Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5266/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı ’’Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 320,19 (üç yüz iyirmi manat on doqquz qəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana xx.xx.2021-ci il tarixində CSS-20 markalı, 21067291 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır.
İddiaçının tələbi:
2. Cavabdehundan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 320,19 (üç yüz iyirmi manat on doqquz qəpik) borcun (abonent kodu: **********000) və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ’’Azərsu” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən, 123 manat borcun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ’’Azərsu” ASC-nin hesabına ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh 348,19 manat borca görə iddia qaldırılmışdır. Cavabdeh qismən ödəniş etmiş, qalıq borc xx.xx.2023-cü il tarixinə 123 manat qalmışdır. Cavabdeh 123 manat borca görə tutulma və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir.
6. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, iddia tələbi ilə razılaşmır. Sayğac onun evinə quraşdırılan zaman 80-90 manat məbləğində borc hesablanmışdır, bununla bağlı İddiaçı ASC-yə müraciət etməmişdir. O, sözügedən ünvandakı evi 2012-ci ildə tikdirmişdir, lakin həmin evdə yaşayışa 2015-ci ildə başlanılmışdır. 2014-cü ildə həmin evdə yaşayış olmamışdır.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. **********000/15894061 saylı abonentə məxsus abonent kartından görünür ki, abonentin 2023-cü il üçün ödənilməmiş 123 manat su borcu yaranmışdır.
8. xx.xx.2023-cü il tarixli, 380213 saylı xəbərdarlıq məktubundan görünür ki, **********000/15894061 saylı abonentə İddiaçı ASC-yə olan 348,19 manat məbləğində borcunun 7 iş günü müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli Ərizə.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu: 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
72. Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.
12. “Sudan istifadə qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı: 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.3. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifələrindən biridir.
13. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli №5 Qərarı: - Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu əraziləri üzrə əhali qrupu üçün su təchizatı xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat; - Tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həcmində müəyyən edilmişdir.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Məhkəmə araşdərması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmişdir. İddia ərizəsi məhkəməyə təqdim edilərkən onun 320.19 manat borcu olmuşdur. Daha sonra cavabdeh hissə-hissə ödənişlər etmişdir. Abonent kartından da müəyyən olunur ki, Cavabdeh sudan istifadəyə görə 2023-cü il üçün 123 manat borcu qalmışdır.
17. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə hesab edir ki, Cavabdeh istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərin dəyərinin ödənilməməsinə görə İddiaçı ASC-yə 123 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir.
Məhkəmə xərcləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh (Abonent kodu:**********000) ödənilməmiş borca görə 123 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin.
4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova