Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5899/2023 04.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, "Azəriqaz” X1 X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış itirilmiş qazın bərpasına dair 12.960 m3 qazın dəyəri olan 1555,20 manat borc əsassız olduğuna görə **********00200 saylı abonent kodundan silinməlidir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, “Azemis” Məhkəmə İdarəetmə Sistemindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz” X1 X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış itirilmiş qazın bərpasına dair 12.960 m3 qazın dəyəri olan 1555,20 manat borcun **********00200 saylı abonent kodundan silinməsi barədə qətnamənin qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3972/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin iddia tələblərinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, eyni iddia tələbi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında (hakim Samirə Eyvazova) iş olduğundan hazırki mübahisə üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-5899/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5899/2023
04.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver