Məhkəmə qərarları › İş №e-2(011)-5790/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5790/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5790/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

İşə baxan məhkəmənin mövqeyi:

3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır.

4. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması mülki prosessual qanunvericiliyin tələblərindən biridir.

5. Ərizə əsasında müəyyən edilmişdir ki, iddiaçının tələbi lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsidir. Hazırki iddia tələbi qiymətləndirilməyən iddia kateqoriyasına aid edilməklə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 100 manat dövlət rüsumu ödənilməlidir.

6. Hazırki iddia tələbi üzrə İddiaçı MMC xx.xx.2023-cü il tarixdə 30,55 (otuz manat 55 qəpik) dövlət rüsumu ödəmişdir. Ödənilmiş bu dövlət rüsumu qanunvericilikdə nəzərdə tutulmuş miqdardan az olmaqla yanaşı həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı daxili lizinq müqaviləsinin ləğvi və digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1216/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə yanaşı ödənilmiş dövlət rüsumu da geri qaytarılmışdır. Qərardad qanuni qüvvəsini aldıqdan sonra dövlət rüsumunun qaytarılması hissəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldilmişdir. İddiaçı artıq qanuni qüvvəsini almış qərardad əsasında geri qaytarılmış dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi (qəbzi) hazırki iş üzrə bir daha istifadə etmişdir. Beləliklə, dövlət rüsumu qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır.

7. Eyni zamanda ərizənin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunur.

8. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:

1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.

2. İddiaçı "xxxx" MMC-yə hazırkı ərizə ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar