Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-569/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzildə təmir işlərinin aparılmasına icazə verilməsi və s” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları
1. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında yerləşən 1140 kv.m qeyri-yaşayış sahəsini (Bundan sonra – Qeyri-yaşayış sahəsi) cavabdehin sahibliyinə verməyi, cavabdeh isə həmin tikilini söküb, 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə etməklə, həmin ərazidə inşa ediləcək binanın, təmirsiz 1-ci, 2-ci, 3-cü mərtəbələrdə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m sahəsi olan təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.1.2-ci və 2.2.2-ci bəndlərinə əsasən cavabdeh yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsini təhvil verdiyi andan aylıq 8600 manat kirayə haqqı verməyi və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya qeyri-yaşayış sahəsini təhvil verməyi, iddiaçı isə söküntüsü nəzərdə tutulan evdə ona məxsus qeyri-yaşayış sahəsinin boşaldılmasını və cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-199/2021 saylı qətnaməsi ilə iddiaçının "xxxx" MMC-yə qarşı 219,142 manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə 60.000 manat, bank uçot dərəcəsinə görə 12.000 manat olmaqla, ümumilikdə 291,142 manat məbləğində pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 5 manatın cavabdehdən tutularaq ona ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinə və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyriyaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilərək tərəflər arasında 08 mart 2018-ci il tarixli müqavilə ləğv edilməklə cavabdeh tərəfindən iddiaçıya 1.600.000 manat məbləğində pul ödənilməklə İddiaçı Bakı şəhəri, Nobel prospekti 13A ünvanında yerləşmiş sahəsi 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7636/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının iddia tələbi qismən - 15 fevral 2021-ci il tarixədək kirayə haqqının ödənilməsi hissəsində təmin edilərək cavabdehdən kirayə haqqına görə 206.400 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 206,430 manatın alınaraq iddiaçıya verilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30 faiz əlavə edilməklə həmin binada təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinə və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyri yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi tələbinə dair hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 1998/2022 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 7636/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı qeyri-yaşayış sahələrini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə təmirsiz mənzildə tərəfindən təmir işlərinin aparılmasına icazə verilməsi və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması, nə səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbləri barədə cavabdeh tərəfindən məlumatın verilməsi, cavabdehin rəhbərliyi barəsində xüsusi qərardadın qəbul olunaraq prokurorluq orqanlarına göndərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması əsası, tərəflər arasında bağlanmış bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə olmuşdur. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Nobel pr-ti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1 ,2 və 3 – cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin cavabdeh tərəfindən mülkiyyətinə verilməsinə dair, həmçinin qeyd olunan 1482 kv.m qeyri-yaşayış sahəsi ilkin iddia üzrə iddiaçıya təhvil verilənə qədər hər ay 8600 manat kirayə haqqı olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair öhdəlik götürmüşdür. İlk olaraq cavabdeh kirayə haqqı olaraq ödəməli olduğu 8600 manatı ödəmədiyindən yaranmış borca dair tələb irəli sürülmüşdür. Müqavilə üzrə ona təhvil verilməli olan yaşayış və qeyri-yaşayış sahəsi və ümumiyyətlə bina tam inşa olunduğundan mülkiyyətinə, istifadə və sahibliyinə təhvil verilərək, onun mənzilə köçürülməyinə dair ikinci tələb irəli sürülmüşdür. Hər iki tələbin irəli sürülməsi üçün hüquqi zəmin və subyektiv hüquq yaranmışdır. Belə ki, müqavilə üzrə cavabdeh üzərinə düşən öhtəliyi icra etmirdi və bu səbəbdən də məhkəməyə müraciət olunmuşdur. Cavabdeh tərəfindən aralarında bağlanmış xx.xx.2018-ci il tarixli Notariat Reyestrində 3M- 459 saylı qeyd edlmiş müqavilənin ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun pozulması ilə əlaqədar 1 600 000 manat pulun cavabdeh tərəfindən ödənilməklə Bakı şəhəri, Nobel prospekti 13 A ünvanında yerləşmiş 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququqna xitam verilməsi barədə qətnamənin qəbul olunması tələbi ilə qarşılıqlı iddia irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7636/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının iddia tələbi qismən 15 fevral 2021ci il tarixə kimi kirayə haqqının ödənilməsi hissəsində təmin olunmuş, cavabdehdən cəmi 206 430 manat pulun alınaraq iddiaçıya verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. AR Ali Məhkəməsinin 2(102)- 1998/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli Qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7636/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixə kimi kirayə haqqı tutulmuşdur. Lakin həmin tarixdən bu günə kimi cavabdeh tərəfindən 08 mart 2018-ci il tarixli müqavilə üzrə öhtəliklərini yerinə yetirmir, o cümlədən hər ay ödəməli olduğu 8600 manat icarə haqqını ödəməkdən imtina edir. Belə ki, cavabdeh müqavilə üzrə Nobel pr-ti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin ona təhvil verilməsi öhtəliyini icra etməkdən imtina edir. Baxmayaraq bina yalnız sonuncu mərtəbə istisna olmaqla tam inşa olunmuşdur və sonuncu mərtəbəni də bilərəkdən inşası dayandırılıb ki, binada olan yaşayış və qeyriyaşayış sahələrinin təhvil verilməsinin qarşısı alınsın. Tərəflər arasında sonuncu məhkəmə aktı 2023-cü ilin fevral ayında qəbul olunsa da, bu günə kimi qüvvədə olan məhkəmə aktlarının heç biri cavabdeh təfərindən icra olunmur. Həmçinin qeyd olunan binanın inşasının yekunlaşması üçün heç bir addım atılmır. Bundan başqa ona məxsus qeyriyaşayış sahəsində isə təmir işləri aparılır. Onun həmin binaya buraxılmamağı və müqavilənin şərtlərinə əsasən ona verilməli olan yaşayış və qeyri-yaşayış sahələri təmirsiz olaraq verilməlidir. Hal-hazırda orda aparılan təmir işləri, onu narahat edir ki, ona məxsus əmlak cavabdeh tərəfindən qeyri-qanuni yolla özgəninkiləşdirilə bilər. Baxmayaraq ki, Nizami rayon Məhkəməsinin qərardadı ilə Nobel pr-ti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin cavabdeh tərəfindən mülkiyyətinə verilməsinə dair, həmçinin qeyd olunan 1482 kv.m qeyriyaşayış sahəsinin özgəninkiləşdirməsinə qadağa qoyulmuşdur. Cavabdeh bilərərkdən məhkəmələrə yalan məlumat verərək, guya binanın tikilib yekunlaşması üçün hələ 2 mərtəbəsi qalıb və onun inşasına imkanı olmadığını bildirir. Lakin bina artıq inşa olunmuşdur və ilkin lahiyə sənədlərində binanın 18 mərtəbədən ibarət olması göstərilsədə, hal-hazırda guya binanın 20 mərtəbəli olması barədə yalan fikir formalaşdırılır. Ona məxsus yaşayış və qeyri-yaşayış sahəsi inşa olunub və hal-hazırda əgər orda kimlərinsə, təmir aparmasına icazə verilirsə, ona da icazə verilməlidir ən azından ona məxsus əmlakı təmir etsin. Cavabdeh binanın inşa olunub yekunlaşması istiqamətində heç bir addım atmır, həmçinin ödəməli olduğu kirayə haqqınıda ödəməkdən imtina edir. Belə olan halda ən azından ona məxsus əmlakın təmir olunması, ən əsası isə pəncərələrin qoyulmasını təmin etməklə, yağış suyunun içəri axmasının qarşısının alınması tələb olunur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər.
8. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yəhvil verilməsi nəzərdə tutulan binanın tikintisi hələ başa çatmamışdır. Təxminən 3 ay müddətində binaların tikintisi başa çatacaqdır. Həmçinin iddiaçının ona verilməsini iddia etdiyi və binaya yerli baxış zamanı göstərdiyi sahə müqavilə ilə ona təhvil verilməsi nəzərdə tutulan sahə deyil.
İşə baxan məhkəmənin mövqeyi:
9. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
10. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 08 mart 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1,2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyriyaşayış sahəsinin (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilməsinə dair, həmçinin qeyd olunan 1482 kv.m qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilənə qədər hər ay 8600 manat kirayə haqqı olaraq "xxxx" MMC tərəfindən İddiaçı ödənilməsinə dair öhdəlik götürülmüşdür.
11. İddiaçı qeyri yaşayış sahəsində və mənzildə təmir işlərinin aparılmasına icazə verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi mahiyyət etibarilə mənzilin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi deməkdir. Lakin, məhkəmə qeyd edir ki, mənzildə və qeyri-yaşayış sahəsində təmir işlərinin aparılması təmin edilə bilməz. Belə ki, həm məhkəmə araşdırması zamanı, həm də mübahisə predmeti olan yüksəkmərtəbəli binana yerində baxış zamanı müəyyən olunmuşdur ki, binanın inşası tam başa çatmamış, binada təmir tikinti işləri hələ də davam etməkdədir.
12. İddiaçı iddia tələbinin əsası kimi mənzildə təmir tikinti işlərinin başa çatdığını bildirsə də, qeyd edildiyi kimi müəyyən olunur ki, təmir tikinti işləri hələ də davam etməkdədir. Tikintisi başa çatmayan, istismara buraxılma aktı mövcud olmayan binada müvafiq mənzil və ya qeyri-yaşayış sahəsində təmir işlərini aparılmasına icazə verilməsi həm mümkün deyil, həm də iddia təmin edildiyi təqdirdə qətnamənin icrası mərhələsində qeyri-müəyyənliklərə səbəb olacaq və icrası mümkün olmayan qətnamə qəbul edilmiş olacaqdır.
13. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı əvvəllər də mənzilin və qeyiyaşayış sahəsinin ona təhvil verilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etsə də, həmin iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 752/2023 saylı qətnaməsində də qeyd edilmişdir ki, “qeyd edilən ünvanda inşa edilməkdə olan çoxmənzilli yaşayış binasında tikinti işləri başa çatmamışdır və hal-hazırda da davam etməkdədir. Burada həmçinin nəzər alınmalıdır ki, qarşılıqlı iddiaçı artıq bir dəfə eyni tələbə dairiddia ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. İddianı rədd edərkən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, inşa edilən binanın tikintisi tam başa çatdırılmadığına və bina istismara verilmədiyinə görə inşa edilən binanın 1, 2 və 3-cü mərtəbələrində - hər bir mərtəbədə 494 kv.metr olmaqla ümumi sahəsi 1482 kv.m olan təmirsiz qeyri-yaşayış sahəsinə (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.metr sahəsi olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnuinh tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsi də mümkün deyildir. Göründüyü kimi, qarşılıqlı iddiaçı eyni tələbi yenidən irəli sürərkən həmin qətnamənin qəbul edilməsindən sonrakı müddət ərzində binanın tikintisinin başa çatmasına istinad etmişdir. Lakin qeyd edildiyi kimi, hazırkı işin araşdırılan halları ilə binanın tikintisinin yekunlaşmadığı, tikinti işlərinin davam etdiyi müəyyən olunmuşdur.”
14. Həmçinin iş materiallarında Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının layihəsindən də görünür ki, layihədə binanın 20 mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur. Lakin, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki müəyyən edilir ki, hal-hazıradək binanın 18 mərtəbəsi inşa edilmişdir.
15. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi qəbul edildikən sonra da hər hansı dəyişiklik baş verməmiş, binanın inşası başa çatdırılmamışdır.
16. Digər bir tərəfdən, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, iddiaçının təmir işlərinin apraılmasına icazə verilməsini tələb etdiyi və binaya yerin də baxış zamanı da onun olduğunu iddia etdiyi sahə tərəflər arasındakı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilməsi nəzərdə tutulan sahə deyil. Məhkəmə qeyd edir ki, tərəflər arasında razılaşmaya əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sökülməli onun yerində bina tikilməli və həmin qeyri-yaşayış sahəsinin yanındakı binadan iddiaçıya mənzil verilməli idi. Lakin, yerli baxış zamanı məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahə iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerində deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçınən təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahəyə dair iddiaçının sahiblik və istifadə hüququ tanınması öz təsdiqini tapmadığında iddia təmin edilə bilməz.
17. Məhkəmə iddia tələbinin cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı həmin qanunsuz hərəkətlərin dəqiq olaraq nədən ibarət olmasını iddia tələbində qeyd etməmişdir.
18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı