Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4851/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X6 iştirakları ilə İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X5 və X10 cəlb edilməklə) qarşı “miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə qarşı – Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilin vərəsəlik üzrə qəbul edilməmiş 2/8 hissəsinə aid hissədə miras əmlakın ona (İddiaçı) verilməsi üçün 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX № ******* saylı çıxarışına əsasən paylı mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilinin 5/8 hissəsi iddiaçıya məxsusdur. Belə ki, iddiaçının mərhum anası (X7) Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzili iddiaçıya (İddiaçı) vəsiyyət etmişdir. Vəsiyyətnaməyə əsasən 2016-cı ildə 2 saylı Bakı Cavabdeh2 Notariat Ofisində vərəsəlik işi açılmış və miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilinin 5/8 hissəsi iddiaçıya paylı mülkiyyət olaraq verilmişdir. 1/8 hissə iddiaçının qardaşı X2 və 2/8 hissə isə qəbul edilməmiş qalmışdır. Qəbul edilməmiş 2/8 hissə üzrə heç kim miras payını qəbul etməmişdir. X10 və X9 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilində qeydiyyatda olmaqlarına baxmayaraq uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Yəni onların qeydiyyatı formal xarakter daşıyır belə ki, onların faktiki yaşayış yeri başqa ünvandır. X10 və X9 miras payın qəbul edilməsi müddətini ötürmüşdür. Belə ki, onlar miras payın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər. Bundan başqa, onların miras əmlaka sahibliyindən isə ümumiyyətlə söhbət getmir. İddiaçı 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilinin qəbul edilməmiş 2/8 hissəsinin qəbul edilməsini və buna uyğun olaraq vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə müraciət etmişdir. 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinin məktubuna əsasən açıq qalmış vərəsəlik payının iddiaçıya verilməsindən imtina edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzilə dair açıq qalmış 2/8 hissəsinə aid hissəsinə vərəsəlik hüququnun tanınması və 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qətnamənin qəbul edilməsinin xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla, məhkəməyə çağırılsa da, lakin nümayəndəsi işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X10 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iddiaçının nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, göstərilən vərəsələr (qardaşları) miras əmlak olan ünvanda qeydiyyatda olduqları üçün faktiki mirası qəbul etmişdir. İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan X7 ilə İddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gününədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 nömrəli mənzilin 5/8 hissəsi üzərində İddiaçı xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışdan görünür ki, mənzilin 1/8 hissəsi X2 məxsusdur və 2/8 hissəsi isə açıq qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X10 və X9 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, X.Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzili xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 miras əmlak olaraq vərəsələri İddiaçı, X5, X9 və X8 qalmışdır. Onlardan İddiaçı anası X3 vəsiyyətnamə üzrə vərəsəsi olmuşdur. Belə ki, xx.xx.2009-cu il tarixli vəsiyyətnamə ilə X7 ölən günədək bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisi tərəfindən mübahisəli Bakı şəhəri, X.Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzilinin 5/8 hissəsinə dair İddiaçı həm vəsiyyətnamə üzrə, həm də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X2 isə 1/8 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mənzilin qalan 2/8 hissəsinə dair digər vərəsələr tərəfindən notariat ofisinə müraciət edilmədiyindən, həmin paylar açıq qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ haqqında normalarından: 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı, birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1202.2-ci maddəsinə əsasən, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, Bakı şəhəri, X.Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilə dair miras qoyan Əminə Axundova tərəfindən hələ sağlığında, 2009-cu ildə vəsiyyətnamə tərtib edilərək, ölən günədək ona məxsus olan daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etdiyindən, digər vərəsələr olan mərhumun uşaqları X9 və X6 miras əmlakda məcburi payları Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə əsasən, hər birinin 1/8 hissədə açıq saxlanılmışdır. Məcburi pay hüququ olan vərəsələrdən yalnız Musacəlil Axundov qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmiş və ona müvafiq şəhadətnamə verilmişdir. Əmlakın 5/8 hissəsinə dair isə iddiaçıya vərəsəlik hüququnun müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Miras əmlakın açıq qalan 2/8 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Əminə Axundovanın digər vərəsələri olan uşaqları X9 və X10 qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə müraciət edilməmişlər, həmin müddəti ötürmüşlər və həmçinin belə müddətin ötürülməsi məhkəmə tərəfindən üzrlü sayılmamışdır. Bundan başqa, onların mənzilin 2/8 hissəsinə faktiki sahiblik etmələri, əmlakı idarə etmələri və mirası qəbul etdiklərini şəksiz nümayiş etmələri işin hər hansı halı və mötəbər sübutu ilə müəyyən edilməmişdir. Əksinə məhkəmə iclasında üçüncü şəxslər X9 və X10 öz izahatlarında bildirmişdirlər ki, onların anaları vəfat etməmişdən əvvəl və miras açıldığdan sonra onlar faktiki digər ünvanlarda öz ailələri ilə birlikdə yaşamışdırlar və onlar miras əmlakdan hər hansı bir əmlakı qəbul etməmişdirlər. Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, hazırda İddiaçı miras əmlakın açıq qalan 2/8 hissəsinə dair vərəsəlik hüququnun tanınması və buna dair şəhadətnamənin verilməsi barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, İddiaçı mərhum Əminə Axundovanın vəsiyyət üzrə vərəsəsi olduğundan, miras əmlakda vərəsələr tərəfindən qəbul edilməmiş açıq paylar onun payına əlavə edilməlidir. Odur ki, iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilin 2/8 hissəsinə dair İddiaçı vərəsəlik hüququ tanınmalı və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilinin 2/8 hissəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzilin 2/8 hissəsinə dair İddiaçı vərəsəlik hüququ tanınsın və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzilinin 2/8 hissəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-4851/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4851/2022
02.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver