Məhkəmə qərarları › İş №e-2(011)-5678/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5678/2023

14.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5678/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər İddiaçı cavabdehlər 2 saylı "Bakı Asan Xidmət" Mərkəzində Notariat Ofisinə, Cavabdeh4 və qeyrilərinə qarşı “vəsiyyətnamə üzrə payların vərəsələr arasında bölünməsi tələbinə dair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər cavabdehlər 2 saylı "Bakı Asan Xidmət" Mərkəzində Notariat Ofisinə, Cavabdeh4, Cavabdeh2 və X2 qarşı - xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 və anası Cavabdeh4 birgə tərtib etdikləri 13 dekabr 2018-ci il tarixli ev vəsiyyətnaməsinin əsas götürülərək, X6 miras qalmış və həmin vəsiyyətnamədə qeyd olunmuş əmlakın iddiaçının və vəsiyyət üzrə digər vərəsələr olan cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il vəfat etmiş X7 və anası Cavabdeh4 birgə tərtib etdikləri 13 dekabr 2018-ci il tarixli ev vəsiyyətnaməsinin əsas götürülərək, X6 miras qalmış Bakı şəhəri , Xətai rayonu, İ.Həbibov küçəsi, ev 62/4, mənzil 10 üzərində vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək mərhum Zumrat Filiyevin vərəsələri Cavabdeh5 və Cavabdeh6 cavabdehlər qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 və anası Cavabdeh4 birgə tərtib etdikləri 13 dekabr 2018-ci il tarixli ev vəsiyyətnaməsinin əsas götürülərək, vəsiyyətnamənin şərtlərinə uyğun olaraq X6 miras qalmış Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küç., ev 62/4, mənzil 10 və “Mitsubishi Pajero” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının və cavabdehlərin vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X14 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-295/2022 saylı qətnaməsinə əsasən iddiaçılar Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisinə, 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı, Cavabdeh5 və Cavabdeh6 qarşı “miras paydan imtinaya dair ərizələrin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi təmin edilərək, Cavabdeh4 Bakı şəhəri 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4207 reyest nömrəli, **********207 saylı, Cavabdeh3 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4166 reyest nömrəli, **********199 saylı, Cavabdeh2 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4198 reyest nömrəli, **********198 saylı ərizələri etibarsız hesab edilmiş, Bakı "ASAN xidmət" mərkəzi notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı adına verilmiş və reyestrdə 2V-1011 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixdə Cavabdeh5 və Cavabdeh6 adlarına verilmiş və reyestrdə 2V608 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Bundan sonra Bakı "ASAN xidmət" mərkəzi notariat ofisində icraatda olan xx.xx.2021-ci il tarixli vərəsəlik işi açıq qalmış, hüquqi məsələlər əvvəlki vəziyyətə qayıtmışdır. Bir neçə gün öncə mərhum atasının anası Cavabdeh4 ilə birlikdə tərtib etdiyi 13 dekabr 2018-ci il tarixli ev vəsiyyətnaməsini mərhumun əşyaları arasından tapmışdır. Dərhal Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinə müraciət edərək atasından qalan miras əmlakın həmin vəsiyyətnamə üzrə bölünməsini tələb etmişdir. Miras əmlakın vəsiyyətnamə üzrə vərəsələr arasında bölünməsi ilə bağlı mübahisə yarandığından, Bakı "ASAN xidmət" mərkəzi notariat ofisi 09 iyul 2023-cü il tarixli, 1019 saylı məktubla iddiaçıya cavab verərək 10 gün müddətində məhkəməyə müraciət etməli olduğunu, əks təqdirdə notariat əməliyyatının aparılmalı olduğunu bildirmişdir. Tərəflərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 və iddiaçının anası Cavabdeh4 birgə tərtib etdikləri 13 dekabr 2018-ci il tarixli ev vəsiyyətnaməsinin əsas götürülərək, vəsiyyətnamənin şərtlərinə uyğun olaraq və vəsiyyətnamədə adları qeyd olunmayan vərəsələrin mirasda məcburi payları nəzərə alınaraq, X6 miras qalmış Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küç., ev 62/4, mənzil 10 və “Mitsubishi Pajero” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının və cavabdehlərin vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan, AZ İİ 153601 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə Balakən şəhərində ölmüş, ölüm səbəbi kimi kəskin respirator çatmamazlığı göstərilmişdir. İş materiallarında olan, xx.xx.2018-ci il tarixli X14 və Cavabdeh4 tərəflərindən imzalanan vəsiyyətnamənin mətnində: “Mən, X14 və Cavabdeh4 Balakən rayonun Şərif kəndində yerləşən ər-arvad olaraq ümumi mülkiyyətdə olan bütün əmlakımızı, həyətyanı torpaq sahəsini, kənd təsərrüfatı təyinatlı torpaq sahələrim (pay torpaq sahələrini) həmin torpaq sahələrin üzərindəki bağları. Fərdi yaşayış evlərini, həmin evlərdə olan bütün əmlakı, Bakı şəhəri, Xətai rayonu İlqar Həbibov küçəsi ev 62/4 mənzil 10-da olan fərdi yaşayış evini, bütün ev əşyalarını, qaraj və balkonu, şəxsi minik avtomaşınını oğlum İddiaçımuza verilməsini vəsiyyət edirik. Oğlum İddiaçı vəsiyyət edilmiş bu əmlaklardan ayraraq, Balakən rayonu Şərif kəndində olan köhnə Findiq bağının cənub tərəfdən sonda olan, şərqdən-qərbə uzanan l-ci cərgə Fındıq ağacları, onların əhatə etdiyi torpaq sahəsi., orada əkilmiş xurma ağacların yarısı (şərqdən-qərbə tərəf hesablamaqla) böyük qızımız Əliyeva (Filiyeva) Zülfiyyə Zumrat qızma, həmin köhnə Findiq bağın cənub tərəfdən olan, şərqdən-qərbə uzanan 2-ci cərgə Fındıq ağacları, onların əhatə etdiyi torpaq sahəsi, bağın cənub tərəfində əkilmiş xurma ağacların yarısından başlayaraq cərgə axırma qədər olan ağaclar (şərqdən-qərbə tərəf hesablamaqla) kiçik qızımız Cavabdeh2ma verilməsini vəsiyyət edirik” qeyd olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli 8i-18908 saylı reyestrdə qeydə alınmış ərizəyə cavab olaraq 10 gün vaxt müddəti ilə məhkəməyə müraciət barədə məlumat gəlmədiyi təqdirdə qanunvericiliyə əsasən notariat əməliyyatının aparılacağı qeyd olunuşdur. İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-295/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisinə, 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı, Cavabdeh5 və Cavabdeh6 qarşı “miras paydan imtinaya dair ərizələrin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi tələbinə dair” iddia təmin edilərək, Cavabdeh4 Bakı şəhəri 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4207 reyest nömrəli, **********207 saylı; Cavabdeh3 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4166 reyest nömrəli, **********199 saylı; Cavabdeh2 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4198 reyest nömrəli, **********198 saylı ərizələri etibarsız hesab edilməsi, Bakı "ASAN xidmət" mərkəzi notariat ofisi tərəfindən xx.xx.2021ci il tarixdə İddiaçı adına verilmiş və reyestrdə 2V-1011 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixdə Cavabdeh5 və Cavabdeh6 adlarına verilmiş və reyestrdə 2V-608 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməsi qət olunmuşdur. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X5 AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçı və o miras əmlakdan 1/3 hissədə pay almasını təsdiq etmiş, miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X9 verilmiş **********17-05101- 093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66.31 kv/m olan mənzildən ibarətdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X11 AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri ünvan 3 ünvanında qeydiyyatdda olan Cavabdeh6 və Cavabdeh5 və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almasını təsdiq etmiş, miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X9 verilmiş **********17-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 66.31 kv/m olan 10 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 62/4, 10 nömrəli mənzil üzərində X7 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5254/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh6 cavabdehlər İddiaçı , X8 və X1 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi barədə iddiası təmin edilərək, Filiyev X4 Habil Yadigar oğlu arasında balanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında verilmiş AE 041258 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməsi qət olunmuşdur. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən 99.60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1186-cı maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Həmin Məcəllənin 1187-ci maddəsinə əsasən, vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasda iştirak edənlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının atası X14 26 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-295/2022 ssaylı qətnaməsi ilə Cavabdeh4 Bakı şəhəri 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4207 reyest nömrəli, **********207 saylı; Cavabdeh3 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4166 reyest nömrəli, **********199 saylı; Cavabdeh2 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4198 reyest nömrəli, **********198 saylı ərizələri etibarsız hesab edilməsi, Bakı "ASAN xidmət" mərkəzi notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı adına verilmiş və reyestrdə 2V-1011 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixdə Cavabdeh5 və Cavabdeh6 adlarına verilmiş və reyestrdə 2V-608 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisində icraatda olan xx.xx.2021-ci il tarixli vərəsəlik işi açıq qalmış, hüquqi məsələlər əvvəlki vəziyyətə qayıtmışdır. Hal-hazırda iddiaçı mərhum atası X14 ilə anası Cavabdeh4 ilə birgə tərtib etdikləri 13 dekabr 2018-ci il tarixli ev vəsiyyətnaməsinin əsas götürülərək, vəsiyyətnamənin şərtlərinə uyğun olaraq X6 miras qalmış Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küç., ev 62/4, mənzil 10 və “Mitsubishi Pajero” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının və cavabdehlərin vərəsəlik payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işi araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının vərəsəlik hüququ “əllə yazılan vəsiyyatnamə” anlayışı işlətmir,bunun əvəzinə “ev vəsiyyətnaməsi” anlayışından istifadə olunur. Ev vəsiyyətnaməsi dedikdə,vəsiyyət edənin öz əli ilə yazıb imzaladığı vəsiyyətnamə başa düşülür. Mülki Məcəllənin 1187-ci maddəsinə əsasən ev vəsiyyətnaməsi notariusa saxlanca vermək vəsiyyət edənin vəzifəsi yox, hüququdur.Yəni vəsiyyət edən ev vəsiyyətnaməsini notariusa saxlanca verə də bilər, verməyə də. Buna görə də əgər o, vəsiyyətnaməni notariusa saxlanca verməzsə, bu hal ev vəsiyyətnaməsinin etibarsız sayılmasına dəlalət etmir.Lakin ev vəsiyyətnaməsinin notariusa saxlanca verilməsinin öz üstünlüyü varki, bu vəsiyyətnamənin itmək və ya məhv olmaq ehtimalını istisna edir. Ev vəsiyyətnaməsi sadə yazılı formada tərtib edilir. Bu o deməkdir ki, onun notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Ev vəsiyyətnaməsi müəyyən üstünlüklərə malikdir. Belə ki, ev vəsiyyətnaməsinin vəsiyyət edənin öz əli ilə yazılıb imzalanması kimi xüsusiyyəti saxtakarlığa yol verilməsi ehtimalını azladır.Texniki vasitələrdən istifadə edilməklə tərtib olunan vəsiyyətnamələri ev vəsiyyətnaməsi kateqoriyasına aid etmək olmaz.Ona görə ki, ev vəsiyyətnaməsinə verilən leqal anlayışdan vəsiyyət edənin həmin vəsiyyətnaməni yalnız öz əli ilə yazmağa borclu olması müəyyənləşdirilir. Texniki vasitələrdən istifadə edilməklə tərtib olunan vəsiyyətnamələr sadə yazılı formalı vəsiyyətnamələrin ayrıca növünü təşkil edir. Sadə yazılı formalı vəsiyyətnamə notarial formanı nəzərdə tutmayan yazılı vəsiyyətnamədir, yəni notariat qaydasında təsdiqlənməyən vəsiyyətnamədir. Deməli, texniki vasitələrdən istifadə etməklə tərtib olunan vəsiyyətnamə növünün ev vəsiyyətnaməsi kimi notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Amma göstərilən növ vəsiyyətnamə ev vəsiyyətnaməsindən fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə aiddir: vəsiyyətnamə texniki vasitələrdən istifadə olunmaqla tərtib edilir; vəsiyyətnaməyə vəsiyyət edənin özü imza qoymalıdır,vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır, şahidlər vəsiyyətnamənin onların yanında texniki vasitələrdən istifadə olunmasını, tərtib edilməsini müvafiq qeyd vasitəsi ilə təsdiqləməlidirlər, şahidlər vəsiyyətnamədə öz adlarını,soyadlarını və yaşayış yerlərini göstərməlidir. Qeyd olunanlara əsasən vəsiyyətnamə bir tərəfli, formal əqddir və buna görə də o, qanunla müəyyənləşdirilən formada tərtib olunmalıdır. Əgər bu formaya riayət olunmazsa, onda vəsiyyətnamə etibarsız sayılır. Bu cür etibarsız vəsiyyətnamələrə forması qüsurlu olan vəsiyyətnamələr deyilir. Forması qüsurlu olan vəsiyyətnamələr qismən yox, tamamilə və bütövlükdə etibarsız sayılır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunan xx.xx.2018-ci il tarixli vəsiyyətnamə vəsiyyət edənin öz dəst-xətti ilə, öz əli ilə yazılmadığından, iki şahidin iştirakı olmadan texniki vasitənin köməyi ilə yazılmış vəsiyyətnamə ev vəsiyyətnaməsi sayılmadığından, qanunla müəyyənləşdirilən formada tərtib olunmadığından iddia təmin edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəmənin hesabına ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər İddiaçı cavabdehlər 2 saylı "Bakı Asan Xidmət" Mərkəzində Notariat Ofisinə, Cavabdeh4, Cavabdeh2 qarşı -xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 və anası Cavabdeh4 birgə tərtib etdikləri 13 dekabr 2018-ci il tarixli ev vəsiyyətnaməsinin əsas götürülərək, vəsiyyətnamənin şərtlərinə uyğun olaraq X6 miras qalmış Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küç., ev 62/4, mənzil 10 və “Mitsubishi Pajero” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının və cavabdehlərin vərəsəlik payının müəyyən edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar