Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-49/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 firmasına məxsus, sürücü Cavabdeh2 tərəfindən idarə olunan ** TF *** dövlət qeydiyyat nişanlı Daewoo BS090 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2019-cu il tarixli TP3122158 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyi əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4914,50 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 884,61 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 5799,11 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 5 000 manat məbləğin sığortaçı tərəfindən ödənilmiş və 799,11 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehlərdən xahiş etmişlər, cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 799 manat məbləğində vəsait subroqasiya qaydasında X3 və X1 qaydasında tutulmalıdır. İddia ərizəsində göstərilənlərə əsasən, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 firmasından subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 799,11 manat sığorta ödənişinin, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər və ya onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, ərizədə qeyd etmişdir ki, məhkəmə iclasının təxirə salınmasında məqsəd müvafiq bəyannaməni məhkəməyə təqdim etmək idi. Lakin meyl yazışmalarının skrin edilmiş formasından da görünür ki, təmir mərkəzi tərəfindən bəyannamənin iddiaçıya təqdim edilməsi mümkün olmamışdır. Bu günə qədər verilmiş ərizələrdən və iş materiallarından aydın görünür ki, nəqliyyat vasitəsi iddiaçı tərəfindən təmir olunmuşdur. Dəyişdirilmiş ehtiyyat hissəsi isə avtobusun ön şüşəsidir. Bu detal isə köhnəsi ilə əvəz etməkdir ki, bu da iddiaçı tərəfindən təmir mərkəzinə ödəniş olunmaqla həyata keçirilmişdir. Təmir mərkəzinə ödəniş edərkən ƏDV-də iddiaçı tərəfindən ödənilmişdir. Bu xüsusatlar isə ekspert tərəfindən nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alınaraq məhkəmənin onların iştirakı olmadan keçirilib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Sığorta Aktından görünür ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortanın növü “Avtonəqliyyat vasitəsilərinin tam sığortası” sığorta müəyyən edilmişdir. Bunun nəticəsində "xxxx" ASC tərəfindən 5799,11 manat məbləğində zərər müəyyən edilmiş və sığorta ödənişi "xxxx" MMC-nin hesabına edilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 5799.11 manat vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Bakı DYPŞ-nin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 xx.xx.2019-cu il tarixdə ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtomobillə toqquşmuş İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 3960 nömrəli zərər aktının surətindən görünür ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtomobilə dəyən zərərin məbləği ümumilikdə 5799.11 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli 9/5436 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan zərər aktı məlumatlarına əsasən 2014cu il buraxılışlı İveco Crealis markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusun təmirbərpa xərci hadisə baş verən tarixə təxminən aşağıdakı kimi müəyyən edilir.
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 4913,9 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti – 4108,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 805,90 manat.
2. Dəyişilməli hissələrin qiyməti aşınma tətbiq edilməklə 3820,90 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti – 3015,00 manat; Təmir bərpa işlərinin qiyməti – 805,90 manat İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli 9/9169 nömrəli təkrar ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktı məlumatlarına əsasən 2014cu il buraxılışlı İveco Crealis markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusun təmirbərpa xərci hadisəi baş verən tarixə təxminən aşağıdakı kimi müəyyən edilir.
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 4913,9 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti – 4108,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 805,90 manat.
2. Dəyişilməli hissələrin qiyməti aşınma tətbiq edilməklə 3820,90 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti – 3015,00 manat; Təmir bərpa işlərinin qiyməti – 805,90 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-nin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar” haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 Firmasına məxsus, Cavabdeh2 tərəfindən idarə olunan ** TF *** dövlət qeydiyyat nişanlı Daewoo BS090 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən verilmiş 3960 nömrəli zərər aktına əsasən hadisə nəticəsində ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtomobilə dəyən zərərin məbləği ümumilikdə 5799.11 manat müəyyən edilmiş və "xxxx" ASC tərəfindən sığorta ödənişi "xxxx" MMC-nin hesabına edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli 9/9169 nömrəli təkrar ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktı məlumatlarına əsasən 2014cu il buraxılışlı İveco Crealis markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusun təmirbərpa xərci hadisə baş verən tarixə təxminən aşağıdakı kimi müəyyən edilir.
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 4913,9 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti – 4108,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 805,90 manat.
2. Dəyişilməli hissələrin qiyməti aşınma tətbiq edilməklə 3820,90 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti – 3015,00 manat; Təmir bərpa işlərinin qiyməti – 805,90 manat. İddiaçı tərəf dəyişilməli hissənin (ön şüşənin) təzəsi ilə əvəz edilməsini iddia etsə də, bununla bağlı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə 2014-cu il buraxılışlı İveco Crealis markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərcinin 3820,90 manat təşkil etdiyini ağlabatan hesab edir və nəzərə alaraq ki, iddiaçı zərərvuran şəxsin mülki məsuliyyətini sığortalamış “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta çərçivəsində 5 000 manat məbləği qəbul etmişdir, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin 30 manat dövlət rüsumu və 0.40 bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə həmin xərclər iddiaçının özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə,
Q ə t e t d i:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Sədrlik edən: İlahə Abbasova