Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4947/2023 30.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmək funksiyalarının yerinə yetirilməsi üçün maneələrin aradan qaldırılması, məcburi iş buraxmaya görə əmək haqqının və əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fabrikində yumşaq mebel sexində çalışmışdır. İddiaçı həmin müəssisədə işə xx.xx.2022-ci il tarixdə başlasa da onun əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, həmçinin yumşaq mebel sexinə faktiki rəhbərlik etməyinə və tabeliyində on nəfərdən artıq işçi olmasına baxmayaraq, vəzifəsi operator olaraq rəsmiləşdirilmiş, işlədiyi dövr ərzində bundan xəbəri olmamışdır. İşlədiyi dövr üçün şirkət rəhbəri Rüfət Yaqubovla danışıqlara əsasən əmək haqqı 300 (üç yüz) manat müəyyən edilərək əlavə olaraq hazırladığı yumşaq mebelin gəlirindən 1/3-ni iddiaçıya mükafat (bonus) formasında verilməsi razılaşdırılmışdır. Gəlirin 1/3-nin bir qismi iddiaçıya ödənilsə də, bir hissəsi bu günədək ödənilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixədək yuxarıda qeyd edilən şərtləri nəzərə alaraq işləmişdir. Bu dövr ərzində istehsal etdiyi mebelin satışından əldə edilən gəlirin müəyyən hissəsi iddiaçıya ödənilsə də, qalan hissəsinin hesablanmasını tələb etdiyi halda şirkət rəhbərliyi ilə problemlər yaranmağa başladı, iddiaçının nəzarətində işləyən işçilər işdən çıxarıldı və iddiaçıdan işdən çıxma ərizəsi yazmağı tələb edilmişdir. İddiaçı işdən çıxma ərizəsi yazmaqdan imtina etmiş və həmin tarixdən sonra fabrikin ərazisinə buraxılmamışdır. İddiaçı işdən rəsmi qaydada çıxmamış yerinə digər bir işçi götürülmüşdür.
2. xx.xx.2022-ci il tarixdən sonra dəfələrlə iş yerinə getmiş, hətta bununla bağlı video çəkilişlər də var, lakin iddiaçını iş yerinə buraxmamışdırlar. Halbuki, bu günədək iddiaçının adı Cavabdeh MMC-nin işçisi kimi Əmək portalında qeydiyyatdadır. Aylıq əmək haqqı istehsal etdiyi mebeldən alınmış 1/3 gəliri ilə birlikdə 5000 manat təşkil etdiyi halda iddiaçıya təxminən aylıq 3000 manat ödənilmişdir. Hazırda tələbi iddiaçıya fabrikdə əmək fəaliyyətinin davam etdirilməsi üçün maneənin aradan qaldırılması və razılaşmaya əsasən istehsal etdiyi mebelin dəyərinin (gəlir) ödənilməyən hissəsinin, yəni, əlavə hesablanaraq ödənilməli olan 19490 (on doqquz min dörd yüz doxsan) (gəlirin 1/3-i) manatın iddiaçıya ödənilməsidir. İddiaçının tələbi:
3. İddiaçı əmək funksiyalarını yerinə yetirməsi üçün Cavabdeh MMC tərəfindən maneələrin aradan qaldırılması və iddiaçıya müvafiq iş şəraitinin yaradılması, İddiaçı yerinə yetirmiş olduğu işlər üçün əlavə hesablanaraq ödənilməli olan 19490 (on doqquz min dörd yüz doxsan) manat pulun ödənilməsi və İddiaçı xx.xx.2022-ci il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. İddiaçı öz izahatında qeyd etmişdir ki, o işlədiyi müəssisədə müəssisə rəhbərliyinə yaxın adamların yeyinti eləməsi hallarını rəhbərliyin diqqətinə çatdırdıqdan sonra o haqlı olduğu halda onu işə buraxmamışlar, işə gedəndə süni maneələr yaratmışlar. O vaxtdan da əmək haqqı və əlavə gəlirləri ona ödənməmişdir. Onun əsas gəliri satışdan əldə etdiyi hissədən ibarətdir. Onun maaşı iki karta ödənilirdi, bir karta rəsmi maaşı, digər karta satışdan əldə etdiyi gəlir üzrə maaşı. Məhkəmənin verdiyi sorğulara cavab nəticəsində müəyyən edilmişdir ki, onun satışdan əldə etdiyi gəlirlərin ödəndiyi kartına köçürülən məbləğlər Əhməd Hüseynovun adından köçürülmüşdür, həmin şəxs isə Cavabdeh MMCdə işləmiş və cavabdeh müəssisənin pulla bağlı məsələlərini o, həll etmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 öz izahatında qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı heç bir etirazın daxil olmaması, eləcə də sübut qismində heç bir sənədin daxil olmaması, eləcə də cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsi cavabdehin iddia tələbləri barədə məlumatlı olmasına və iddia tələbinin əsaslılığına dəlalət edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. X1 bildirmişdir ki, İddiaçı ilə tanışdır, lakin heç bir qohumluq münasibətləri yoxdur. O, iddiaçı ilə bir yerdə işləmişdir, əvvəl o da cavabdeh müəssisədə işləmişdir. Aylıq 400 manat kartına yüklənir və hər istehsal etdiyi məhsuldan 20 manat əlavə pul almışdır. Cavabdeh MMC sifariş əsasında mebel istehsalı ilə məşğul olur, o da həmin müəssisədə ustalara rəhbərlik etmişdir. Cavabdeh tərəfindən ona bildirilmişdir ki, usta olaraq fəaliyyət göstərsin, Samir isə ustalara rəhbərlik etsin, lakin Şirəliyev Amid bu təkliflə razılaşmamışdır. Daha sonra işdən çıxmışdır. Samir işləyərkən hər zaman əldə edilən gəlirin 1/3 hissəsi ilə razılaşmışdır. Cavabdeh müəssisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərir. Samirin işə buraxılmamasının səbəblərini bilmir, sadəcə video görüntülərlə tanış olmuşdur.
8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 nümayəndəsi Nümayəndə2 öz izahatında qeyd etmişdir ki, iddiaçı tərəfindən Əmək Müfəttişliyinə daxil olmuş müraciətlərə baxılmışdır. Cavabdeh X13 Company” MMC-dən müvafiq sənədlərin təqdim edilməsi tələb edilsə də cavabdehə ünvanlanmış məktublar müxtəlif qeydlərlə geri qayıtmışdır. İddiaçıya ödənilən əlavə pullarla bağlı cavabdehin özünün izah verməsi yaxşı olardı, belə ki, işçiyə əlavə ödənişlər müəyyən tapşırıqlar verilən zaman, həmin tapşırığım yerinə yetirilməsi üçün ödənilmiş olar blər.
9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərdiyi xəbərdarlığa cavab məktubuna əsasən, İddiaçı qeyd etmişdir ki, o, heç bir iş qaydalarını və davamiyyəti pozmamışdır. Əksinə, onu işə götürən Rüfət adlı şəxs onun və bir neçə şəxsin işdən çıxarıldığını qeyd edərək onları ərizə yazmağa məcbur etmişdir. İddiaçı həmin tarixdən sonra dəfələrlə işə gəlsə də sadəcə ərizə yazmaq barədə söhbətlər aparılmış və iddiaçı işdən çıxmamış onun yerinə başqa bir şəxs işə götürülmüşdür. İddiaçı qeyd edilənlərə əsasən, xəbərdarlıq məktubunu əsassız hesab etmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli İzahata əsasən, iddiaçı qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh MMC-də yumşaq mebel sektorunun rəhbəri vəzifəsində işləməyə başlasa da onun əmək müqaviləsinin qeydiyyatı xx.xx.2022-ci il tarixdə səhv olaraq operator kimi qeyd olunmuşdur. Əmək haqqı gəlirin 30% miqdarında razılaşdırılsa da əmək müqaviləsində minimum məbləğ- 300 manat göstərilmişdir. xx.xx.2022-ci il tarixədək orada işləsə də əmək haqqının ödənilməsi ilə bağlı problemlər yarandıqda iddiaçını və digər şəxsləri işdən çıxmaqla bağlı ərizə yazmağa məcbur etmişdirlər. Aylıq əmək haqqı 5000 manat olsa da ona 3000 manat əmək haqqı hesablanır. İddiaçı bu tarixdən sonra dəfələrlə işə getsə də onu iş yerinə buraxmamışdırlar.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvanlanmış müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmış, iddiaçıya aid olan sənədlərin Cavabdeh MMCdən göndərilməsi tələb edilsə də, məktub geri qayıtdığından müraciətə baxılmasını davam etdirmək mümkün olmamışdır.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, AAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilmişdir və İddiaçı ilə müəssisə arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişinin hazırda qüvvədədir.
14. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/2- 2393/2023 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcibi ödəmiş, Cavabdeh MMC isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 15.İddiaçı və Cavabdeh MMC arasında bağlanmış Əmək müqaviləsinə əsasən, İddiaçı operator vəzifəsinə işə qəbul edilmişdir, aylıq əmək haqqı 345 manat müəyyən edilmişdir. Əmək müqaviləsi İşəgötürən- X6 tərəfindən imzalanmışdır.
16. Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizəyə əsasən, cavabdehin direktoru Rüfət Yaqubov Cavabdeh MMC-nin hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, X11 ev 36, mənzil 2 olduğunu qeyd edərək məhkəmədən mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən, İddiaçı Cavabdeh MMC-də Mebel ustası işləyir və əmək haqqı 345 manat təşkil edir.
18. Kapital Bank tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışa əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək iddiaçıya məxsus 4169 74** **** 2932 nömrəli kart hesabına Unibank KB ASC-yə məxsus bank kartından ödənişlər edilmişdir.
19. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı Cavabdeh MMC-də məşğulluq təsnifatı üzrə mebel ustası, əmək müqaviləsi üzrə operator vəzifəsində işləyir. Əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2022-ci il tarixidir. İşçinin aylıq əmək haqqı 345 manat təşkil edir. Əməyin ödənilməsi forması-vaxtamuzddur.
20. Kapital Bank ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışa əsasən, İddiaçı məxsus 5103 07** **** 8559 nömrəli karta 22 sentyabr 2022-ci il tarixdə 276.50 manat və xx.xx.2022-ci il tarixdə hər biri 276.50 manat olmaqla üç dəfə eyni məbləğdə ödəniş edilmişdir.
21. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş görülmüş işlər barədə Arayışa əsasən, ümumi məbləğ 19490 (on doqquz min dörd yüz doxsan) təşkil edir.
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən”Femida” Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış 17 noyabr 2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, vətəndaş X4 haqqında ƏMAS sistemində Cavabdeh MMC-də satıcı vəzifəsində xx.xx.2019-cu il tarixdə işə başlaması, 345 manat əmək haqqı alması və müddətli (xx.xx.2021-ci il tarixədək) xx.xx.2019-cu il tarixli qüvvədə olan əmək müqaviləsi bildirişi barədə məlumatlar mövcuddur.
23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4947/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə bağlı Unibank KB ASC tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il- 550 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 200 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 300 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 100 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ) “X8” ASC-də aşkarlanmışdır. 5243 **** **** 3294 nömrəli kart xx.xx.1985-ci il təvəllüdlü X2 məxsusdur.
24. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4947/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə bağlı Kapital Bank ASC tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, 4169 74** **** 2932 nömrəli plastik kart hesabına "xxxx" ASC-yə məxsus mobil tətbiq vasitəsilə iyun-sentyabr ayları ərzində mədaxillər üzrə hesabdan çıxarışa əsasən xx.xx.2022-ci il – 300 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 550 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 800 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 500 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 1000 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 200 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 300 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 100 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 100 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 1000 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 1000 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 400 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ), xx.xx.2022-ci il- 1004 manat (Кредитная часть P2P перевод, UNİBANK,BAKU,AZ) mədaxil edilmişdir.
25. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər, disklər və s.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Konstitusiyası: 35.İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. 35.İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35.İİİ. Heç kəs zorla işlədilə bilməz. 35.İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 35.Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
27. 1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası: İ HİSSƏ
2. Bütün işçilər ədalətli əmək şəraiti hüququna malikdirlər.
3. Bütün işçilər təhlükəsiz və sağlam əmək şəraiti hüququna malikdirlər.
4. Əməyin ədalətli ödənilməsi hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 1) işçilərin əməyinin işçilərə və ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək dərəcədə ödənilməsi hüququnu tanımaq; 2) xüsusi hallar istisna edilməklə, işçilərin iş vaxtından artıq gördükləri işə görə əməyin daha yüksək dərəcədə ödənilməsi hüququnu tanımaq; 3) işçi kişi və qadınların bərabər həcmli əməyinin bərabər ödənilməsi hüququnu tanımaq; 4) bütün işçilərin əmək münasibətlərinin xitam edilməsi haqqında bildirişin ağlabatan müddətdə verilməsi hüququnu tanımaq; 5) maaşdan tutulmalara yalnız milli qanunvericilikdə və ya qaydalarda nəzərdə tutulmuş, yaxud kollektiv müqavilələr və ya arbitraj qərarları ilə müəyyən edilmiş şərtlərlə və dərəcədə icazə vermək.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM): 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək;
12. 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək;
12. 2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.
14. 1. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 54.1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;
54. 2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
55. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. 56.1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 56.2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 56.3. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 57.3. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. 57.4. Əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. 62.1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. 62.2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. 62.3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. 62.4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
625. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
154. 1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 157.1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 157.5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. 158.1. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. 160.1. Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir. 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; 290.2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarı: Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. ... əmək münasibətlərinin bir tərəfi olan fiziki şəxs, yəni işçi müəssisədaxili intizam qaydalarına tabe olmalı və əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını şəxsən yerinə yetirməlidir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçiyə müvafiq işi təqdim etməli, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etməli və əməyinin qarşılığını ödəməlidir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahlarını, mülki işə əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. (§30)
35. Eyni zamanda həmin qərarda qeyd edilir ki, “...sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. (§30)
36. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
37. Mülki iş materiallarına əsasən xx.xx.2022-ci il tarixində tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi müddətli olsa da hal-hazırda qüvvədə olduğu müəyyən olunmuşdur. (§17,§19) İddia tələbi əmək münasibətləri ilə bağlı olduğundan məhkəmə əmək münasibətlərinin özünəxas xüsusiyyətlərini də nəzərə almalıdır. Belə ki, əmək hüququ insanların digər konstitusion hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə layiqli fərd kimi dərk etməsi üçün önəmlidir. Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, əmək münasibətlərinin bir tərəfi olan fiziki şəxs, yəni işçi müəssisədaxili intizam qaydalarına tabe olmalı və əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını şəxsən yerinə yetirməlidir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçiyə müvafiq işi təqdim etməli, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etməli və əməyinin qarşılığını ödəməlidir. (§29)
39. Məhkəmə ilk növbədə cavabdehin ərazi aidiyyatı ilə bağlı etirazına mövqe bildirərək qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həm iddiaçının təqdim etdiyi sənədə, həm də elektron sistemdən əldə edilmiş çıxarışa əsasən mülki iş məhkəmənin icraatına daxil olan zaman cavabdehin hüquqi ünvanı Xətai rayonu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, AR MPM-nə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. (§30) Qeyd edilənlərə əsasən, məhkəmə cavabdehin aidiyyatla bağlı etirazını əsaslı hesab etməmişdir.
40. Məhkəmə iddia tələbinin Cavabdeh MMC tərəfindən iddiaçıya müvafiq iş şəraitinin yaradılması” hissəsi ilə bağlı qeyd edir ki, AR ƏM-nin 62-ci maddəsinə əsasən, işəgötürənin işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilməsi hallarının dairəsini dəqiq müəyyən etmişdir. (§28) Maddənin məzmunundan da anlaşıldığı kimi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda işəgötürən tərəfindən işçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıyır və işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmək imkanından müvafiq iş vaxtı ərzində məhrum edilməsini ehtiva edir. Qanunverici işəgötürənə bu səlahiyyəti aşağıdakı məqsədlərə nail olmaq üçün vermişdir: mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq; baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq; əmək intizamını təmin etmək.
41. Göründüyü kimi işçinin işdən kənar edilməsi intizam tənbeh tədbiri və ya cəza xarakteri daşımır. Məqsədi işçinin əmək funksiyalarının yerinə yetirilməsinin davam etdirilməsi nəticəsində yarana biləcək əlverişsiz halların, mümkün ziyanın qarşısını almaqdır.
42. Məhkəmə araşdırması zamanı AR ƏM-nin 62-ci maddəsində nəzərdə tutulan hallar aşkarlanmamış, cavabdeh tərəfindən qeyd edilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə iddia tələbinin “iddiaçıya müvafiq iş şəraitinin yaradılması” hissəsini əsaslı hesab edir.
43. Məhkəmə iddia tələbinin “maneələrin aradan qaldırılması" ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı maneələrin konkret nədən irəli gəldiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi “maneələrin aradan qaldırılması” hissəsində təmin edilməməlidir.
44. İddia tələbinin “xx.xx.2022-ci il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən işçini işə buraxmamış, lazımi iş şəraiti ilə təmin etməmiş və bu dövr ərzində əməkhaqqı ödəməmişdir. AR ƏM-də 172-ci maddəsinin qeyd hissəsinə əsasən, əmək haqqının «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir.
45. Məhkəmə araşdırması zamnaı məlum olmuşdur ki, iddiaçının əmək haqqı onun bank kartına ödənilmiş, lakin bu ödəmələr müxtəlif aralıqlarla həyata keçirilmişdir. İddiaçının təqdim etdiyi bank hesabından çıxarışa əsasən tərəfin hesabına sentyabr və dekabr aylarında dörd dəfə ödəniş edilmişdir. Tərəflər arasında əmək müqaviləsi 1 iyul 2022-ci il tarixində bağlanmış, ilk ödəniş sentyabr ayında, sonuncu üç ödəniş isə 12 dekabr 2023-cü il tarixində həyata keçirilmişdir. Əmək haqqının ardıcıl ödənilməsi halında bu ödənişlər – iyul, avqust, sentyabr, oktyabr aylarına uyğun gəlir. Məhkəmə özünü iddia tələbindən kənara çıxmaqda səlahiyyətli hesab etmir və hesab edir ki, əmək haqqının ödənilməsinə noyabr ayının 24-dən başlayaraq hesablanmalı və cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
46. Məhkəmə iddia tələbinin iddiaçı tərəfindən yerinə yetirmiş olduğu işlər üçün əlavə hesablanaraq ödənilməli olan 19490 (on doqquz min dörd yüz doxsan) manat pulun ödənilməsi hissəsi bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, AR ƏM-nə əsasən əlavə ödənişlərlə bağlı razılaşma əmək müqaviləsində yazılı şəkildə təsbit olunmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının digər kartına ödənilmiş məbləğlərin hansı məqsədlə ödənilməsi müəyyən edilməmiş, iddiaçı bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə iddia tələbini bu hissədə təmin etmir.
47. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı əmək funksiyalarını yerinə yetirməsi üçün Cavabdeh MMC tərəfindən iddiaçıya müvafiq iş şəraiti yaradılmalı və xx.xx.2022-ci il tarixdən ödənilməmiş əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı iddialar üzrə dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. İddiaçı əmək funksiyalarını yerinə yetirməsi üçün Cavabdeh MMC tərəfindən ona müvafiq iş şəraiti yaradılsın.
3. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən ödənilməmiş əmək haqqı ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Cavabdeh MMC-dən 100 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova