Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-517/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 Cavabdeh qarşı “magistral kəmərin üzərində və qanunla müəyyənləşdrilmiş mühafizə zolağında inşa edilmiş tikilinin sökülməsi və kəmərin (xəttin) sanitar mühafizə rejiminin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən Xətai rayonu, Nazim Şükürov küçəsi 3 ünvanında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 balansında olan d=400 mm-lik magistral su kəmərinin üzərində və sanitar mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, kəmərin üzərinin və mühafizə zonasının boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Bakı şəhəri üzrə rayonların, o cümlədən Xətai rayonu ərazisindən keçən müxtəlif diametrli su və kanalizasiya kəmərlərinin, mərkəzi su anbarlarının və nasos stansiyalarının istismar olunmasına xidmət göstərir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respubilkası Qanununun, “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizdiyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydalarının” və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının, həmçinin “2.04.02-84”, “2.04.03- 85” və “İİ-89-80” (AzDTN 2.6-1) saylı İnşaat Norma və Qaydaları”nın (SNİP) tələbləri Cavabdeh tərəfindən kobud şəkildə pozularaq Xətai rayonu, Nazim Şükürov küçəsi 3 ünvanından keçən diametri 400 mm-li magistral su xəttinin mühafizə zonasında qanunsuz olaraq tikili (ev) inşa edilmişdir. “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin “a” bəndinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilərin hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan 5 (beş) metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan qadağan edilir. AZDTN 2.6-1 saylı Azərbaycan Respublikasının Tikinti- Norma və Qaydalarına (14 saylı cədvəl) “ İİ-89-80 saylı İnşaat Norma və Qaydalari”nın ( CHиП) 9 №- li cədvəlinə əsasən bina və tikili özülünün su və kanalizasiya xətlərinə qədər olan məsafə 5 (beş) metr, hasarlara və su xətlərinin estokadalarına qədər isə olan məsafə 3 (üç) metr müəyyən edilmişdir. Buna baxmayaraq Cavabdehtərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu və İnşaat Norma və Qaydaları”nın tələbləri kobud surətdə pozularaq, ünvan 1 ünvanından keçən diametri 400 mm-li magistral su xəttinin üzərində yaşayış evi tikilmişdir ki, bu da daim təhlükə mənbəyidir. Həmin d=400 mm diametrli su xətti cavabdehə məxsus tikilinin yerləşdiyi ərazidən keçdiyi üçün bu xəttə əməkdaşların hər hansı bir nəzarəti qeyrimümkündür. Nəzarət və profilaktik xidmət göstərilməyən su kəmərinin törədəcəyi fəsadlar insan həyatı və sağlamlığı üçün ağır nəticələrə səbəb ola bilər. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun tam şəkildə təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək bildimişdir ki, o, evi tikili vəziyyətdə almış, həmin ərazidə torpağın altından su xətlərinin yerləşdiyindən məlumatlı olmamışdır. İşin faktiki halları: İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi Cavabdeh sahibliyindədir. İddiaçı, Cavabdeh tərəfindən Xətai rayonu, Nazim Şükürov küçəsi 3 ünvanında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 balansında olan d=400 mm-lik magistral su kəmərinin üzərində və sanitar mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsini, kəmərin üzərinin və mühafizə zonasının boşaldılmasını tələb etmişdir. Məhkəmə işin hallarının araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə rəy verməkdən imtina edilmişdir. Məhkəmə tərəfindən iş materialları mütəxəssis rəyinin verilməsi üçün Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə göndərilmişdir. Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin 21 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh adına sənədləşdirilən tikili tədqiqat prossesinin nəticəsinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-yə məxsus diametri d=400 mm-lik magistral su kəmərinin üzərində yerləşmir, lakin tikilinin təxminən 30-40% hissəsi sanitar mühafizə zonasında yerləşir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır, bu səbəbdən qismən təmin edilməlidir. Belə ki, tərtib edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh adına sənədləşdirilən tikili “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-yə məxsus diametri d=400 mm-lik magistral su kəmərinin üzərində yerləşmir, lakin tikilinin təxminən 30-40% hissəsi sanitar mühafizə zonasında yerləşir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh məxsus tikilinin sanitar mühafizə zonasında yerləşən hissəsi sökülməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən Xətai rayonu, Nazim Şükürov küçəsi 3 ünvanında inşa edilmiş tikilinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 balansında olan sanitar mühafizə zonasına düşən hissəsi sökülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 ödənilməlidir. Həmçinin, hesabatdan görünür ki, Hüquq Əmlak Məsələləri Ekspertizası MMC tərəfindən iş üzrə mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı 300 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, 300 manat xidmət haqqı da Cavabdeh alınaraq Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən Xətai rayonu, Nazim Şükürov küçəsi 3 ünvanında inşa edilmiş tikilinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 balansında olan sanitar mühafizə zonasına düşən hissəsi (mütəxəssis rəyinə əsasən sanitar mühafizə zonasında yerləşən 30-40%-lik hissəsi) sökülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4, mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulan 300 (üç yüz) manat xidmət haqqı alınaraq Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə (VÖEN: **********, Hesab: AZ57AllB400500C**********211) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-517/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-517/2025
29.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver