Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5293/2024 20.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər 2 saylı Bakı Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik hüququ üzrə mübahisələr, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisində açılmış V-89/2021 saylı vərəsəlik işi üzrə Cavabdeh2 adına verilmiş 2V-732 saylı, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edlməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, V-89/2021 nömrəli Vərəsəlik işi üzrə 2 saylı Bakı Cavabdeh1ndə Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə “Ağdaş rayonu Şıxlı kəndində yerləşən mülkiyyətində olan 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evinə dair” hissədə etibarsız hesab edilməsi və Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********2310301 reyestr nömrəli çıxarış ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, torpaq islahatı zamanı Ağdaş Rayon İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 nömrəli qərarı ilə mərhum anası X7 təsərrüfatında tək ailə üzvü olduğuna görə Ağdaş rayonunun Şıxlı kəndi ərazisindən onun mülkiyyətinə 1.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mərhum anasının ölümündən sonra ondan miras qalmış əmlaka vərəsəlik hüququ yarandığından vərəsəlik işi açdırmaqla əlaqədar tələb olunan sənədləri əldə edən zaman ona məlum olmuşdur ki, Aqrar İslahat Komissiyasının qərarı ilə anasının Ağdaş rayonunun Şıxlı kəndində qanuni istifadəsində olan 0.15 hektar həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə “yoxa çıxmışdır”, DƏDKR PHŞ-n 17 saylı Yevlax Ərazi İdarəsindən əldə etdiyi məlumata görə mərhum anasının mülkiyyətində olan həyətyanı torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini əhatə edən təsərrüfatı Ağdaş RİHBA-nın Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli 481 nömrəli arayışına əsasən həmin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında mərhum bacısı X2 adına iki dəfə qeydiyyata alınmışdır. Halbuki, həmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1986-2006-cı illər üzrə 01 nömrəli təsərrüfatbaşına kitabınnın 4/2 nömrəli təsərrüfatın X3 adına olmaqla təsərrüfatında yalnız özünün olması qeyd edilmişdir. Yuxarıda qeyd edilən sənədlərdən aydın olur ki, mərhum anasının mülkiyyətində olan həyətyanı torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi yuxarıda qeyd etdiyim qanunvericiliyin tələbləri pozulmaqla, yəni qanunsuz olaraq mərhum bacısı X2 adına qeydə alınmış və bu barədə adına iki dəfə çıxarış işlənmişdir. Ona görə də o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək həmin çıxarışların ləğv edilməsini xahiş etmişdir, həmin İdarə tərfindən çıxarışların ləğv edilməsindən imtina edilmişdir. Həmin İdarəyə qarşı çıxarışların ləğv edilməsi tələbinə dair iddiam üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həmin çıxarışlar ləğv edilmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin qərarına əsasən hər iki çıxarış İdarə tərəfindən ləğv edilmiş və bu barədə xx.xx.2024-cü il tarixdə İdarə tərəfindən məhkəməyə məlumat verilmişdir. X8 cavabdeh X10 Feyruzovna anasının ölümündən sonra həmin həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına ********** qeydiyyat tarixli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qanunvericiliyin tələbinə görə məhkəmə qərarı ilə ləğv edilmiş aktın nəticələri də ləğv edilir. Ona görə də o ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri PHŞ-n 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək mərhum anasının mülkiyyətində olan həyətyanı torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair X2 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və çıxarışlar məhkəmə qaydasında ləğv edildiyinə görə həmin həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair qızı X10 Feyruzovnanın adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanusuz verildiyindən ləğv edilməsini xahiş etmiş. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri PHŞ-n 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21- 335/2-0043/02-8/2024 saylı məktubu ilə ona bildirmişdir ki, məhkəmə qərarına uyğun olaraq mərhum X1 adına verilmiş JN-99A, kod 90319018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, seriya RX, ******* nömrəli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilmiş və bu barədə dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Bu mənada Cavabdeh2 mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən “notarial əqd, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmədiyindən, eyni zamanda əqdin etibarsız olub-olmaması barədə məhkəmə tərəfindən münasibət bildirilmədiyindən Cavabdeh2 məxsus çıxarışın ləğv edilməsi, eyni zamanda mülkiyyət hüquqlarının pozuntusu ilə nəticələnəcək hər hansı prosesin həyata keçirilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan ərizənizin icrasından imtina olunur. Göründüyü kimi Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş mərhum anasının adına olan daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər əsassız və qanunsuz aparıldığından və ona görə də məhkəmə qərarı ilə ləğv edildiyindən 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisində açılmış vərəsəlik işi üzrə Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə hüquqi qüvvəsini itirdiyinə görə ləğv edilməlidir. Qeyd edilən şəhadətnamələr məhkəmə qaydasında ləğv edildiyindən mənim həmin miras əmlaka vərəsəlik hüququ bərpa olunmuş hesab olunur. Qanunvericiliyin tələbinə görə miras əmlaka vərəsəlik işinin açılması üçün miras əmlak mülkiyyət hüququ əsasında miras qoyanın adına dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin hazırda vərəsəlik hüququ əsasında (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən) miras əmlak dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alındığına və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən “notarial əqd, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmədiyindən, eyni zamanda əqdin etibarsız olub-olmaması barədə məhkəmə tərəfindən münasibət bildirilmədiyindən o, qeyd edilən vərəsəlik hüquqlarımı həyata keçirə bilmir. Ona görə o ərizə ilə cavabdeh 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisinə müraciət edərək 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisində açılmış V-89/2021 saylı vərəsəlik işi üzrə Cavabdeh2 adına verilmiş 2V-732 saylı, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə hüquqi qüvvəsini itirdiyinə görə ləğv edilməsini, şəhadətnamənin ləğv edilməsi mümkün olmadığı təqdirdə əsasları göstərilməklə ona məlumat verilməsini və aidiyyati üzrə məhkəməyə təqdim etmək üçün həmin vərəsəlik işi üzrə şəhadətnamənin və vərəsəlik işinə əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətlərinin ona göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisi ərizəsini rəsmi qaydada aldığı vaxtdan qanunla müəyyən edilmiş müddətdə və qaydada müraciətimin baxılmasının nəticəsi barədə ona heç bir məlumat verməmişdir. Yuxarıda qeyd etdiyi işin hallarına və əsaslara görə cavabdeh 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisinin xüsisi notariusunun V-89/2021 saylı vərəsəlik işi üzrə Cavabdeh2 adına verilmiş 2V-732 saylı, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin şəhadətnamənin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlr, yəni mərhum anası X1 adına verilmiş JN-99A, kod 90319018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, seriya RX, ******* nömrəli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar məhkəmə qaydasında ləğv edildiyindən və qüvvəsini itirdiyinə görə etibarsız hesab edilir. Lakin cavabdeh 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisinin xüsisi notariusu həmin şəhadətnaməni ləğv etmədiyinə görə cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə, cavabdeh 2 saylı Bakı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2-1(116)-76/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddia təmin edilmiş, X1 adına verilmiş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(107)-289/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2-1(116)-76/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2336/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(107)-289/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan JN-099A kod 90319018 nömrəli şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi X4 verilmişdir. İş materiallarında olan Ağdaş rayon notariat kontoru tərəfindən xx.xx.1995-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayon Şıxlı kəndində yaşayan X9 öldüyü günə ona məxsus olmuş bütün əmlakını, o cümlədən Şıxlı kəndində yerləşən evini X6 vəsiyyət etmişdir. İş materiallarında olan Ağdaş RİH başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli, 481 nömrəli arayışından görünür ki, Nümayəndəliyin 02 saylı qaytanlanmış təsərrüfatbaşına kitabının 58 saylı səhifəsinin 149 nömrəli qeydinə əsasən Ağdaş rayonunun Şıxlı kəndində X2 torpağın mülkiyyətinə verilməsinə dair JN-099A nömrəli şəhadətnaməsinə əsasən mülkiyyətində olan 0,15 ha torpaq sahəsi üzərində yerləşən, 1970-ci ildə tikilmiş bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 95,0 kv.m olan fərdi yaşayış evi vardır. İş materiallarında olan Ağdaş RPŞ-nin xx.xx.2015-ci il tarixli, 13/5967-C-41 nömrəli məktubundan görünür ki, Hürü Cəmiyeva xx.xx.2015-ci il tarixdə adına olan JN-099A nömrəli şəhadətnamənin naməlum itməsi ilə əlaqədar ərizə ilə müraciət etmiş, ərizəsi qeydiyyata götürülərək ətraf rayonlara və kənd icra nümayəndəliklərinə sorğu məktubları göndərilmiş, lakin qeyd olunan şəhadətnamənin tapılması barədə hər-hansı məlumat daxil olmamışdır. İş materiallarında olan RX seriyalı, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan Hürü Cəmiyeva tərəfindən 17 saylı ərazi idarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, JN-099A saylı şəhadətnamədə həyətyanı torpaq sahəsi 0,15 ha göstərilməsinə baxmayaraq faktiki torpaq sahəsinin 0,134 ha olması ona məlum olmuş və Hürü Cəmiyeva 0,134 ha həyətyanı torpaq sahəsinə fərdi yaşayış evi birlikdə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan 2 saylı Bakı Cavabdeh1ndə Notariat ofisi tərəfindən verilmiş V-89/2021 nömrəli Vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi qızı Cavabdeh2dır. Miras əmlak ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli dövlət reystrindən çxıarışa əsasən Ağdaş rayonu Şıxlı kəndində yerləşən mülkiyyətində olan 0,1340 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 17 saylı Yevlax ərazi idarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 Feyruzovanın adına verilmiş **********8 qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüqui şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)- 76/2023 nömrəli məhkəmə qərarı ilə “mərhum X11 ER qızının adına verilmiş JN99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********23- 10301 reyestr nömrəli, ********** qeydiyyat 7 nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair iddia tələbiniz təmin edilmişdir. 17 saylı Yevlax Ərazi İdarəsi bildirməyi zəruri hesab edir ki, məhkəmə qərarına uyğun olaraq mərhum X1 adına verilmiş (N99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********2310301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və” ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlar ləğv edilmiş, bu barədə dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Bu mənada Cavabdeh2 Feyruzovanın mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən “notarial əqd”, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmədiyindən, eyni zamanda əqdin etibarsız olub-olmaması barədə məhkəmə tərəfindən münasibət bildirilmədiyindən Cavabdeh2 Feyruzovanya məxsus çıxarışın ləğv edilməsi, “eyni zamanda mülkiyyət hüquqlarının pozuntusu ilə nəticələnək hər-hansı prosesin həyata keçirilməsi” qanunvericiliyin tələblərinə zidd olduğundan ərizənizin icrasından imtina olunur. İş materiallarında olan Qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır, Miley Sobotoviç mübahisəli əmlaka vərəsəlik qaydasında anası X2 vərəsəsi kimi sahib olmuşdur, həmin əmlaka X2 mülkiyyət hüququ JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında yaranmış və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla onun adına rəsmi reyestrdə qeydə alınmışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli əmlakın X2 mülkiyyətinə keçməsinə əsas olmuş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi müəyyən edilmiş, bu barədə dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Lakin 17 saylı Yevlax ərazi idarəsi Cavabdeh2 Feyruzovanın mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmədiyindən, eyni zamanda əqdin etibarsız olub-olmaması barədə məhkəmə tərəfindən münasibət bildirilmədiyindən Cavabdeh2 Feyruzovanya məxsus çıxarışın ləğv edilməsi, “eyni zamanda mülkiyyət hüquqlarının pozuntusu ilə nəticələnək hər-hansı prosesin həyata keçirilməsi”ndən imtina etmişdir. İddiaçı mübahsiəli əmlakın X2 mülkiyyətinə keçməsinə səbəb olmuş sənədin (şəhadətnamənin) ləğv edilməsinə əsaslanaraq, əmlakın bacısı Hürü Cəmiyevanın qızı – cavabdeh Miley Sobotoviçin adına verilmiş xx.xx.2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamənin “Ağdaş rayonu Şıxlı kəndində yerləşən mülkiyyətində olan 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evinə dair” hissədə etibarsız hesab edilməsini və cavabdehin adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********2310301 reyestr nömrəli çıxarış ləğv edilməsini xahiş edir. Bununla belə, vərəsəlik haqqına şəhadətnamənin etibarsızlığını istisna edən, mübahisəli əmlakın cavabdehin mülkiyyətinə vərəsəlikdən kənar qaydada keçməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022ci il Qərarı). Hazırki iş üzrə cavabdeh Miley Sobotoviç mübahisəli əmlaka anası Hürü Cəmiyevanın vərəsəsi kimi sahib olduğundan və həmin əmlakın Hürü Cəmiyevanın mülkiyyətinə keçməsinə əsas olmuş şəhadətnamə qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edildiyindən, başqa sözlə desək, Hürü Cəmiyevanın öldüyü məqamadək onun mülkiyyətində olmuş mübahisəli əmlakın onun mülkiyyətinə keçməsi əsasları aradan qalxdığından cavabdeh Miley Sobotoviçin də anasının mülkiyyətində olmayan əmlaka vərəsəlik hüququ istisna olunur. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli vərəsəlik haqqına şəhadətnamə “Ağdaş rayonu Şıxlı kəndində yerləşən mülkiyyətində olan 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evinə dair” hissədə etibarsız hesab edilməli və onun əsasında Miley Sobotoviçin adına verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, irasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair 8 dekabr 2022-ci il Qərarı ilə formalaşdırılmış hüququi mövqeyə əsasən, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, V-89/2021 nömrəli Vərəsəlik işi üzrə 2 saylı Bakı Cavabdeh1ndə Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli, Ağdaş rayonu Şıxlı kəndində yerləşən mülkiyyətində olan 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evinə dair cavabdehin adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********2310301 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. V-89/2021 nömrəli Vərəsəlik işi üzrə 2 saylı Bakı Cavabdeh1ndə Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə “Ağdaş rayonu Şıxlı kəndində yerləşən mülkiyyətində olan 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evinə dair” hissədə etibarsız hesab edilsin. Ağdaş rayonu, Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********2310301 reyestr nömrəli çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5293/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5293/2024
20.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver