Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5249/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 160,50 manat əsas, 52,80 manat cərimə borcu, cəmi 213,30 manat, xx.xx.2021-ci il tarixli digər nisyə alqı-satqı müqaviləsi üzrə 699,77 manat əsas, 232,20 manat cərimə borcu, cəmi 931,97 manat, hər iki müqavilə üzrə ümumi 1145,27 manat, həmçinin 31,45 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci ildə bağlanmış 125494 saylı və xx.xx.2021-ci ildə bağlanmış 128545 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 536 manat və 1056 manat dəyərində nisyə mobil telefonlar satmışdır. Cavabdeh məbləği xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, hər ay 43,50 manat ödəmək şərti ilə, 12 ay müddətinə, hər ayın 07-dək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə hər ay 85,65 manat ödəmək şərti ilə, 12 ay müddətinə, hər ayın 30-dək ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx.xx.2024-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 07 oktyabr 2020-ci il və 30 mart 2021-ci il tarixli müqavilələrə əsasən yaranmış borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə xx.xx.2024-cü il tarixə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 160,50 manat əsas, həmin gün üçün hesablanmış 52,80 manat cərimə, ümumilikdə 213,30 manat borc və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 699,77 manat əsas, həmin gün üçün hesablanmış 232,20 manat cərimə, ümumilikdə 931,97 manat borcu yaranmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 125494 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı müştəriyə Samsung A21S 2020 32 GB DS (İMEİ kod: **********80043) markalı mobil telefonu satmış, o isə həmin malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki Samsung A21S 2020 32 GB DS (İMEİ kod: **********80043) modelli telefonun texniki vəziyyəti yoxlanmış və işlək vəziyyətdə “Alıcı”ya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh toplam məbləği 536 manat olan malı 12 ay müddətinə, aylıq ödənişi 43,50 manat, ilkin ödəniş 14 manat olmaq şərti ilə almışdır, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr baş verərsə, hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1%-i həcmində cərimə tutulur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli 128545 saylı müqaviləyə əsasən, İddiaçı müştəriyə Samsung A52 8/256 GB (İMEİ kod: **********38417) markalı mobil telefonu satmış, o isə həmin malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktından görünür ki Samsung A52 8/256 GB modelli telefonun texniki vəziyyəti yoxlanmış və işlək vəziyyətdə “Alıcı”ya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh toplam məbləği 1056 manat olan malı 12 ay müddətinə, aylıq ödənişi 85,65 manat, ilkin ödəniş 28 manat olmaq şərti ilə almışdır, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr baş verərsə, hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1%-i həcmində cərimə tutulur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “maliyyə arayışı”ndan görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 160,5 manat əsas məbləğ üzrə qalıq borc, 52,8 manat cərimə borcu olmaqla, cəmi 213,3 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 699,76 manat əsas məbləğ üzrə qalıq borc, 232,20 manat cərimə borcu olmaqla, cəmi 931,96 manat, ümumilikdə 1145,26 manat borcu vardır. İş materiallarından görünür ki, İddiaçı MMC, Cavabdeh müqavilə üzrə borcunu ödəməsi, əks təqdirdə məhkəməyə müraciət olunucağı barədə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 31,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2020-ci il və 30 mart 2021-ci il tarixli müqavilələrə əsasən, müvafiq olaraq Samsung A21S 2020 32 GB DS (İMEİ kod: **********80043) markalı və Samsung A52 8/256 GB (İMEİ kod: **********38417) markalı mobil telefonlar 12 ay hissə-hissə ödəmək şərti ilə sonuncuya satılmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, malları cavabdehə təhvil vermişdir, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməkə - müqavilənin şərtlərini pozmuşdur, hazırda cavabdehin iddiaçıya borcu xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 160,5 manat əsas məbləğ üzrə qalıq borc, 52,8 manat cərimə borcu olmaqla, cəmi 213,3 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 699,76 manat əsas məbləğ üzrə qalıq borc, 232,20 manat cərimə borcu olmaqla, cəmi 931,96 manat, ümumilikdə 1145,26 manat təşkil edir, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 160,5 manat əsas, 52,8 manat cərimə borcu, cəmi 213,3 manat, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 699,76 manat əsas, 232,2 manat cərimə borcu olmaqla, cəmi 931,96 manat, hər iki müqavilə üzrə ümumilikdə 1145,26 manat alınaraq İddiaçınə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilən 31,45 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 160,50 manat əsas, 52,80 manat cərimə borcu, cəmi 213,30 manat, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 699,76 manat əsas, 232,20 manat cərimə borcu olmaqla, cəmi 931,96 manat, ümumilikdə 1145 (min yüz qırx beş) manat 26 (iyirmi altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 45 (qırx beş) qəpik alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5249/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5249/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver