Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5057/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil , Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qȧrşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qanunsuz olaraq tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və iddiaçının adına **********05300 abonent kodu üzrə hesablanmış 1296 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayounu, Mehdiabad qəsəbəsində ailə üzvləriylə birlikdə iki otaqdan ibarət tikilidə yaşayır. xx.xx.2021-ci il tarixdə Qaz paylayıcısı ilə aralarında qazın alqı-satqısı barədə AKX-02943xx/xx-2021 nömrəli müqavilə bağlanmış, Smart G-4 İtron Diafraqma markalı 1602AZ**********99 nömrəli “Smart-kart” tipli öncədən ödənişli qaz sayğacı quraşdırılmış və **********05300 abonent kodu təyin edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən o evdə olmadığı zaman iştirakı olmadan **********05300 abonent kodu üzrə qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi barədə qeyd aparılmaqla, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 10800 m3 olması (1296 manat) müəyyən edilmişdir. Qaz sayğacında və ödənişlərimdə heç vaxt problem olmamışdır. Həmin aktın tərtib edilməsindən, qanunsuz və əsassız yazılmış 1296 manat borc məbləğindən məlumatım olmamışdır. Bir neçə gün əvvəl smart karta ödəniş edərkən ödənilən məbləğin yarısının karta yüklənmədiyini müşahidə etmişdir. Yalnız bundan sonra hansı səbəbdən ödənişin yarısının karta yüklənmədiyi barədə cavabdeh təşkilata müraciət etdikdə ona yuxarıda qeyd etdiyi akt və 1296 manat borcun olması barədə nəlumat verildi. O heç bir zaman sayğacdan kənar təbii qazdan istifadə etmədiyini bildirdim və nə üçün aktı tərtib edərkən onun iştirakının təmin edilmədiyini soruşduqda ona heç bir cavab verə bilmədilər. Həmin aktı və abonentin saldosunu əldə etdikdən sonra araşdırma zamanı müəyyən etdmişdir ki, həmin ərazidən kimə məxsus olması bəlli olmayan sayğacdankənar xətt aşkar edilmiş və yuxarıda da qeyd etdiyi kimi iştirakı olmadan cavabdeh təşkilatın əməkdaşları tərəfindən tələsik akt tərtib edilərək iddaçıya məxsus abonent koduna 1296 manat məbləğində həm də 3 aya mart, aprel və may aylarına bölünərək borc yaılmışdır. İddiaçı sözügedən akt ilə razı deyil, qanunsuz və əsasız hesab edir çünki evində heç vaxt qaz xəttindən kənar xətt olmamışdır. Tərtib edilmiş aktdan da göründüyü kimi üç nəfər ailə üzvü ilə iki otaqdan ibarət evində qaz sərfiyyatını yəni bir aya təxminən 432 manatlıq qaz istehlak etməyi mümkünsüzdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edəərk iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Abşeron rayounu, Mehdiabad qəsəbəsi ünvanında quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli aktda “sayğacdan kənar istifadə aşkar edilmişdir” qeyd edilmişdir. Həmin aktlar əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin surətindən görünür ki, iddiaçıya qanunsuz istifadə etdiyi qazın dəyərinə görə borc hesablanmış, 1296 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçının yaşadığı Abşeron rayounu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin (abonent kodu **********05300) yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, “Abşeron rayounu, Mehdiabad qəsəbəsdə yerləşən fərdi yaşayış evini tıbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində hər hansı qeyr leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədi. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1296 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt ləğv edilrək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1296 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 32,96 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt ləğv edilsin. Abşeron rayounu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu:**********05300) üzrə İddiaçı hesablanmış 1296 (min iki yüz doxsan altı manat) manat məbləğində borc silinsin. 32,96 (otuz iki manat doxsan altı qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5057/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5057/2022
05.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver