Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4979/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Adın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş Şabran şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanması haqqında Şabran rayon notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-544 reyestr nömrəli müqavilənin etibarsız hesab edilərək həmin daşınmaz əmlakla bağlı daşınmaz dövlət reyestrində Cavabdeh2 adına qeydiyyatın və Şabran rayon notariat ofisində imzalanmış xx.xx.2022-ci il tarixli 4Ə-544 reyestr nömrəli müqavilənin bütün digər hüquqi nəticələrinin (verilmiş etibarnamələrin, bağlanmış müqavilələrin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və s.) ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Xətai rayon Məhkəməsinin e-2(011)-182/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2009-cu ildə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində 334 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İddiaçı cavabdeh ilə nikahda olduğu dövrdə birgə vəsait hesabına xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə aid sənədlərə əsasən Şabran şəhərində yerləşən müqavilədə 0,04 ha torpaq sahəsi olan (əslində torpaq sahəsinin ölçüsü 0,08 ha təşkil edir) əmlakı satın almışdır. Bu faktı Şabran rayon notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev tərəfindən təqdim edilmiş Cavabdeh1 iştirakı ilə bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə aid sənədlər təsdiq edir. Nikah pozulmazdan əvvəl Cavabdeh1 xx.xx.2022-ci ildə iddiaçının razılığı olmadan həmin torpaq sahəsini anası olan Cavabdeh2 Kəmaləddin qızına bağışlamışdır, yəni iddiaçının payının olduğu əmlakı iddiaçının razılığı olmadan özgəninkiləşdirilmişdir. Qeyd edilən bağışlanma müqaviləsindən iddiaçının məlumatı olmamış, o, buna razılıq verməmişdir. Həmin bağışlama müqaviləsi əsasında iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsünə dair mülki işə Xətai rayon məhkəməsində baxan Cavabdeh1 vəkili tərəfindən bildirildikdə məlumat əldə etmişdir. Həmin bağışlama müqaviləsinə dair Şabran rayon xüsusi notariusunun xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Sənədlərdən görünür ki, Cavabdeh1 bağışlama müqaviləsi imzalanan zaman, xx.xx.2022-ci il tarixdə rəsmi nikahda olmadığı barədə notariusa ərizə təqdim etmişdir. Halbuki, iddiaçı ilə Cavabdeh1 arasında nikah xx.xx.2023-cü il tarixli qətnaməyə əsasən pozulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə sonradan iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı birgə nikahda olduqları vaxt əldə etdikləri Şabran şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 Kəmaləddin qızına bağışlanması haqqında Şabran rayon notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-544 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, Şabran rayon notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-544 reyestr nömrəli müqavilənin nəticəsində Cavabdeh2 Həmaləddin qızının adına xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış Şabran şəhərindəki 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı qeydiyyatın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edirək, öz izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi birgə nikah dövründə cavabdehin adına əldə edilmişdir. Cavabdeh birgə nikah dövründə torpaq sahəsini iddiaçının razılığı və məlumatı olmadan özgəninkiləşdirmişdir. Özgəninkiləşdirmə zamanı notariusda yalan ərizə təqdim edərək, nikahda olmadığını bildirmişdir. Lakin həmin vaxt tərəflərin nikahları pozulmamışdır. Nikahda olma faktını isə notarius sistemdə yoxlamamışdır. Hesab edir ki, qeyd etdiklərinə əsasən, torpağın özgəninkiləşdirilməsi barədə müqavilə etibarsızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 182/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində 334 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, və s. qət edilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 8İ-3825 nömrə ilə qeydə alınmış ərizənin surətindən görünür ki, hal-hazırda subaydır, heç bir kəslə nikahı yoxdur. Elektron Məhkəmə İnformasiya sistemindən olan Cavabdeh1 digər məhkəmə işləri barədə məlumatdan görünür ki, Cavabdeh1 nikahın pozulması barədə qarşılıqlı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı X3 şəhərində yerləşən 0,04 ha torpaq sahəsini alıcı Cavabdeh1 satmışdır. (əmlakın reyestr nömərəsi **********51) İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli №3-21-3-34/2-10585/2023 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şabran bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı torpaq sahəsinin ayrılması barədə yerli bələdiyyənin qərarına əsasən Şabran şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə dövlət reyestrindən X6 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********55 reyestr nömrəli çıxarış verilmiş və X8 isə həmin torpaq sahəsini Şabran rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-236 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmiş, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 mülkiyyət hüququ tanınmışdır. Sonradan Cavabdeh1 adına olan 0,04 ha torpaq sahəsini Şabran rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-544 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 Kəmaləddin qızının adına özgəninkiləşdirmiş, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 Kəmaləddin qızının mülkiyyət hüququ tanınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışının surətindən görünür ki, Şabran şəhərində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Əlişov X10 şəhəri ünvanında yerləşən 0,04 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh2 Kəmaləddin qızına bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışının surətindən görünür ki, Şabran şəhərində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh2 Kəmaləddin qızına xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 2009-cu ildə nikaha daxil olmuş, onların nikahları xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Mübahisəli Şabran şəhərində yerləşən torpaq sahəsi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X2 almış və xx.xx.2022-ci il tarixdə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Həmin əmlakın reyestr nömrəsi **********55-dir. Sözügedən torpaq sahəsini Cavabdeh1 xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsinə əsasən anası, iş üzrə Cavabdeh2 Kəmaləddin qızına bağışlamış və sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Sonuncu bağışlama müqaviləsi bağlanan zamanı Cavabdeh1 notariat ofisinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, heç bir kəslə nikah münasibətlərində olmadığını bildirmişdir. Bundan sonra Cavabdeh1 xx.xx.2022-ci il tarixdə nikahın pozulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 adına Şabran rayonunda iki fərqli reyestr nömrəsi ilə qeydiyyata alınmış hər biri 0.4 ha olan torpaq sahələri olmuşdur. Belə ki, cavabdeh F.X1 əldə etdiyi sahə **********51 reyestr nömrəli, X4 əldə etdiyi sahə **********55 reyestr nömrəlidir. **********55 reyestr nömrəli sahə xx.xx.2022-ci il tarixli 4Ə-544 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 Həmaləddin qızının adına özgəninkiləşdirilmiş, xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə digər Cavabdeh2 adına qeydiyyata alınmışdır. İddia tələbləri xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydə alınmış qeydiyyatın və onun əsasında olan bağışlama müqaviləsinin mübahisələndirilməsi ilə bağlı olduğundan, məhkəmə məhz **********55 reyestr nömrəli torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı yaranmış hüquq münasibətlərinə hüquqi qiymət verir. Məhkəmə iddianın “Cavabdeh1 ilə İddiaçı birgə nikahda olduqları vaxt əldə etdikləri Şabran şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 Kəmaləddin qızına bağışlanması haqqında Şabran rayon notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə- 544 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi” barədə hissəsinə hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Şərh olunan maddi normalara uyğun olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumi prezumpsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah müddətində əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilibgöstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakınərin və ya arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi Cavabdeh1la İddiaçı birgə nikahı dövründə cavabdehin adına əldə edilmiş və cavabdeh həmin əmlakı iddiaçının razılığı olmadan elə birgə nikahda olduqları dövürdə anası, digər Cavabdeh2 bağışlayaraq, özgəninkiləşdirmişdir. Cavabdehin mübahisəli torpaq sahəsinin birgə vəsaitlər hesabına əldə olunmaması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi Cavabdeh1la İddiaçı ümumi birgə əmlakı olmuşdur. Cavabdehlər arasında bağışlama müqaviləsi bağlanarkən isə iddiaçının qanunla müəyyən edilmiş notariat qaydasında təsdiq edilmiş razılığı olmamışdır. Sadalanan qanunvericilik normalarına və işin xüsusatlara əsasən, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Belə ki, torpaq sahəsinin bağışlanması müqaviləsi bağlanarkən iddiaçının razılığı alınmamış, onun birgə mülkiyyətdə olan əmlaka dair hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından görünür ki, bağışlama müqaviləsi imzalanarkən bütün lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etməmiş, Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş torpaq sahəsini iddiaçının razılığı olmadan özgəninkiləşdirmişdir. Həmçinin Cavabdeh1 notariusa heç bir kəslə nikah münasibətində olmaması barədə yalan ərizə vermişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iradəsinə zidd olaraq bağlanmış xx.xx.2022ci il tarixli 4Ə-544 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin iddianın “Şabran rayon notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-544 reyestr nömrəli müqavilənin nəticəsində Cavabdeh2 Həmaləddin qızının adına xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış Şabran şəhərindəki 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı qeydiyyatın ləğv edilməsi” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, mübahisəli bağışlama müqaviləsi etibarsız hesab edildiyindən, ondan irəli gələn hüquqi nəticələr, yəni Cavabdeh2 adına xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi (reyestr nömrəsi **********55) ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış Şabran şəhərindəki 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı qeydiyyat da ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin çəkilmiş məhkəmə xərclərinə münasibət bildirərək, hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olan 100 manat məbləği cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şabran şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə (reyestr nömrəsi **********55) dair Cavabdeh1 ilə Cavabdeh2 Kəmaləddin qızı arasında bağlanmış, Şabran rayon notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-544 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin Cavabdeh2 Kəmaləddin qızının xüsusi mülkiyyətində olması barədə aparılmış ********** saylı qeydiyyat (reyestr nömrəsi **********55) ləğv edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4979/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4979/2023
01.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver