Məhkəmə qərarları › İş №e-2(011)-6025/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6025/2025

12.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6025/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsi verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokurorluğunun X6 kassasına təhvil verilmiş maddi sübut qismində tanınmış, X3ndan miras qalmış 32800 manat məbləğində pula, eyni zamanda cəmi 3588 manat dəyərində olan qızıl-zinət əşyalarına İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokurorluğunun X6 kassasına təhvil verilmiş maddi sübut qismində tanınmış, X3ndan miras qalmış 32800 manat məbləğində pula, eyni zamanda cəmi 3588 manat dəyərində olan qızıl-zinət əşyalarına İddiaçı "vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı bacısı X12 07 aprel 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında üzərinə neft məhsulu tökərək özünü yandıraraq intihara cəhd etmiş, həmin zaman X9 Babayevaya kömək etmək məqsədi ilə yanğını söndürən zaman özü də bədən xəsarəti almış, hər ikisi 08 aprel 2024-cü il tarixdə, saat 00:30 radələrində X22 yanıq şöbəsinə yanıq xəsarətləri ilə yerləşdirilmişdirlər. Toplanmış materiala əsasən X3nın özünü öldürmə həddinə çatdırılması nəticəsində intihara cəhd etməsi ehtimalı olduğundan fakta görə 08 aprel 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 11 aprel 2024-cü il tarixdə, saat 04:35-də X2 Tibb Mərkəzinin yanıq şöbəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Belə ki, İdris Səfərov ilə mərhum Tutu Babayeva sonuncunun mənzilində faktiki olaraq birgə ər-arvad kimi yaşamışlar. Lakin onların arasında rəsmi nikah olmamışdır. 04 iyun 2024-cü il tarixdə X1 Tibb Mərkəzinin yanıq şöbəsində aldığı xəsarətlərdən vəfat etmişdir. X8 intihar etməsi faktında istintaq edilən cinayət işi üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsasına görə 08 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. X3 uzun illər "xxxx" MMC-də stansiya növbətçisi işləmişdir. O, əvvəllər heç vaxt ailə qurmamışdır. Azərbaycan Respublikasının Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu 369 saylı ailəlik qəsəbənin MKİS-i tərəfindən ona Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi 30/97, bina 6-da yerləşən 25 nömrəli mənzil verilmişdir. Həmin mənzildə faktiki olaraq 05 yanvar 2020-ci il tarixdə ailə qurduğu İdris Səfərov ilə yaşamışdır. X28 ərizəçinin bacısından əvvəl ailəsi olmuş, həmin nikahından 2 (iki) övladı olmuşdur. İdris Səfərovun övladları iddiaçının bacısıgillə birgə yaşamamışdır. X24 həmişə işləyib, öz maaşını yığıb saxlamışdır, özünə zərurət olanda qızıl-zinət əşyaları da almışdır. Son vaxtlar iddiaçının bacısı ilə əri arasında münasibətləri yaxşı olmamışdır. Bunun əsas səbəbi X28 spirtli içki qəbul etməsi, içəndə Tutu Qəhrəmanovanı təhqir etməsi və s. hallar olmuşdur. X25 intihara cəhd edərək özünü yandırmasının səbəbi də 07 aprel 2024-cü il tarixdə X28 yenə də içkili olması, həyətdə səs-küy salaraq uca səslə danışması, bundan sonra Tutu Babayevanı nalayiq sözlərlə təhqir etməyə başlaması olmuşdur. X24 vəfat etməzdən əvvəl məhz iddiaçıya yaşadığı evdə 32800 manat pul və qızıl-zinət əşyalarının olmasını bildirərək, xəstəxana xərclərinə və ya digər xərclərə ehtiyac olduqda istifadə etməyini bildirmişdir. Lakin, iddiaçı bütün xəstəxana və dəfn xərclərini öz şəxsi vəsaiti hesabına ödəmişdir. Həqiqətən də, hadisə yerinin baxışı zamanı aşkar olunmuş 32800 manat pul və cəmi 3588 manat dəyərində olan zinət əşyaları aşkar edilmiş, maddi sübut qismində tanınaraq saxlanılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun X6 kassasına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixli, ********* saylı məktubuna əsasən maddi sübut qismində tanınmış 32800 AZN, eyni zamanda cəmi 3588 manat dəyərində olan zinət əşyalarına sərəncam verilməsi ilə bağlı mübahisələrin həlli üçün mülki qaydada aidiyyəti üzrə instansiya məhkəmələrinə müraciət edilməsi tövsiyə edilmişdir. Bundan əlavə, bildirmək istəyirəm işin bütün halları istintaqı aparılan cinayət işində öz əksini tapmışdır. Belə ki, məhrum Tutu Qəhrəmanova qonşuları, qohumları tərəfindən müsbət xarakterizə olunmuş, onun zəhmətkeş qadın olduğu ifadələrlə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında da zərurət olduğu halda həmin şahidlərin məhkəmə iclasında iştirakı tərəfimizdən təmin ediləcəkdir. Bakı şəhəri 32 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2024-cü il tarixli, X-4078 saylı məktubdan da görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X7 qalmış mirasın qəbulu ilə əlaqədar vərəsəsi Zəngilan rayonu, Yenikənd kəndində qeydiyyatda olan İddiaçı və digər qardaşı, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh3 ərizələrinə əsasən vərəsəlik işi açılmışdır. Qeyd etmək istəyirəm ki, X3nın digər bacı və qardaşları İddiaçı xeyrinə miras paydan notarial qaydada ərizə təqdim etməklə imtina etmişlər. Ona görə də Azərbaycan Respublikasının Baş Prokurorluğunun X6 kassasına təhvil verilmiş maddi sübut qismində tanınmış, X3ndan miras qalmış 32800 manat məbləğində pulun, eyni zamanda, cəmi 3588 manat dəyərində olan zinət əşyalarına İddiaçı mülkiyyət hüququnun tanınmalı olduğunu hesab edirəm. Göründüyü kimi, iddiaçı mərhum bacısının ikinci növbə vərəsəsidir və mirası faktiki qəbul etmişdir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən iddiaçının nümayəndəsi-vəkili Vəkil göndərilmiş xx.xx.2024-cü il tarixli, X-4078 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X7 qalmış mirasın qəbulu ilə əlaqədar vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh3 və ünvan 3vanında qeydiyyatda olan İddiaçı ərizələrinə əsasən vərəsəlik işi açılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1174/24 nömrəli arayışdan görünür ki, X12 xx.xx.1971-ci ildə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur. Bu barədə xx.xx.1971-ci il tarixdə Beyləqan rayon, Qəhrəmanlı icra nümayəndəliyində 104 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, milliyyəti azərbaycanlı, anası X11, milliyyəti azərbaycanlı. xx.xx.2024-cü ildə vəfat etmiş T.Q.Babayevanın ölümü xx.xx.2024cü il tarixdə 208 №li akt qeydi ilə 7 saylı Bakı "ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1175/24 nömrəli arayışdan görünür ki, X11 16 noyabr 2015-ci ildə ölmüşdür. Ölüm haqqında 24 noyabr 2015-ci il tarixli 984 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi ürəyin işemik xəstəliyi, öldüyü yer Bakı şəhəridir. Ölümün qeydə alındığı yer 1 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat Şöbəsidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1177/24 nömrəli arayışdan görünür ki, X14 04 noyabr 1988-ci ildə ölmüşdür. Ölüm haqqında 05 noyabr 1988-ci il tarixli 13 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: Ürəyin işemik xəstəliyi, Öldüyü yer: Zəngilan rayonu Yenikənd İ.N, Ölümün qeydə alındığı yer: Zəngilan rayonu, Alıbəyli icra nümayəndəliyidir. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/7-N-741-2024 nömrəli arayışdan görünür ki, İddiaçı Qəhraman oğlu xx xxxxxx 1966-cı ildə Azərbaycan Respublikası Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur. Bu barədə xx.xx.1966-cı il tarixdə Beyləqan rayon Qəhramanlı İcra nümayəndəliyi tərəfindən 42 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X5, milliyyəti azərbaycanlı, anası X16, milliyyəti azərbaycanlıdır. İş materiallarında olan AZ-İİ seriyarlı, 437429 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Güvən vəkil bürosunun vəkili Vəkil göndərilmiş ********* nömrəli məktubdan görünür ki, 08 aprel 2024-cü il tarixdə saat 01:57-də Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin növbətçi hissəsindən 1963-cü il təvəllüdlü X17 və 1971-ci il təvəllüdlü X8 müxtəlif dərəcəli yanıq xəsarətləri ilə X22 yanıq şöbəsinə daxil olması barədə məlumat verilmişdir. Toplanmış materiala əsasən X3mın özünü öldürmə həddinə çatdırılması nəticəsində intihara cəhd etməsi ehtimalı olduğundan fakta görə 08 aprel 2024-cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqın aparılması Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Rəşad Gülməmmədliyə həvalə edilmişdir. 11 aprel 2024-cü il tarixdə saat 04:35-də X2 Tibb Mərkəzinin yanıq şöbəsində aldığı xəsarətlərdən vəfat etmişdir. 04 iyun 2024-cü il tarixdə X1 Tibb Mərkəzinin yanıq şöbəsində aldığı xəsarətlərdən vəfat etmişdir. X8 intihar etməsi faktında istintaq edilən cinayət işi üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsasına görə 08 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Hadisə yerinin baxışı zamanı aşkar olunmuş 32800 AZN, ümumilikdə 3588 manat dəyərində olan zinyət əşyaları maddi sübut qismində tanınaraq saxlanılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun X6 kassasına təhvil verilmişdir. Sonda maddi sübut qismində tanınmış 32800 AZN, ümumilikdə 3588 manat dəyərində olan zinyət əşyalarına sərəncam verilməsi ilə bağlı mübahisələrin həlli üçün mülki qaydada aidiyyatı üzrə instansiya məhkəmələrinə müraciət edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh3 X8 qardaşıdır, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X8 faktiki olaraq birgə ər-arvad kimi yaşadığı X17 övladlarıdır, xx.xx.2024-cü il tarixdə X23 və X12 müxtəlif dərəcəli yanıq xəsarətləri ilə X22 yanıq şöbəsinə daxil olmuş, fakta görə xx.xx.2024-cü il tarixdə cinayət işi başlanmış, hadisə yerinin baxışı zamanı aşkar olunmuş 32800 AZN, ümumilikdə 3588 manat dəyərində olan zinyət əşyaları maddi sübut qismində tanınaraq saxlanılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun X6 kassasına təhvil verilmişdir, X12 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmiş, xx.xx.2024-cü il tarixdə qeyd edilmiş cinayət işi üzrə icraata xitam verilmiş, X7 qalmış mirasın qəbulu ilə əlaqədar vərəsələri iddiaçı Cavabdeh3 və cavabdeh İddiaçı ərizələrinə əsasən Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır, iddiaçı X8 faktiki yaşadığı evdə aşkar edilmiş və maddi sübut qismində tanınmış 32800 AZN məbləğində pul vəsaitini və ümumilikdə 3588 manat dəyərində olan zinət əşyalarını vərəsəlik yolu ilə öz adına keçirmək üçün Binəqədi rayon Prokurorluğuna müraciət etmiş, lakin Prokurorluq maddi sübut qismində tanınmış 32800 AZN, ümumilikdə 3588 manat dəyərində olan zinət əşyalarına sərəncam verilməsi ilə bağlı mübahisələrin həlli üçün mülki qaydada aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Bununla belə iddiaçının vərəsəlik hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinin “Azərbaycan Respublikasının Baş Prokurorluğunun X6 kassasına təhvil verilmiş maddi sübut qismində tanınmış, X3ndan miras qalmış 32800 manat məbləğində pula, eyni zamanda cəmi 3588 manat dəyərində olan qızıl-zinət əşyalarına İddiaçı vərəsəlik hüququnun tanınması“ hissəsinə münasibətdə qeyd edir ki, qeyd edilmiş əmlak X8 miras əmlakına daxil olduğundan və iddiaçı X7 qalmış mirasın qəbulu ilə əlaqədar notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verdiyindən, eyni zamanda iddiaçının vərəsəlik hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməli, Azərbaycan Respublikasının Baş Prokurorluğunun X6 kassasına təhvil verilmiş maddi sübut qismində tanınmış, X3ndan miras qalmış 32800 manat məbləğində pula, eyni zamanda cəmi 3588 manat dəyərində olan qızıl-zinət əşyalarına İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə, iddia tələbinin “vərəsəlik şəhadətnaməsinin verilməsi" hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının X7 miras qalmış əmlaka vərəsəlik hüququ tanınsa da, vərəsələrin miras qalmış əmlaka dair payları müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1244-cü maddəsinə əsasən, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1274-cü maddəsin əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən, əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli Qərarı ilə formalaşdırılmış hüququi mövqeyə əsasən, mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 16 oktyabr tarixli Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi İlə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının Baş Prokurorluğunun X6 kassasına təhvil verilmiş maddi sübut qismində tanınmış, X3ndan miras qalmış 32800 manat məbləğində pula, eyni zamanda cəmi 3588 manat dəyərində olan qızıl-zinət əşyalarına İddiaçı vərəsəlik hüququ tanınmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının Baş Prokurorluğunun X6 kassasına təhvil verilmiş maddi sübut qismində tanınmış, X3ndan miras qalmış 32800 manat məbləğində pula, eyni zamanda cəmi 3588 manat dəyərində olan qızıl-zinət əşyalarına İddiaçı vərəsəlik hüququ tanınsın. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar