Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5144/2024 05.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən 10 iyul 2023-cü tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Türkan üzümçülük sovxozu “Azəryollayihə” b/y-nin 98/133 bağ evinə yazılmış (abonent kodu **********20000) 668.78 manat məbləğində pul vəsaitinin abunəçinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Türkan üzümçülük sovxozu “Azəryollayihə” b/y-nin 98/133 bağ evi iddiaçının xüsusi mülkiyətindədir. Qeyd olunan bağ sahəsində mövsümi yay fəsli ilə əlaqədar hər il olduğu kimi bu il də bağ evinə köçüb orada yaşadığından həmin müddət ərzində heç bir zaman kommunal borcları olmamış, sərf etdiyi təbii ehtiyatların (qaz, su, elektrik enerjisi) borclarını vaxtlı vaxtında və tam ödəmişdir. 10 iyul 2023-cü il tarixində bağ sahəsinə quraşdırılmış elektrik sayğacı (abonent kodu **********20000) akt əsasında götürülmüşdür. Sayğacın götürülməsi barədə iddiaçıya heç bir məlumat verilməmiş, dəyişdirilən sayğacın son göstəricisi iddiaçıya təqdim edilməmiş. Bu məlumatı 30 noyabr 2023-cü tarixdə təsadüfən öyrənmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfındən 10 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Türkan üzümçülük sovxozu “Azəryollayihə” b/y-nin 98/133 bağ evi (abonent kodu **********20000) aid olan 305926 saylı akt tərtib olunmuşdur. N.Cəlali tərəfindən tərtib olunmuş akta əsasən şit xəttinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, həmin sahəyə aid elektrik sayğacının ekranı zəif oxunur, tərəfimizdən araşdırıbdır, elektrik sayğacı yenisi ilə əvəz olunsun. Lakin həmin aktın surəti iddiaçıya təqdim olunmamışdır. Bundan sonra 10 avqust 2023-cü il tarixdə akt-protokola əsasən (abonent kodu **********20000) “sayğacın dövlət möhürü normaldır, daxili qüsuru nəticəsində işləmir, sayğac istismara yararsızdır. Yenədə akt-protokolun surəti iddiaçıya təqdim olunmur. Beləliklə "xxxx" ASC tərəfindən akt tərtib olunarkən aktın tərtibi zamanı iştirak etməmişdir, həmin akta imza atmamışdır, ümumiyyətlə ondan da heç bir məlumatı olmamışdır. Həmin sayğac bağ sahəsinə məxsus hasarda bərkidilmiş xüsusi qapalı qəfəsdə yerləşirlər. Həmin qəfəsin açarları da elə cavabdehin işçilərində olur. İddiaçı istəsə belə ora müdaxilə edə bilməz. Bunu nəzərə alaraq hesab edir ki, yazılmış borc qanunsuzdur və ona görə də ləğv olunmalıdır. "xxxx" ASC-nin əməkdaşlarına dəfələrlə müraciətlər etməyinə baxmayaraq, onlar iddiaçıya bildirmişlər ki, götürülmüş sayğac laboratoriyaya göndərilmiş onun nəticəsi olaraq borc yazılmışdır. Bununla əlaqədar olaraq hesab edir ki, bağ evinə yazılmış (abonent kodu **********20000) 668.78 manat məbləğində borcu silinməlidir. Məhkəmənin nəzərinə bağ sahəsinin 06 yanvar 2011 və 02 fevral 2024-ci il tarixdən bu günə qədər enerji sərfiyyatının və ödənişlərinin tam açıqlamasının təqdim edir. Həmin əlavəyə əsasən 10 oktyabr 2022-ci il tarixdən 17 avqust 2023-cü il tarixədək yəni 13 ay sərfiyyat dəyişmədən hər ay üzrə eyni 35558 göstərilmişdir, bundan sonra bağ evinə göründüyü kimi aylıq enerji sərfiyatı bu müddət ərzində 00 qeydə alınmışdır. 668.78 manat məbləğlərin haradan yaranması anlaşılan deyil. Bundan əlavə, "xxxx" ASC Suraxanı RETSİ-nin nəzarətçi müfəttişi Cəlali Nicat tərəfindən 10 iyul 2023-cü tarixli xidməti məktubunda qeyd olunur ki, “Yazıb nəzərənizə çatdırıram istəyirəm ki, xidmət göstərdiyim ərazidə aşağıda göstərilən ünvanda mütamadi olaraq mənzildə daimi yaşayış yoxdur. Buna səbəb mənzilin bağ evi olduğundan mənzil sahibi yay mövsümündə yaşayır”. Elektrik sayğacı abunəçinin təqsiri üzündən zədələnərsə, sayğacın dəyişdirilməsi abunəçinin hesabına həyata keçirilir. Elektrik sayğacı abunəçinin təqsiri olmadan yararsız hala düşərsə, sayğacın dəyişdirilməsi "xxxx" ASC-nin hesabına yerinə yetirilir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Türkan üzümçülük sovxozu “Azəryollayihə” b/y-nin 98/133 ünvanında yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir və həmin ünvanda quraşdırılmış **********20000 abonent kodlu elektrik sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. 10 iyul 2023-cü il tarixdə cavabdeh tərəfindən 305926 saylı akt tərtib edilmiş, aktda sayğacın ekran tablosunun zəif oxunduğu, xətdən mənzilə axan yük amperin maşa vasitəsilə açıldığı qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus sayğaca 668.78 manat borc hesablanmışdır. İş materiallarındakı abonent hesabından çıxarışdan görünür ki, iddiaçının 668.78 manat borcu mövcuddur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Elektrik enerjisindən istifadə qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunu: 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən, istehkaçılara elektrik və istilik enerjisinin paylanması üçün müvafiq icra hakimiyyəti orqanı ilə gələcək təchizatçı (paylayıcı) arasında müqavilə bağlanılır. Xüsusi icazə fəaliyyəti sahəsinin (ərazisinin) hüdudlarında enerji paylayıcısının vəzifələri: dövlət tənzimləməsinə uyğun olaraq özü verdiyi enerjinin qiymət və tariflərini müəyyən etmək, həmçinin enerjinin paylanması üçün istehlakçının energetik qurğulara qoşulmasının ümumi şərtlərini müəyyən etmək; müqavilə bağlanmış sahə (ərazi) hüdudunda istehlakçıların tələbi ilə onları energetik qurğulara qoşmaq və razılaşdırılmış qiymətlər, tariflər və şərtlər əsasında enerji ilə təchiz etmək; paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların enerjiyə tələbatını kəmiyyət və keyfiyyətcə müntəzəm ödəmək məqsədilə elektrik və istilik enerjisinin istehsalı, alınması və ötürülməsi üçün bütün tədbirləri görmək; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında sənaye sahələrinin və istehlakçıların öz ehtiyaclarından artıq istehsal etdikləri elektrik və istilik enerjisinin satın alınması. İstehlakçı özü elektrik enerjisi istehsalçısıdırsa və ya paylayıcı aşkar iqtisadi səbəblərdən (nisbətən uzun və baha başa gələn məsafəyə az miqdarda enerji ötürmək sifarişi alırsa və həmin sahənin istehlakçılarını tez şəbəkəyə qoşa bilmirsə) istehlakçını şəbəkəyə qoşmaqdan imtina edirsə, həmin istehlakçılar enerji istehsal edən, nəql edən və paylayan digər müəssisələr tərəfindən təchiz edilə bilərlər. 11-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddiaçıya məxsus evdə elektrik sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının abonent hesabına 668.78 manat borc hesablanmış və həmin məbləğ iddiaçıdan tələb edilmişdir. Hazırda cavabdeh tərəfindən iddiaçıdan qeyd olunan borc məbləğinin tələb edilməsi əsassızdır. Belə ki, sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır. Məhkəmə araşdırması zamanı sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı **********20000 saylı hesab koduna hesablanmış 668.78 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Odur ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı **********20000 saylı abunə koduna hesablanmış 668.78 (altı yüz altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5144/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5144/2024
05.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver