övladları X35, X20, X19, X23, X24 tərəfindən Bakı şəhəri 29 saylı Notariat Ofisinə müraciət edilmişdir. Bununla bağlı Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 107488 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2020-ci il tarixində ölmüşdür. Bu barədə akt 312 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Nəsimi rayonu Mənzil Komunal Təsərrüfat birliyinin 17 saylı Mənzil Komunal İstismar sahəsinin xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, mərhum X15 Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, 9 saylı mənzildə qeydiyyatda olub və xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Ölən günə qədər qızı Cavabdeh ilə yaşayıb. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışının sürətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, mənzil 9 xx.xx.2020-ci il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 391020 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 ilə X29 xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan Nəsimi rayonu Mənzil Komunal Təsərrüfat birliyinin 17 saylı Mənzil Komunal İstismar sahəsinin xx.xx.2014-cü il tarixli arayışın surətindən görünür ki, X15 həqiqətən ünvan 5 ünvanda eyni zamanda X35, X20 və X19 da qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2001-il tarixdə vəfat etmiş X8 vərəsəsi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, mənzil 9 ünvanında qeydiyyatda olan Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X11 verilmiş **********67- 05101-093007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyetrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, mənzil 9 ünvanında yerləşən ümumi sahəsi 26.5 kv/m olan mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, X23, X20, X35, X19 Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, mənzil 9 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı 109559 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2001-ci il tarixində ölmüşdür. Bu barədə akt 730 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İİİ-PЭ seriyalı 455426 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh xx.xx.1966-cı il tarixində Dmanisi rayonunda anadan olmuşdur. X2r. İş materiallarında olan AZ-İ seriyalı 004965 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2003-cü il tarixində ölmüşdür. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, X15 Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, mənzil 9 ünvanında kommunal xidmətlərə görə ödənişlər etmişdir. İş materiallarında olan MH seriyalı, 165953 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, mənzil 9 X8 adına xüsusi mülkiyyət kimi qeydiyyatdam keçirilmişdir və bu barədə 998 nömrəli Reyestr kitabının 149894-ci səhifəsində xx.xx.1998-ci il tarixdə 30/149894 nömrə ilə qeydə alınmışdır. Mülki iş üzrə şahid qismində dindirilmiş X25 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının anasıdır, Cavabdeh isə qudalarıdır. Ev kürəkəni Tahirin olub. Həmin evi Tahir öz vəsaiti hesabına alıb lakin atasının adına. Sonra başqa ev də alıb, təmir edib, evin kirayənişinləri də olub. Sənədlər hamısı Tahirin adına olub. Şölə özü Gürcüstanda yaşayır. Onların hər köməklərinə kürəkəni yetişib. Uşaqlarının da hamısı orda qeydiyyatdadır. Cavabdeh evi xəbərləri olmadan satıb. Həmin evdə Tahir subay olanda yaşayıb. Şəhla ilə evlənəndən sonra Qarayevdə 1 otaqlı evdə yaşayıblar, həmin evi də kirayə vermişdilər. Mülki iş üzrə şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində bildirmişdir ki, həmin evdə kirayə qalır, Yaşıl Bazarla üzbəüz olan evdə yaşayır, Şəhla xanım da həmin evin yiyəsidir, Şöləni isə tanımır. Rəhmətlik Tahir müəllimi tanıyırmış, evi ondan götürmüşlər. Bir müddət sonra o vəfat etdi. Onlar evi 2017-ci ildə də götürmüşlər, 4-5 ay orda qalmışlar. Tahir müəllim vəfat etdikdən sonra Şəhla xanım demişdir ki, bundan sonra kirayə pulunu ona verək. Kirayə müqaviləsi bağlamamışlar, kirayə haqqı 150 manat idi. Mülki iş üzrə şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində bildirmişdir ki, o ailə həyatı qurmamışdan əvvəl həyat yoldaşı Şəhlagili tanıyırdı. Onlar evlənəndən sonra Şəhlagilin evində kirayə qalmışlar. Onun uşaqları da orda olub, ev Şərq Bazarı tərəfdə idi, onlar sonra oranı təmir də etdirmişlər. Qızı 2015-ci ildə anadan olub, 2017-ci ildə onlar o evdən çıxmışlar və Rusiya Federasiyasına getmişlər. Evin yiyəsi Şəhlanın yoldaşı Tahir olub. Ev Tahirin olub, onlar də pulu ona vermişlər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, mənzil 9 X11 məxsus olmuşdur. xx.xx.2020-ci il tarixdə həmin mənzilə dair X3na çıxarış verilmişdir. X14 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Cavabdeh və X15, yəni iddiaçının həyat yoldaşı X8 vərəsəsi olmuşdur. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X15 vəfat etdiyindən miras əmlak olaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, mənzil 9 tam mülkiyyət hüququ ilə qanun üzrə vərəsəlik əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh verilmişdir. Nəsimi rayonu Mənzil Komunal Təsərrüfat birliyinin 17 saylı Mənzil Komunal İstismar sahəsinin xx.xx.2014-cü il tarixli arayışın surətindən və şahid ifadələrindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, mənzil 9 ünvanında X15 və onun övladları X35, X20 və X19 yaşamışdır. X15 rəhmətə gedənə qədər qeyd edilən miras əmlakda həyat yoldaşı İddiaçı və onların dörd övladları X20, X19, X23 və X24 ilə birlikdə yaşamış, əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi mənzil istismar idarəsinin arayışı, kommunal ödənişləri barədə qəbzlər və digər sənədlərlə sübut olunur ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Eyni zamanda Nəsimi rayonu Mənzil Komunal Təsərrüfat birliyinin 17 saylı Mənzil Komunal İstismar sahəsinin xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, X14 və Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, 9 saylı mənzildə qeydiyyatda olub və yaşayıb. Belə olan halda miras əmlakın faktiki olaraq kimlər tərəfindən qəbul edildiyi, eyni zamanda vərəsələrin dairələrinin müəyyən edilməsi barədə mübahisə mövcuddur. Lakin notarius qeyd edilən halları araşdırmadan, vərəslərin dəqiq dairəsini müəyyən etmədən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, 9 saylı mənzil üzrə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), birinci növbədə, bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarlarına istinadən qeyd edir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Yuxarıda göstərilən qanunvericilik normalarından görünüdüyü ki, mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddət altı aydır və həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi yalnız məhkəmə qaydasında həll edilə bilər. X4 xx.xx.2001-ci il tarixdə vəfat etməsinə baxmayaraq Cavabdeh verilən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” mərhumun ölümündən 19 il sonra, yəni xx.xx.2020-ci il tarixdə notarius tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilməlidir. Məhkəmə iddianın Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qeydlərin və verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddianın həmin hissəsi də əsaslıdır, buna görə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 24, 9 saylı mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olan “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edildiyindən, həmin şəhadətnamə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qeydlər və verilmiş hüquqmüəyyənedici sənədlər də ləğv edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh verilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qeydlər və verilmiş hüquqmüəyyənedici sənədlər ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova