Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-511/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. 6 Yanvar 2023-cü il tarixindən başlayaraq 6 mart 2024-cü il tarixinə qədər hər ay 618,35 manat olmaqla, 9275,25 manat ödəniş edilməli olduğu halda cəmi 2607 ödəniş edilmişdir. Cavabdehin qalıq borcu 6668,25 manatdır. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 970 manat təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəfindən müstəqil ekspertə ödənilən xidmət haqqı 70 manat təşkil edir.
İddiaçının tələbi:
2. xx.xx.2022-cü il tarixli, İF/06043 saylı saylı X6 müqaviləsi üzrə cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada olmaqla 6668,25 manat borcun, 970 manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəfindən müstəqil ekspertə ödənilən 70 manat məbləği və dövlət rüsumu olaraq ödədiyi 97 manat məbləği iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia tələbinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, borclu və zamin lizinq obyekti olan avtomobili başqa adama satmış, həmin adam isə onlara rəsmiləşdirmə üçün müraciət etmişdir. Bundan başqa onlar əlavə 970 manat məbləğində xərc və 70 manat mütəxəssisə ödəniş ödəmişdirlər.
5. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
6. Müstəqil sığorta eksperti Bayramlı Fərid tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, “Chovrelet Cruze” markalı, **-AX-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərər 970 manat məbləğndədir.
7. xx.xx.2022-ci il tarixli, İF/06043 №-li daxili X4nə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqavilində müvəqqəti sahiblik və istifadə etməyi öhdəsinə götürmüşdür.
8. xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsinə əsasən, zamin lizinq alanın lizin verən qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmi öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür.
9. xx.xx.2022-ci il tarixli, İF/06043 №-li lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, satıcı lizinq alan tərəfindən seçilmiş və müqavilədə təsvir edilən nəqliyyat vasitəsini alıcı-lizinq verənə satır. Alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği satıcıya ödəyir. Tərəflər nəqliyyat vasitəsinin qiymətini 17500 manat məbləğində müəyyən etmişdirlər.
10. xx.xx.2022-ci il tarixli, İF/06043 №-li daxili lizinq müqaviləsinə 1 №-li əlavəyə əsasən, aylıq ödəniş 36 ay müddətinə, 618,35 manat olmaqla müəyyən edilmişdir.
11. xx.xx.2022-ci il tarixli, İF/06043 №-li daxili lizinq müqaviləsinə 1 №-li əlavə təhvil-təslim aktına əsasən, “Chovrelet Cruze” markalı minik avtomobil Cavabdeh qüsursuz təhvil verilmişdir.
12. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, borclu Cavabdeh və Zamin xx.xx.2022-ci il tarixli, İF/06043 №-li daxili lizinq müqaviləsi üzrə 15166,44 manat məbləğində borclarının olması barədə məlumat verilmiş, müqavilə üzrə nəzərdə tutulan öhdəliyi 3 gün ərzində yrinə yetirmədikləri halda qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
13. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, 2(011)-511/2025 saylı iş üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/10448 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış və lizinq ödənişləri cədvəli məlumatlarına əsasən, Cavabdeh Çingi oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06043 saylı daxili lizinq müqaviləsi üzrə lizinq verənə ödənilməli olan lizinq borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2024-cü il tarixinə, -əsas borc üzrə 2876,20 manat -mükafat borc üzrə 3792,05 manat.
15. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 8/3577 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, Yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan nəqliyyat vasitələri ixtisaslaşmış servis şəraitində təmir üzrə mütəxəsislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitəsinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislərtərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin, nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodik olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri tədqiqatı aparılmır.
16. Digər sənədlər.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 747-3.2. Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.
20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:
1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə mülki iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
22. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqaviləsi bağlanılmış (§7) (MM m. 747.1.), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlərdə də öz təsdiqini tapır.
23. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh (lizinq alan) tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyənləşdirilmiş əşyadan müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) istifadə hüququna malik olduğu kimi, eyni zamanda müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyadan istifadəyə dair hüququndan istifadə etmiş, lakin muzd ödəmək vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır.
24. Həmçinin, digər cavabdeh Zaminn zamin qismində lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürməsi müəyyən olunmuşdur. (§8)Mülki qanunvericiliyin tələbinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Eyni zamanda əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2).
25. Məhkəmə qeyd edir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/10448 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış və lizinq ödənişləri cədvəli məlumatlarına əsasən, Cavabdeh Çingi oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06043 saylı daxili lizinq müqaviləsi üzrə lizinq verənə ödənilməli olan lizinq borcu xx.xx.2024-cü il tarixinə, əsas borc üzrə 2876,20 manat, mükafat borc üzrə 3792,05 manat olmaqla, ümumilikdə 6668,25 manat məbləğindədir. (§14) Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.
26. Belə ki, iddiaçının digər bir iddia tələbi isə lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin yəni, 970 manat məbləğində pul vəsaitinin cavabadehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi olmuşdur. (§2)
27. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tələbin həmin hissəsinin hüquqi əsasını ilk növbədə Mülki ziyan Məcəllənin 1096-cı və 1097.1-ci maddələri təşkil edir. (§18)
28. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Nəticədə, cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin çəkilməsi üçün 970 manat məbləğində zərər dəymişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Müstəqil sığorta eksperti Bayramlı Fərid tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, “Chovrelet Cruze” markalı, **-AX-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərər 970 manat məbləğindədir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. (§6)
29. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli, İF/06043 nömrəli X4 üzrə qalıq əsas borc üzrə 2876,20 manat, mükafat borc üzrə 3792,05 manat olmaqla, ümumilikdə 6668,25 (altı min altı yüz altmış şəkkiz manat iyirmi beş qəpik) manat məbləğdə borc, həmçinin zinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği olan 970 manat məbləğində pul vəsaiti Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97 (doxsan yeddi) manat Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri, ümumilikdə 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalıdır.
32. İddiaçının digər bir tələbi isə avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəfindən müstəqil ekspertə ödənilən 70 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi olmuşdur.
33. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdehlər Cavabdeh və Zamin 6668,25 (altı min altı yüz altmış səkkiz manat iyirmi beş qəpik) manat borc, 970 (doqquz yüz yetmiş) manat ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı iddiaçı tərəfindən verilmiş müstəqil ekspertə ödənilən 70 (yetmiş) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97 (doxsan yeddi) manat məbləğində pul cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin.
4. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər.
6. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova