Məhkəmə qərarları › İş №e-2(011)-5186/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5186/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5186/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X2, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə. İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzilinə hüquqlarının itirilmiş hesab edilməklə onun həmin mənzildən çıxarılması və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X6 İddiaçı MMC-yə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 82 saylı evin 5-ci korpusunda giriş C-də olan 32 saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi olmuş X13 ilə xx.xx.2016-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanaraq mənzil 90.000 manata alınmışdır. Mənzil alqı-satqı olunarkən həmin mənzilə hüququ olan bütün şəxslər, o cümldən də Cavabdeh əmlakın satılmasına notarial təsdiq olunmuş ərizə ilə razılıq vermişdir. Bundan sonra liziq alan Sevda İsgəndərova müqavilə öhdəliklərini pozduğuna görə lizinq predmetinin qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırılmış, hazırki iddia üzrə cavabdeh də qeyd olunan həmin məhkəmə mübahisəsinə qoşularaq alqısatqı və lizinq müqavilələrini mübahisələndirmişdir. Lakin, nəticə etibarı ilə İddiaçı MMC-nin iddia tələbi təmin olunmuşdur. İcra sənədinin icrası zamanı isə məlum olmuşdur ki, cavabdeh hələ də qanunsuz olaraq mənzildə qeydiyyatda qalmaqdadır. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdeh iddia ərizəsinə etraz edərək göstərmişdir ki, iddia ərizəsinin dəlillərinin qanunsuz və əsassız hesab edir. İddiaçı AR MM-nin 151.1-ci maddəsinə istinadən mülkiyyətçi kimi onu yaşadığı mənzildən çıxarmaq istəyir və iddia tələbinin əsas dəlili olaraq qeyd olunan mənzilin onun tərəfindən alqı-satqı zaman notariat qaydada verdiyi xx.xx.2016-cı il tarixli razılıq ərizəsini məhkəmənin diqqətinə çatdırmışdır. Qeyd olunan hallar, heç də onun yaşadığı mənzildən istifadə hüququnun itirilmasınə əsas ola bilməz. Qeyd olunan müqavilə mənzilin alqı-satqı müqaviləsi deyidlir. Belə ki, mənzilin alqı-satqısında dair əri Amil Qurbanov ilə Faktor Lizinq MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsində xüsusi olaraq qeyd edilmişdir ki, bu mənzil Sevda İsgəndərovaya lizinqə verilməsi məqsədilə alınır. Alıcı həmin mənzili Sevda İsgəndərovaya müvəqqəti istifadə və sahiblik etməsi üçün alır. Göründüyü kimi, bu müqavilə adi alqı-satqı müqvailəsi deyildir. Sevda İsgəndərova isə, onun doğma anasıdır və gerçəkdən yaşağığı mənzil lazım olsa idi, həmin mənizli ondan və həyat yoldaşından lizinq şərtləri olmadan ala bilərdi. Yəni bunun üçün ayrıca lizinq müqaviləsi və alqı-satqı müqaviləsi bağlanılmasına lüzüm yox idi. Burada məqsəd, sadəcə formal alqı-satqı yolıı ilə mənzili lizinq maliyyələşdirilməsi adı ilə MMC-nin adına keçirmək və bunun müqabilində anasına 30.000 ABŞ dolları məbləğində 24 ay müddətində aylıq 20% faiz və mükafat almaq üçün kredit şərtləri ilə pul vermək idi. Necə ola bilər ki, lizinq şirkəti 90.000 manata aldığı mənzili, eyni gündə dəyərindən iki dəfə aşağı qiymətə (30000 ABŞ dollara yəni, həmin dövr üçün təqribən 45.000 manata) S.İsgəndərovaya lizinqə verir? Lizinq müqaviləsinin müddətinin sonuna MMC-nin əldə edəcəyi ümumi məbləğ faiz daxil 38.000 ABŞ dolları (bu giinə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uğyun olaraq təqribən 66.000 manat) təkil edir. eyd olunan mənzilin alqı-satqısı iizrə müqavilənin etibarsızlığına dair Faktor Lizinq MMC ilə əvvəllər aralarında məhkəmə mübahisəsi olmuş, lakin bütün bu hallar tərəfindən məhkəmələrdə irəli sürülsə də, məhkəmələr bu halları araşdırmamışdır. Yəni, bu məsələlər araşdırılmaq üçün qaldırılsa da, məhkəmələrin diqqətindən kənarda qalmış və aşağı məhkəmələr buna hər-hansı layiqli münasibət bildirməmiş və sonda doğru olmayan hüquq nəticəyə gəlinmişdir. Bu səbəbdən, xüsusi olaraq qeyd edir ki, əri Amil Qurbanov ilə birgə nikah dövründə əldə etdiyi mənzilin MMC-yə alqı satqısına dair tərəfindən notarial qaydada imzalanmış xx.xx.2016-cı il tarixli razılıq ərizəsi və alqı-satqı müqvailəsinin özü, onun mənzildən istifadə hüququnun itirilməsinə əsas ola bilməz. Ona görə ki, bu razılıq ərizəsində xüsusi olaraq qeyd olunmuşdur ki, mənzilin istər adi qaydada, istərsə da, ipoteka yolu ilə satılmasına etiraz etmir. Lakin, mənzil nə adi qaydada, nə də ki, ipoteka yolu ilə satılmışdır. Mənzil məhz lizinqə verilməsi məqsədilə satılmışdır. Bu hal vəziyyəti tamamən dəyişir. Deməli, o, mənzilin adi qaydada və ipoteka yolu ilə satılmasına razılıq versə də, mənzilin lizinq yolu ilə satılmasına razılıq verməmiş, iradə ifadəsini bildirməmişdir. Bu amil vacib olmasaydı, mənzilin aln-satqısına dair razılıq ərizəsində mənzilin adi və ya ipoteka yolu ilə satılması ilə bağlı xususi müddəa ver almazdı. Bu səbəbdən hesab edir ki, xx.xx.2016-ci il tarixli razılıq ərizəsində mənzilin məhz lizinq yolu ilə satılması qeyd olunmalı idi, əks halda onun həmin mənzilin məhz lizinq yolu ilə satılması ilə bağlı iradə ifadəsi qəbul olunmazdır. Yaşadığı mənzildən qeydiyyatdan çıxmaqla bağlı üzərinə heç bir öhdəlik götürməmişdir. Əri, Amil Qurbanov yaşadığı mənzilin alqı-satqı müqaviləsində bu barədə üzrərinə xüsusi öhdəlik götürərək, yalnız özünə münasibətdə xx.xx.2016-cı il tarixdə mənzildən qeydiyyatdan çıxması ilə bağlı öhdəik götürmüşdür. Lakin, onunla bağlı buna dair heç bir hüquqmüəyyənedici sənəd və ya öhdəlik mövcud deyildir. Həmçinin, heç bir sənəd üzərində bununla bağlı ayrıca olaraq üzərinə öhdəlik götürməmiş və iradəsinə zidd olaraq yaşadığı mənzildən istifadə hüququnun əlindən alınması ilə bağlı 3-cü şəxsin hərəkət və ya hərəkətsizliyi legitim sayıla bilməz. Ona görə də, yaşdığı mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı iddiaçının tələbinin nə faktiki, nə dəki hüquqi əsası yoxdur. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunda izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6, onun nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-325/2011 saylı qərarının surətindən görünür ki, iddiaçı "Faktor Lizinq” MMC cavabdehlər X6 və X11 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, cavabdeh X1 lizinq məbləği üzrə 22340,71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 25856, 71 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "Faktor Lizinq” MMC-yə ödənilməsi, cavabdeh X6 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin boşaldılması, X8 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh X6 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İddiaçı Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" MMC-yə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi, ev 82 korpus 5, giriş C-də yerləşən 32 saylı mənzilə dair yerləşən mənzilə bağlanmış xx.xx.2016-cı il tarixdə, 4Ə/399 reyestr ilə rəsmiləşən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci mülki iş üzrə icraat Bakı Apellyasiya məhkəməsinin 2(103)-10710/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Sevda İsgəndərovanın İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi" tələbinə dair və iddiaçı Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və "Faktor Lizinq” MMC-yə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları üzrə mülki işlərə baxılıb yekun məhkəmə qərarları qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2494/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9636/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7955/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC-nin cavabdehlər X4 və X11 qarşı iddiası üzrə olan mülki işlə iddiaçı Cavabdehlər Bakı şəhəri 09 saylı Notariat Ofisi, İddiaçı MMC-yə qarşı iddiası üzrə olan mülki iş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1953/2020 saylı xx.xx.2020-ci tarixli qərardadı ilə bir icraatda birləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı “Faktor Lizinq" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən apelyasiya məhkəməsinə təqdim olunmuş ərizədə cavabdeh X4 qarşı iddia tələbinin “pul məbləğinin tutulması" hissəsindən imtina etdiklərini bildirilmiş, buna görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-128/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan hissəvi imtinası qəbul edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, iddianın cavabdeh X1 lizinq məbləği üzrə 22340.71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 25856.71 ABŞ dollarının ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-128/2021 tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi “D040 saylı xx.xx.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi, ev 82 korpus 5, giriş C-də yerləşən 32 saylı mənzilin X6 tərəfindən boşaldılaraq, “Faktor Lizınq" MMC-yə təhvil verilməsi və X8 həmin mənzilə istifadə hüququnun itirilməsi hissələrində dəyişdirilmədən saxlanılmış, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-325/2011 saylı qərarı ilə birinci iş üzrə cavabdeh X6 və ikinci iş üzrə iddiaçı Cavabdeh Xanməmməd qızının birgə verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən - mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsiən əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla və qanuni qüvvəsini almış məhkəmə aktları ilə X8 mülkiyyətində olmuş cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzilinin lizinqverən İddiaçı MMC tərəfindən əldə olunaraq lizinq alan X3 lizinqə verilməsi, "xxxx" MMC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, cavabdeh X6 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin boşaldılması, X8 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquqlarının itirilməsinin qət edilməsi, Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, X2 cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iş üzrə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzildə yaşaması və ondan istifadə etməsi üçün heç bir hüquqi əsasın olmaması müəyyən edilmişdir. Ona görə də, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 218.4-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzilinə hüquqları itirilmiş hesab edilsin və o, həmin mənzildən çıxarılsın. Məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya aid ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar