Məhkəmə qərarları › İş №e-2(011)-6044/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6044/2023

04.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6044/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı ASC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı sudan istifadəyə görə yaranmış 232,83 manat borcunun (abanoent kodu: **********022) və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etsə də, əlavə edilmiş ********* nömrəli qəbzin surətindən görünür ki, dövlət rüsumu xx.xx.2022ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinə ödənilmişdir. Hazırkı iddia ərizəsi isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 1 il sonra, xx.xx.2023-cü il tarixdə verilmişdir. Bundan başqa, iş materialları əsasında müəyyən olunur ki, hazırki iddia ərizəsinə əladə edilmiş dövlət rüsumu Bakı şəhər Xətai rayon Məhkəməsinin icraatında olan digər bir e-2(011)-3918/2023 saylı iş üzrə iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmişdir. Həmin iş üzrə iddia ərizəsi Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(011)-3918/2023 saylı qərardadı ilə baxılmamış saxlanılmış lakin, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, işə baxılması məqsədilə iddiaçının ödədiyi dövlət rüsumu qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun ödənilmədiyindən yəni, dövlət rüsumu iddia ərizəsinin verilməsindən xeyli müddət əvvəl (1 il) ödənildiyindən və başqa iş üzrə artıq istifadə edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar