Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5286/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Cavabdeh iştirakı ilə Əlavə qətnamə çıxarılması məsələsinə baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5286/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı – kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh ünvan 1, 2 saylı evin, 51 saylı mənzilinə olan istifadə hüququna, mülkiyyətçi İddiaçı tərəfindən 12000 manat kompensasiyası verilməsi yolu ilə xitam verilsin və o,əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, bildirdi ki, mübahisəli əmlakın qiymətləndirilmə haqqı olan 250 manat məbləğində pul vəsaiti onun tərəfindən ödənilmişdir. İddiaçı əlavə qətnamə çıxarılmasına dair məsələyə baxılması üçün məhkəmə iclasına çağırılmışdır, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir iddiaçının məhkəmə iclasına gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən, əlavə qətnamə çıxarılması məsələsinə iddiaçının iştirakı olmadan baxıla bilər. Məhkəmə mülki işi nəzərdən keçirərək hesab edir ki, əlavə qətnamə çıxarılmalıdır. Belə ki, mülki işdən görünür ki, iş üzrə mübahisəli predmet olan ünvan 1 ünvanında 3 otaqlı, tam kommunal şəraitli, orta təmirli mənzilin orta aylıq kirayə haqqının qiymətləndirilməsi "xxxx" MMC-nə həvalə olunmuşdur, "xxxx" MMC-nin 16 sentyabr 2022ci il tarixli, G-09/22-210 saylı rəyi məhkəməyə daxil olmuşdur. Həmin ekspertiza tədqiqatının dəyəri (qiymətləndirilmə haqqı) 250 manat təşkil edir. İşin materiallarına əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, 250 manat məbləğində pul vəsaiti MilliÖn elektron ödəmə sistemi vasitəsilə ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 250 manat məbləğində pul vəsaiti Cavabdeh aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qətnamənin təsviri-əsaslandırıcı və nəticə hissələrində əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyərinə dair qətnamə qəbul edilmədiyindən, iş üzrə əlavə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 229 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İş üzrə əlavə qətnamə çıxarılsın. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh aid edilsin. Əlavə qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5286/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(011)-5286/2022
17.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver