Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6256/2025 09.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Mehtiyeva Nailə Amur qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin mənzildə quraşdırılmış qaz sayğacı iddiaçıya məxsusdur. Qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə edilməmişdir. Lakin, Cavabdeh İB-nin nümayəndəsi iddiaçının iştirakı olmadan qanunsuz və əsassız akt tərtib edərək iddiaçıya borc hesablanmışdır.
İddiaçının tələbi:
2. Cavabdeh İB tərəfindən əsassız borc kimi yazılmış 3513,80 manat məbləğində borcun **********00764 saylı abonent kodundan silinməsi və pozulmuş hüquqlarıın bərpası ilə bağlı çəkilən xərcin - 300 manat məbləğində pulun Cavabdehndən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız borc kimi yazılmış 3513,80 manat məbləğində borcun **********00764 saylı abonent kodundan silinməsi və hüquqi yardım ilə bağlı çəkilən xərcin - 300 manat məbləğində pulun Cavabdehndən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
4. Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Balar oğlu öz izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Hüquqlarını müdafiə etdiyi şəxs Səbail rayonu, Bayıl qəsəbəsində fərdi yaşayış evi vardır. Həmin ünvanda təbii qazdan istifadə edir və abonent kodu da öz adınadır. Abonent koduna borc yazılıb. Bununla bağlı şəxs təşkilata müraciət edib. Təşkilat tərəfindən ona müvafiq sənədlər təqdim edilib. Sənədlərdən məlum olur ki, şəxs barəsində 2016, 2018, 2019, 2020-ci illərdə təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlar tərtib edilib, vətəndaşa verilməyən digər sənədlər və saldodan da məlum olur ki, şəxsə 2018-ci ilin avqust ayında borclar yazılıb. Vətəndaşın qazdan qeyri-qanuni istifadə edildiyi qeyd edilib. Lakin vətəndaş bununla razı deyil. Əgər həqiqətən belə hal olsa idi, mənzilə qazın verilməsi dayndırılmalı idi. həmçinin bu aktlar vətəndaşa çatdırılmalı idi, lakin təqdim edilməyib, formal olaraq göstərilib ki, guya qəbul etməkdən imtina edib. Hər hansı qanunsuz qoşulma yoxdur. Rəylə razıdır və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, iddia ilə razı deyil. Əlavə qaz xəttindən istifadə edilib. Şəkillər vardır. Aktlar tərtib edilib, hər aktdan sonra qaz kəsilib, aktın təhvil alınmasından imtina edilib. tərəfə təqdim etdiyi sənədlərdə, şəkillərdə tarix faktiki olaraq göstərilməsədə eyni mənzildir. Rəylə razı deyil. 2016-cı ildən o qaz xətti istifadə edilir. İddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. xx.xx.2016-cı il tarixli, 088098 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir.
8. Dəymiş ziyanın bərpasına dair xx.xx.2016-cı il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2016-cı il tarixli, 088098 saylı akt əsasında dəymiş ziyanın həcmi 1944 m3 hesablanmışdır.
9. xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
10. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 2624 m3 hesablanmışdır.
11. xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
12. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 864 m3 hesablanmışdır.
13. xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan kənar xətt vasitəsilə istifadə etmişdir.
14. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 576 m3 hesablanmışdır.
15. xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir.
16. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 260 m3 hesablanmışdır.
17. xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
18. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 576 m3 hesablanmışdır.
19. xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
20. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 216 m3 hesablanmışdır.
21. xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan kənar xətt vasitəsilə istifadə etmişdir.
22. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 216 m3 hesablanmışdır.
23. xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir.
24. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 216 m3 hesablanmışdır.
25. xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
26. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 216 m3 hesablanmışdır.
27. xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
28. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 216 m3 hesablanmışdır.
29. xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan kənar xətt vasitəsilə istifadə etmişdir.
30. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 216 m3 hesablanmışdır.
31. xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir.
32. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 216 m3 hesablanmışdır.
33. xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
34. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 990 m3 hesablanmışdır.
35. xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
36. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 216 m3 hesablanmışdır.
37. xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan kənar xətt vasitəsilə istifadə etmişdir.
38. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 144 m3 hesablanmışdır.
39. xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir.
40. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 144 m3 hesablanmışdır.
41. xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
42. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 324 m3 hesablanmışdır.
43. xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
44. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 324 m3 hesablanmışdır.
45. xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan kənar xətt vasitəsilə istifadə etmişdir.
46. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 324 m3 hesablanmışdır.
47. xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir.
48. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 324 m3 hesablanmışdır.
49. xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
50. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 576 m3 hesablanmışdır.
51. xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
52. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 2520 m3 hesablanmışdır.
53. xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan kənar xətt vasitəsilə istifadə etmişdir.
54. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 2520 m3 hesablanmışdır.
55. xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir.
56. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 2520 m3 hesablanmışdır.
57. xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
58. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 2520 m3 hesablanmışdır.
59. xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
60. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 2520 m3 hesablanmışdır.
61. xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan kənar xətt vasitəsilə istifadə etmişdir.
62. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 2520 m3 hesablanmışdır.
63. xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan kənar xətt vasitəsilə istifadə etmişdir.
64. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 1944 m3 hesablanmışdır.
65. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasiya Mərkəzi tərəfndən verilən xx.xx.2025 tarixli, N3-16-16/2-3/1068/2025-ci saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.
66. Abonentin saldosundan görünür ki, iddiaçıya qalıq və aktlar bölməsi üzrə 2013-cü ilin oktyabr ayı üzrə 156 manat, 2016-cı ilin mart ayı üzrə 194.40 manat, 2018-ci il üzrə 1233.20 manat, 2019-cu üzrə 631.80 manat, 2020-ci il üzrə 1454.40 manat məbləğində borc hesablanmışdır.
67. Digər sənədlər və fotoşəkillər.
Tətbiq edilən hüquq:
68. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
69. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
70. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
71. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
72. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
73. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1 işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
74. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
75. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
76. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı yenisi ilə əvəzlənmiş, qaz sayğacının klapanının bağlanmaması dəyəri ödənilməmiş təbii qazdan istifadə edildiyi müəyyən olunmuş və hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
77. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli, 088098 saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı nömrəli aktlar əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. (§7, §9, §11, §13, §15, §17, §19, §21, §23, §25, §27, §29, §31, §33, §35, §37, §39, §41, §43, §45, §47, §49, §51, §53, §55, §57, §59, §61, §63) . Eyni zamanda, abonent sldosunda 05.2018 və 09.2018-ci il tarixlərində də istehlakçıya cərimə yazıldığı müəyyən edilir, həmin aktlar təqdim edilməsə də, məhkəmə eyni əsaslarla cərimənin yazıldığı qənaətinə gəlir. Lakin iş materiallarında qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri) silinməlidir.
78. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının abunə koduna hesablanmış borc məbləğinin silinməsi barədə iddia tələbi təmin edilməlidir.
79. Belə ki, iddiaçıya xx.xx.2016-cı il tarixli, 088098 saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı nömrəli aktlar əsasında 3569 manat məbləğində borc hesablanmışdır. Lakin, iddiaçı iddia tələbində 3513,80 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi 3513,80 manat məbləğində borcun silinməsi hissəsində əsaslıdır və təmin edilməldir.
80. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2016-cı il tarixli, 088098 saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktlar və 05.2018 və 09.2018-ci il tarixli aktlar əsasında cavabdeh tərəfindən iddiaçının **********00764 saylı abunə koduna hesablanmış 3513,80 manat məbləğində borc silinməlidir.
Məhkəmə xərcləri:
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 55,14 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də aiddir. İddia tələbi təmin edildiyinə görə də məhkəmə hesab edir ki, vəkilə hüquqi yardım göstərdiyi üçün ödənilmiş 300 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı qızının xeyrinə ödənilməlidir.
83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00764 saylı abunə koduna hesablanmış 3513,80 (üç min beş yüz on üç manat səksən qəpik) manat məbləğində borc silinsin.
3. Mülki iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 64 (altmış dörd) manat məhkəmə trasoloji ekspertiza xərci cavabdeh "Azəriqaz” İstehsalat Birliyindən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
4. Cavabdehndən 55,14 (əlli beş manat on dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.
5. Cavabdehndən göstərilmiş hüquqi yardımın əvəzi olaraq 300 (üç yüz) manat pul tutularaq İddiaçı ödənilsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova