Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5834/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Mehtiyeva Nailə Amur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Sığorta cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kommunal ödənişlərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllə, 66, 66B, 68, 68A, 68B və 70 saylı çoxmənzilli binaların tərkib hissələrinin (mənzillərin) mülkiyyətçilərinin qərarına əsasən yaradılmışdır. Cəmiyyətin fəaliyyət istiqaməti göstərilən binalarda yerləşən mənzillərin kommunal təchizatının təşkil edilməsi, kommunal ödənişlərin sahə mülkiyyətçilərindən toplanmasını və aidiyyəti üzrə ödənilməsinin həyata keçirilməsi, habelə yaşayış binalarının ümumi istifadədə olan hissələri və mənzillərin istismarı ilə bağlı qanunla qadağan olunmayan digər fəaliyyətdir. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 9, 36 saylı mənzil, xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdeh X4 mülkiyyətindədir. Ş.Məmmədovun həmin mənzilə görə xx.xx.2025-ci il tarixə "xxxx" MMMC-yə 1069.02 manat, xx.xx.2023-cü il tarixə "xxxx" MMC-yə 1319 manat borcu yaranmış, "xxxx" MMC ilə "xxxx" MMMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli tələbin güzəşti müqaviləsinə əsasən, sonuncu tələbini iddiaçıya güzəşt etmişdir. Beləliklə, X4 iddiaçıya 2388.02 manat borcu vardır. Bakı ş., Xətai r-nu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllə, 70 saylı evin 43 saylı mənzili, Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzilə görə, Cavabdeh1 iddiaçıya 844.24 manat borcu yaranmışdır. Yaranmış borcların ödənilməsi ilə bağlı, cavabdehlərə pretenziya məktubları göndərilmiş, lakin cavabdehlər pretenziyada göstərilən tarixlərədək borclarını ödəməmişlər. Həmin zərurətdən, iddiaçı kommunal ödənişlər üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməyi zəruri hesab etmişdir.
İddiaçının tələbi:
2. Cavabdeh1 844 manat 24 qəpik, X4 iddiaçıya 2388 manat 02 qəpik vəsaitin, həmçinin ödənilmiş 52 manat 33 qəpik dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub, İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və digər sənədlər təqdim edilməmişdir.
Tərəflərin izahatı:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin ayrı-ayrı şəxsi hesab vərəqələri təqdim olunmuşdur. Burdan görünür ki, hər birinin nə qədər miqdarda borcu vardır. İddiaçı xidmət göstərdiyi vaxtdan əlavə kommunal ödəniş cədvəlində borc yaranıb.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, iddia tələbinə etiraz edir və rədd edilməsini xahiş etmişdir.
6. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. xx.xx.2025-ci il tarixli tələbin güzəşt edilməsi barədə müqaviləyə əsasən, Bir tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nümayəndə1 şəxsində, digər tərəfdən nizamnamə əsasında xx.xx.2025-ci il faəliyyət göstərən İddiaçı, X6 şəxsində, bu məzmunda müqaviləni imzalamışlar ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 66 saylı binanın, 41 saylı mənzilə dair üzvlük haqqı üzrə şəxsi vərəqəyə əsasən, mənzilin mülkiyyətçisi Cavabdeh2, "Kommunal Ödənişlər” Məhdud Məsuliyyətli Cəmiyyətinə, xx.xx.2023-cü il tarixədək olan müddət üçün 1 319,00 (bir min üç yüz on doqquz) manat borcu vardır. 2023-cü ilin yanvar ayının 1-dən etibarən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 66 saylı binaya kommunal xidmətlərin göstərilməsini "xxxx" MMMC həyata keçirdiyi nəzərə alınaraq, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 66 saylı binanın, 41 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 "Kommunal Ödənişlər” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1069,02 manat borcun tələbi, "xxxx" MMC tərəfindən, "xxxx" MMMC-nin xeyrinə güzəşt edilir. Tərəflər, tələbin güzəşt edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsindən irəli gələn hüquq və vəzifələr barədə məlumatlıdırlar.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2018-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindan çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 126.8 kv.m olan mənzil Cavabdeh1 mülkiyyətindədir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsinin ünvan 2 ünvanında yerləşən mənzilin **********76-05301-093043 reyestr nömrəli Texniki pasportu.
10. "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, müqavilənin predmeti "icraçı"nın müvafiq sənədləşmələrə əsasən, ünvan 3 ünvanda tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə "Alıcı"ya satmasından, "Alıcı"nın isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 1 Saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini "Alıcı"nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir.
11. İddiaçı MMMC (bundan sonra "Sifarişçi") ilə FM Technics" MMC (bundan sonra "Podratçı"), "xxxx" MMMC-nin İH-nin Sədri Nümayəndə1 şəxsində, digər tərəfdən, "xxxx" MMC-nin direktoru X2 şəxsində bağlandıqları xx.xx.2025-ci il tarixli № 001 saylı Malların təqdim edilməsi və Xidmət müqaviləsinə əsasən, "Sifarişçi" Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllədə yerləşən 17 mərtəbəli yaşayış binalarının, ev 68, giriş 2də "SODİMAS" markalı sol sərnişin lifti, makina motor komplektini liftinin Türkiyənin İstanbul zavodundan öz vəsaiti ilə alınmasını, gömrük rəsmiləşdirilməsini, Bakıya ünvana çatdırılmasını və quraşdırılmasını həyata keçirilməsini və xidmətinin "Podratçıya sifariş verir və "Podratçı” həmin sifarişi yerinə yetirir. Müqavilə imzalandığı gündən 2 (iki) ay müddətində qüvvədədir.
12. İddiaçı MMMC (bundan sonra "Sifarişçi") ilə FM Technics" MMC (bundan sonra "Podratçı"), "xxxx" MMMC-nin İH-nin Sədri Nümayəndə1 şəxsində, digər tərəfdən, "xxxx" MMC-nin direktoru X2 şəxsində bağlandıqları xx.xx.2025-ci il tarixli № 001 saylı Malların təqdim edilməsi və Xidmət müqaviləsinə əsasən, "Sifarişçi" Xətai rayonu, Məhəmməd Hadi küç., 2945-ci məhəllədə yerləşən 17 mərtəbəli yaşayış binalarının, ev 68, giriş 2-də "SODİMAS" markalı sol sərnişin lifti, makina motor komplektini liftinin Türkiyənin İstanbul zavodundan öz vəsaiti ilə alınmasını, gömrük rəsmiləşdirilməsini, Bakıya ünvana çatdırılmasını və quraşdırılmasını həyata keçirilməsini və xidmətinin "Podratçı'ya sifariş verir və "Podratçı” həmin sifarişi yerinə yetirir. Müqavilə imzalandığı gündən 2 (iki) ay müddətində qüvvədədir.
13. İddiaçı MMMC (bundan sonra "Sifarişçi") ilə fiziki şəxs (bundan sonra "İcraçı"), cəmiyyətin direktoru X7 arasında bağlanmış xx.xx.2025-ci il tarixli № 001 saylı İş və xidmət müqaviləsinə əsasən "sifarişçi" Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllədə yerləşən kompleksin binalarının girişlərinə, liftlərin qarşısına və daxilinə kamera sisteminin mərkəzləşdirilmiş qaydada quraşdırılmasını həyata keçirilməsini və xidmətinin "İcraçı"ya sifariş verir və "İcraçı" həmin sifarişi mütəmadi olaraq yerinə yetirir. Müqavilə imzalandığı gündən 5 (beş) il müddətində qüvvədədir.
14. xx.xx.2025-ci il tarixli, № 001 saylı Təhvil-təslim aktına əsasən müqavilə əsasında təhvil verilmmiş malların dəyəri 8,737.60 manat təşkil etmişdir. Təhvil verən X7, təhvil alan isə "xxxx" MMMC İH-nin Sədri Nümayəndə1dir.
15. "Kommunal Xidmətlər Gələcəkdə «İcraçı» adlanacaq müəssisənin nizamnaməsinə əsasən fəaliyyət göstərən Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Müəssisəsi" MMC-nin direktoru X1 şəxsində, digər tərəfdən gələcəkdə “Sifarişçi adlanacaq "xxxx" MMMC İH-nin Sədri Nümayəndə1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 113105 saylı müqaviləyə əsasən "İcraçı" "Sifarişçi"-yə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təhvil verilməsini, "Sifarişçi" isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir.
16. Fotoşəkillər, cədvəllər, ödəniş tapşırıqları və kassa məxaric orderləri.
17. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüqu
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. 37.2. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 38.3. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması qaydaları qanunvericiliklə müəyyən edilir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 136.1. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.1.2. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq. Çoxmənzilli binanın ümumi əmlakının əsaslı təmiri yaşayış fondunun mülkiyyətçisinin hesabına həyata keçirilir; 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəflərin izahını dinləyərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
22. İddia tələbi yaşayış sahələrinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin yaratdığı Müştərək Cəmiyyət tərəfindən göstərilən xidmət haqlarının alınması barədədir. İşin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 9, 36 saylı mənzil, xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdeh X4 mülkiyyətindədir. Ş.Məmmədovun həmin mənzilə görə xx.xx.2025-ci il tarixə "xxxx" MMMC-yə 1069.02 manat, xx.xx.2023-cü il tarixə "xxxx" MMC-yə 1319 manat borcu yaranmış, "xxxx" MMC ilə "xxxx" MMMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli tələbin güzəşti müqaviləsinə əsasən, sonuncu tələbini iddiaçıya güzəşt etmişdir. (§7) Bakı ş., Xətai r-nu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllə, 70 saylı evin 43 saylı mənzili, Cavabdeh1 mülkiyyətindədir.
23. Mənzil qanunvericiliyinin imperativ göstərişinə əsasən müvafiq müddət ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırda tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə olmasa da, cavabdeh iddiaçının təmin etdiyi kommunal xidmətlərdən istifadə etməklə, bu xidmətdən imtina etməmiş, həmçinin göstərilən xidmətlərin əvəzsiz olmadığını bildiyi halda ödənişlərlə bağlı narazılıq olduğu təqdirdə, bununla bağlı iddiaçıya müraciət etməmiş, iddiaçının göstərdiyi kommunal xidmətlərdən yararlanmışdır.
24. Məhkəmə qeyd edir ki, İddiaçı MMMC-nin Nizamnaməsinin 3.1.3-ci maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X4 iddiaçıya 2387,82 manat borcu, Cavabdeh1 isə 844.24 manat borcu yaranmışdır. Yaranmış borcların ödənilməsi ilə bağlı, cavabdehlərə pretenziya məktubları göndərilmiş, lakin cavabdehlər pretenziyada göstərilən tarixlərədək borclarını ödəməmişlər.
25. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğin müəyyən edilməsi adi riyazi üsulla hesablanmaqla bunun üçün xüsusi bilik tələb edilmir. Mülki iş materiallarına əlavə edilmiş sənədlər üzrə məlum olur ki, iddiaçı Xətai 36 MMMC-yə Cavabdeh1 844,24 (səkkiz yüz qırx dörd manat iyirmi dörd qəpik) manat, cavabdeh X4 isə 2388 manat 02 qəpik deyil, 2387,82 (iki min üç yüz səksən yeddi manat səksən iki qəpik) manat məbləğində xidmət haqqı ödəməmişdir. Bu səbəbdən iddia əsaslı olsa da qismən təmin edilməlidir.
26. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 844,24 (səkkiz yüz qırx dörd manat iyirmi dörd qəpik) manat, cavabdeh X3 2387,82 (iki min üç yüz səksən yeddi manat səksən iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir.
Məhkəmə xərcləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 52,32 manat dövlət rüsumu cavabdehlərə müştərək qaydada aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdeh1 844,24 (səkkiz yüz qırx dörd manat iyirmi dörd qəpik) manat, X3 2387,82 (iki min üç yüz səksən yeddi manat səksən iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,32 (əlli iki manat otuz iki qəpik) manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və X3 tutularaq İddiaçınə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova