Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5027/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Ərizəçi 25 aprel 1997-ci il tarixdə X8 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahından 22 yanvar 1999-cu il təvəllüdlü X9, 18 aprel 2000-ci il təvəllüdlü X6 və 09 may 2008-ci il təvəllüdlü X7 adlı övladları doğulub.
2. 22 yanvar 1999-cu il təvəllüdlü X9 birinci qrup əlildir. Tibbi-Sosial Ekspert Komissiyasının ona təyin etdiyi diaqnoza görə, Vüsal Səlimovda ağır dərəcəli əqli gerilik, oliqofreniya kəskin nəzərə çarpan inbesill formada, nitq inkişafının ləngiməsi ilə, xəstə özünü idarə edə bilmir, kənar şəxslərin köməyinə, daimi qulluğa ehtiyacı var. Hazırda o, ərizəçinin himayəsindədir və ərizəçi tərəfindən ona daimi olaraq qulluq və nəzarət edilir. Lakin onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından ərizəçi qəyyum kimi onun adından çıxış edə bilmir.
Ərizəçinin tələbi:
3. Ərizəçi oğlu 22 yanvar 1999-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin edilməsini və X3 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsini xahiş etmişdir.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. Vİİ-ЖГ 304944 №-li nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, Ərizəçi və X8 25 aprel 1997-ci il tarixdə nikaha daxil olmuşdurlar və bu barədə № 16-li akt qeydi aparılmışdır.
8. XX-ЖГ 477514 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1999-cü il təvəllüdlü X4 atası X8, anası isə Ərizəçidır.
9. AR ƏƏSMN tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, xx.xx.1999-cu il təvəllüdlü X4 birinci dərəcəli əlilliyi müəyyən edilmişdir. Ağır dərəcəli əqli gerilik, oliqofreniya kəskin nəzərə çarpan inbesill formada, nitq inkişafının ləngiməsi ilə, xəstə özünü idarə edə bilmir, kənar şəxslərin köməyinə ehtiyacı var. Anadan gəlmə xəstədir.
10. AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2557 nömrəli məhkəmə-psixiatriya ekspertizasının rəyinə əsasən, X5 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 hazırki psixi vəziyyəti ilə əlaqədar olaraq fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
11. X12 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Həkim-nevropatoloq müayinə vərəqəsinə əsasən, X1 bir ildə 6 dəfə epilepsiya tutmaları keçirmişdir. Uşaq psixo nevroloji dispanserdə qeydiyyatdadır.
12. 000364 nömrəli Əlillik vəsiqəsinə əsasən, xx.xx.1999-cu il təvəllüdlü X3 İ qrup müddətsiz əlilliyi müəyyən edilmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
16. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1999-cü il təvəllüdlü X3 anasıdır və övladının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.
17. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X3 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı (§5), tibbi və digər sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi (§10), habelə işin digər halları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X9 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X9 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir.
18. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı sübuta yetirildiyindən xx.xx.1999-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Məhkəmə xərcləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.1999-cu il təvəllüdlü, Azərbaycan Respublikası, Ağdam rayonu, Ayaqqərvənd kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.
3. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X3 üzərində qəyyum təyin edilməsi həvalə edilsin.
4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova