Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5065/2023 30.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və hal hazırda ünvan 2 ünvanda yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qаzdаn istifadə qaydalar uyğun və "Qazdan istifadə Qaydaları"na 2 nömrəli əlavəyə uyğun olaraq müvafiq ərazi üzrə qaz paylayıcısı ilə onun (fiziki şəxs olan istehlakçı) arasında qazın alqı-satqısı barədə müqavilə bağlanaraq və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akta əsasən Zanner tipli Mex 6-A markalı **********0 nömrəli mexaniki qaz sayğacına 13545380 nömrəli plomb vurularaq və hal hazırda yaşadığı ünvan 2 ünvanda quraşdırılmışdır. xx.xx.2022-ci il tarixində yaşadığı mənzildə məişət üçün quraşdırılmış qaz qurğularının istismarı zamanı təbii qazın verilişində tez-tez kəsilmələrlə əlaqədar olaraq dərhal həmin gün Azəriqaz” İB-nin 104 çağrı sahəsi ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq təbii qazın verilişində tez- tez kəsilmələrin olması haqqında həmin sahənin əməkdaşlarına məlumat vermişdir. Həmin gün Cavabdeh İB-nin 104 çağrı sahəsi üzrə nümayəndələri Rzayev Anar, Qasımov İntiqam və onun həmin vaxt işlə əlaqədar olaraq evdə olmadığı üçün atası X1 iştirakı ilə Zanner tipli Mex 6-A markalı **********0 nömrəli mexaniki qaz sayğacına baxış keçirilərkən həmin səlahiyyətli nümayəndələrin gəldikləri qənaətə görə baxış keçirilən qaz sayğacı istismara yararsızdır və başkası ilə əvəz olunmalıdır. Belə ki, həmin sayğac qazı fasilələrlə buraxır. Həmin gün Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* №-li akt əsasında qeyd olunan qaz sayğacı (qazı fasilələrlə buraxır və İtrinin rəyinə əsasən cavab veriləcək həmin akt-da qeyd edilərək) istismardan çıxarılaraq onun əvəzinə əvəz etmə kimi Zanner tipli Mex 6-A markalı **********9 nömrəli mexaniki qaz sayğacına 12675337 nömrəli plomb vurularaq və hal hazırda yaşadığı ünvan 2 nömrəli fərdi yaşayış evi üzrə quraşdırılmışdır. 2023-cü ilin may ayının əvvəllərində özünü Azəriqaz” İB-nin əməkdaşı kimi təqdim edən tanımadığı xanım tərəfindən ona telefon vasitəsi ilə şifahi olaraq ötən il dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş istismara yararsız qaz sayğacına müdaxilə etdiyinə dair rəyin gəldiyini, ona görə də, abunə koduna 1555.20 manat borc yazıldığını bildirmişdir. Belə ki, müvafiq qurumun əməkdaşları tərəfindən istismardan çıxarılmış qaz sayğacının istismara yararlı olub olmamasına rəy alınması üçün 02 fevral 2023 ci il tarixli göndərişi əsasında Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 29/1710- 04832-1 nömrəli Aktına əsasən G-4 markalı **********0 nömrəli sayğaca müdaxilə olunması, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun və plomb yuvasının ətrafında əzikcızıq izlərinin olması və hesablama mexanizminin alt hissədən gövdədən aralı vəziyyətdə olunmasının müəyyən edilməsi qeyd olunmuş, bu səbəbdən də, cavabdeh ”Azəriqaz” İB Bakı RQSD-ti iddiaçının iştirakı və xəbəri olmadan xx.xx.2023 –ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ******* nömrəli aktına əsasən (iddiaçı həmin aktı imzalamamışdır) “X3 Dair Tələbnamə” ilə itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən itirilmiş qazın bərpası üçün qaz sayğacının maksimal qaz sərfi 6 orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 90 gün qəbul edilməklə hesabat aparılmış və itirilmiş qaz sərfi cəmi 1555.20 manat əsassız borc məbləği 2023-cü ilin fevral ayı ərzində iddiaçının abunə koduna hesablanmışdır. Cavabdeh tərəfindən ona hər hansı bir sənəd və ya aktın surəti verilməmiş, habelə istismardan çıxarılmış qaz sayğacının sonra hansı mərhələlərdən keçəcəyi barədə ona heç bir məlumat verilməmiş, dövlət yoxlamasına göndərilməsindən xəbəri olmamışdır. Məhkəməyə təqdim etdiyi ilkin sənədləri isə onun rəsmi müraciəti əsasında 29 may 2023-ci il tarixdə cavabdeh tərəfindən sifarişli poçt vasitəsi ilə çatdırılmış, bir sözlə borc barəsində rəsmi qaydada 05 ay 17 gündən sonra məlumatı olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB Bakı RQSD-ti tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna (**********00010) köçürülmüş 1555.20 manat əsassız borcun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı məhkəməyə elektron ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixə, saat 10:45-ə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023-cü il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanına aid sayğac laboratoriyaya göndərilmiş, qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-04832-1 saylı akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun və plomb yuvasının ətrafında əzik-cızıq izləri var” kimi qeyd edilmişdir. İş materiallarında olan hesabdan çıxarışın surətindən məlum olur ki, İddiaçı 2023-cü il üçün 1555.20 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023-cü il tarixli ******* saylı aktın surətində “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun və plomb yuvasının ətrafında əzik-cızıq izləri var” qeyd edilsə də, aktda sayğacda hansı qüsurun olması qeyd edilməmiş, eyni zamanda cavabdeh iddiaçının yaşadığı fərdi yaşayış evinə dair hesablanmış 1555.20 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus evə hesablanmış 1555.20 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına (abonent kodu: **********00010) hesablanmış 1555.20 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5065/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5065/2023
30.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver