Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6328/2025 01.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Möhsümzadə Tural Kamran oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi , Cavabdeh iştirakları ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 aprel 2024-cü il tarixli AZL-2575 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 iyul 2025-ci il tarixə ödənilməmiş 1986.02 manat gecikdirilmiş əsas, 1910.10 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1628.16 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Malibu LTZ” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 30 manat, ümumilikdə 5554.28 manat borc və ödənilmiş 75.54 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2024cü il tarixli AZL-2575 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Malibu LTZ” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543.51 manat, ümumilikdə isə 65131 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 65131 manatın 45720 manatı əsas məbləğ təşkil edir. Cavabdehnın müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Malibu LTZ” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 iyul 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 30 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdehnın AZL-2575 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 iyul 2025-ci il tarixə ümumilikdə 5524.28 manat məbləğində gecikmə borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi Guseinov Gasan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, 30 aprel 2024cü il tarixdə iddiaçı ilə lizinq müqaviləsi bağlamış, 10 ay ödəniş etmiş, anasının səhhəti ilə bağlı sonrakı ödənişləri edə bilməmişdir. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 30 aprel 2024-cü il tarixdə AZL-2575 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müəyyən edilmiş ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləği 45720 manatdır, həmin məbləğə 60 ay müddətinə illik 17% olmaqla mükafat məbləği hesablanır. Lizinq müqaviləsinin 4.4.3-cü bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan lizin obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək vəzifəsini daşıyır İş materiallarında olan 30 aprel 2024-cü il tarixdə AZL-2575 saylı Daxili lizinq müqaviləsinə 1 №-li Əlavənin təsdiq olunmuş surətindən görünür ki, lizinq müqaviləsi üzrə əmlak qara rəngli “Chevrolet Malibu LTZ” markalı minik maşınıdır, onun yekun qiyməti 45720 manatdır. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli “Təhvil-təslim” Aktının təsdiq olunmuş surətindən görünür ki, lizinq obyekti - “Chevrolet Malibu LTZ” markalı minik avtomobili Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” Aktdan görünür ki, tərəflər “Chevrolet Malibu LTZ” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Chevrolet Malibu LTZ” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrinin yekun dəyəri 30 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 2885 saylı Arayışdan görünür ki, cavabdehin müqavilə üzrə borcu əsas borc 1986.02 manat, mükafat borcu 1910.10 manat, cərimə 1628.16 manat, cəmi məbləğ 5524.28 manatdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcluya xx.xx.2025-ci il tarixli 2659 №-li Xəbərbarlıq məktubu göndərilmiş, ona öhdəliklərini yerinə yetirmədiyi üçün müqavilənin 15 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi, ondan borcu ödəməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 165 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən, “Chevrolet Malibu LTZ” minik markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil 60 ay müddətinə illik 17% mükafat məbləği hesablanmaqla, ona təhvil verilmişdir, lakin onun tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir, həmçinin avtomobilə keçirilmiş baxış zamanı ona zərər vurulduğu müəyyən edilmişdir, avtomobilin təmir-bərpası üçün vurulmuş zərərin dəyəri 30 manatdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən iddia tələbi əsas borc, mükafat məbləği və vurulmuş zərər hissələrində təmin edilməlidir. Məhkəmə, bağlanmış lizinq müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış dəbbə məbləğinin azaldılaraq, 150 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 aprel 2024-cü il tarixli AZL2575 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 iyul 2025-ci il tarixə ödənilməmiş 1986.02 manat gecikdirilmiş əsas, 1910.10 manat gecikdirilmiş mükafat və 150 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Malibu LTZ” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 30 manat İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsi (4076,12) nəzərə alınmaqla 60,77 manat hissədə cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə ödənilməmiş 1986.02 manat gecikdirilmiş əsas, 1910.10 manat gecikdirilmiş mükafat və 150 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Malibu LTZ” markalı, **- YM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 30 manat olmaqla, ümumilikdə 4076 (dörd min yetmiş altı) manat 12 (on iki) qəpik məbləğində pul vəsaiti və 60 (altmış) manat 77 (yetmiş yeddi) qəpik dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6328/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6328/2025
01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver