Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5725/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı - cavabdehdən 1720 manat məbləğində sığorta ödənişinin əvəzi və 37,20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci tarixli PAZ********** №-li “Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Fiat Doblo” minik markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində ** LD *** dövlət qeydiyyat nişanlı “Hyundai Santa fe” markalı avtomobili və ** MU *** dövlət qeydiyyat nişanlı “Tofash Şahin” markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ X3 iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.6-cı və 332.4-cü maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış və AR İXM-nin 332.4-cü və 327.6-cı maddəsi ilə TP 10734083 qərar yazılmışdır. “Hyundai Santafe” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasıtəsinə dəymiş zərərlə bağlı 1020 manat ödənişi verilmişdir. “Tofash Şahin” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 700 manat ödəniş verilmişdir. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə iştirakları olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Fiat Doblo” minik markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Santa fe” minik markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilə 1020 manat məbləğində maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Fiat Doblo” minik markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil “Tofash Şahin” minik markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə 700 manat məbləğində maddi ziyan vurmuşdur. xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Fiat Doblo” minik markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən müqavilə ilə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasna dair məlumatdan görünür ki, “Hyundai Santa fe” minik markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilə 1020 manat zərər dəymişdir. xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasna dair aməlumatdan görünür ki, “Tofash Şahin” minik markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə 700 manat zərər dəymişdir. xx.xx.2022-ci il tarixli izahatda X2 bildirir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 08:18 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Santa fe” minik markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binə qəsəbəsindən Binə körpüsünə tərəf hərəkətdə ola zaman “Tofash Şahin” minik markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobil idarəsini itirərək onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı Ruslan Əliyevin avtomobilinin sol arxa qanad, sol ön və arxa qapılar, sol yan güzgü və digər hissələri zədələnmişdir. Hadisə zamanı avomobildə tək olmuş heç bir xəsarət almamışdır. Hadisəyə səbəb olan “Fiat Doblo” minik markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü maşında xəstəsinin olduğunu bildirərək hadisə yerindən uzaqlaşmışdır. xx.xx.2022-ci tarixdə tərtib edilmiş X3 Protokoldan görünür ki, “Fiat Doblo” minik markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən AR İXM-nin 327.6-cı, 332,4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 37,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə saat 08:18 radələrində “Hyundai Santa fe” minik markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən “Tofash Şahin” minik markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisəyə səbəb “Fiat Doblo” minik markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh səbəb olmuşdur. Nəticədə avtomobillərə maddi ziyan dəymişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Hyundai Santa fe” minik markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilə 1020 manat maddi zərər, “Tofash Şahin” minik markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 700 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra "xxxx" ASC tərəfindən zərərçəkən “Hyundai Santa fe” minik markalı ** LD *** dövlət qeydiyyat nişanlı və “Tofash Şahin” minik markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş maddi zərər görə 1720 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, hadisə “Fiat Doblo” minik markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət, Cavabdeh üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1720 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 37,20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1720 (min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 37,20 (otuz yeddi manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5725/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5725/2022
14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver