Məhkəmə qərarları › İş №e-2(011)-6133/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6133/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6133/2022 16.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 sentyabr 2019-cu il tarixli MAS-1286 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 aprel 2022-ci il tarixə 555.23 manat gecikdirilmiş əsas, 199.35 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 285.19 manat dəbbə pulu, 685 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 1724.77 manat borc və ödənilmiş 37.65 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.T.Nəcəfli iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli MAS-1286 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən T.Şahmarovun sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166679 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir, “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən H.Şahmarov 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir, 23 iyul 2020-ci il tarixdə H.Şahmarov, Ə.Hüseynzadə və İddiaçı MMC arasında MAS-1286 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 26 sentyabr 2019-cu il tarixli MAS-1286 saylı “Daxili lizinq” müqaviləsi üzrə Ə.Hüseynzadə bütün öhdəlikləri öz üzərinə götürmüşdür, 29 avqust 2020-ci il tarixdə Ə.X1 və İddiaçı MMC arasında MAS-1286 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 26 sentyabr 2019-cu il tarixli MAS-1286 saylı “Daxili lizinq” müqaviləsi üzrə T.Yarməmmədov bütün öhdəlikləri öz üzərinə götürmüşdür, 04 sentyabr 2020-ci il tarixdə T.Yarməmmədov, Cavabdeh və İddiaçı MMC arasında MAS-1286 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 26 sentyabr 2019-cu il tarixli MAS-1286 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 aprel 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 685 manat məbləğində ziyan dəymişdir, Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 21 yanvar 2022-ci il tarixdə 800 manat məbləğində olmuşdur, eyni zamanda Cavabdeh 26 sentyabr 2019-cu il tarixli MAS-1286 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 aprel 2022-ci il tarixə 555.23 manat gecikdirilmiş əsas, 199.35 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 285.19 manat dəbbə pulu, ümumilikdə 1039.77 manat gecikmə borcu yaranmışdır, hazırda cavabdeh də iddia tələbini qismən qəbul edir. Sonda iddiaçının nümayəndəsi E.T.Nəcəfli iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim edərək ərizəyə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, belə ki, daxili lizinq müqaviləsinə əsasən, 555,23 manat əsas borcu, 199,35 manat mükafat və 685 manat lizinq obyektinə dəymiş zərəri qəbul edir, lakin dəbbə pulu çox şişirdilmişdir, iddia tələbinin həmin hissədə təmin edilməməsini istəyir, müqavilə üzrə avtomobili iddiaçıya təhvil vermişdir. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə X3 arasında xx.xx.2019-cu il tarixdə MAS-1286 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müəyyən edilmiş ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləği 13300 manatdır, həmin məbləğə 48 ay müddətinə illik 17% olmaqla mükafat məbləği hesablanır. Lizinq müqaviləsinin 4.4.3-cü bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan lizin obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək vəzifəsini daşıyır İş materiallarında olan xx.xx.2019-cu il tarixdə MAS-1286 saylı Daxili lizinq müqaviləsinə 1 №-li Əlavənin təsdiq olunmuş surətindən görünür ki, lizinq müqaviləsi üzrə əmlak ağ rəngli “Khazar SD” markalı minik maşınıdır, onun yekun qiyməti 13.300 manatdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Təhvil-təslim” Aktının təsdiq olunmuş surətindən görünür ki, lizinq obyekti - “Khazar SD” markalı minik avtomobili X2 təhvil verilmişdir. İş materiallarında olan X3 və X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, H.Şahmarov xx.xx.2019-cu il tarixli MAS-1286 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərini tam həcmdə sonuncuya ötürmüşdür. İş materiallarında olan 23 iyul 2020-ci il tarixli “Təhvil-təslim aktı”nın təsdiq olunmuş surətindən görünür ki, X3 və X9 arasında “Khazar SD” markalı 99PB323 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İş materiallarında olan X9 və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Ə.Hüseynzadə xx.xx.2019-cu il tarixli MAS-1286 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərini tam həcmdə sonuncuya ötürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Təhvil-təslim aktı”nın təsdiq olunmuş surətindən görünür ki, X9 və X5 arasında “Khazar SD” markalı 99PB323 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İş materiallarında olan X5 və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, T.Yarməmmədov xx.xx.2019-cu il tarixli MAS-1286 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərini tam həcmdə sonuncuya ötürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Təhvil-təslim aktı”nın təsdiq olunmuş surətindən görünür ki, X5 və Cavabdeh arasında “Khazar SD” markalı 99PB323 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İş materiallarında olan Qüsur aktından görünür ki, “Khazar SD” markalı 99PB323 dövlət qeydiyyat nişanlı avtomobilə ilkin texniki baxış zamanı qüsur aşkarlanmışdır, qüsur üzrə yekun ödənilməli məbləğ 685 manatdır. İş materiallarında olan X7 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” Aktdan görünür ki, tərəflər “Khazar SD” markalı 99PB323 dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcunu ödəyə bilmədiyi üçün təhvil-təslimi aparılmışdır, avtomobildə zədələr – arxa buferdə cızıq, qabaq bufer, arxa sol qapıda batıq və s. aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1876 saylı Arayışdan görünür ki, cavabdehin müqavilə üzrə borcu əsas borc 555,23 manat, mükafat borcu 199,35 manat, cərimə 285,19 manat, cəmi məbləğ 1039,77 manatdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcluya 14 aprel 2022-ci il tarixli 1063 №-li Xəbərbarlıq məktubu göndərilmiş, ona öhdəliklərini yerinə yetirmədiyi üçün müqavilənin 15 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcluya 12 may 2022-ci il tarixli 1352 №-li Xəbərbarlıq məktubu göndərilmiş, ondan borcu ödəməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 37,25 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı ilə H.Şahmarov arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 48 ay müddətinə illik 17% mükafat məbləği hesablanmaqla, sonuncuya təhvil verilmişdir, həmin müqavilə üzrə öhdəliklər, “Öhdəliklərin ötürülməsi müqaviləsi” üzrə xx.xx.2019-cu il tarixdə H.Şahmarovdan Ə.Hüseynzadəyə, xx.xx.2020-ci il tarixdə Ə.Hüseynzadədən T.Yarməmmədova, xx.xx.2020-ci il tarixdə T.Yarməmmədovdan Cavabdeh ötürülmüş, sonuncu avtomobili təhvil almışdır, lakin onun tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir, həmçinin avtomobilə keçirilmiş baxış zamanı ona zərər vurulduğu müəyyən edilmişdir, vurulmuş zərərin dəyəri 685 manatdır, cavabdeh iddia tələbini qismən - əsas borc, faiz (mükafat) borcu, dəymiş ziyan hissədə - qəbul edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən, İddiaçı MMC-nin iddia tələbinə dair Cavabdeh etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi həmin hissələrdə təmin edilməlidir. Məhkəmə, bağlanmış lizinq müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış dəbbə məbləğinin azaldılaraq, 10 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli MAS-1286 saylı Daxili lizinq müqaviləsi üzrə cavabdehdən 555,23 manat əsas, 199,35 manat mükafat, 685 manat lizinq obyektinə vurulmuş zərər və 10 manat cərimə borcu olmaqla, ümumilikdə 1449,58 manat Cavabdeh alınaraq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsi (1449,58) nəzərə alınmaqla 34,49 manat hissədə cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli MAS-1286 saylı Daxili lizinq müqaviləsi üzrə 555,23 manat əsas, 199,35 manat mükafat, 10 manat cərimə və 685 manat vurulmuş zərərin əvəzi olmaqla, ümumilikdə 1449 (min dörd yüz qırx doqquz) manat 58 (əlli səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat 49 (qırx doqquz) qəpik alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar