Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5672/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsinin X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birinci növbəli vərəsə kimi bağışlanmış əmlaka məcburi pay hüququnun tanınması” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı miras qoyan X2 tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixli 4Ə-422 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən bağışlanmış Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilində İddiaçı 1/6 hissədə məcburi pay hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı şifahi qaydada vəsatət verərək hazırkı mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Sabit Bəhrəmzadə) icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili vəsatətə etiraz etmədi. Məhkəmə tərəflərin fikrini dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı bağışlanmış əmlaka məcburi pay hüququnun tanınması barədə mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Sabit Bəhrəmzadə) icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işlə birləşdirilməlidir. İş materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Sabit Bəhrəmzadənin icraatında (xx.xx.2022-ci il tarixində icraata qəbul edilmişdir) iddiaçı Cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair 2(003)-2131/2022 saylı mülki iş vardır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-2131/2022 saylı və Bakı şəhər Xətai rayon Məhkəməsinin icraatında olan 2(011)- 5672/2022 saylı mülki işlərdə həm tərəflər eyni olduğundan, həm də tərəflər arasında mövcud olan hər iki mübahisə bir-biri ilə bağlı olduğundan (vərəsəliklə bağlı hüquq münasibətlərindən irəli gəldiyindən) həmin mübahisələrə birlikdə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsi, habelə mübahisələrə daha tez və düzgün baxılması üçün daha əhəmiyyətli olduğundan həmin işlər bir icraatda birləşdirilməklə baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 43.1-ci maddəsində də göstərilir ki, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. İş materiallarından da bəlli olur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində (hakimi Sabit Bəhramzadə), hazırkı mülki iş isə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsində (hakim Pərviz Zamanlı) icraata götürülmüşdür. Odur ki, hər iki mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılan Cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işlə birləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbi barədə iddiası üzrə e-2(003)- 2131/2022 saylı mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “bağışlanmış əmlaka məcburi pay hüququnun tanınması” tələbi barədə iddiası üzrə e-2(011)-5672/2022 saylı mülki iş birləşdirilsin. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-5672/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5672/2022
13.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver