Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6337/2024 17.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cavabdeh X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsini araşdırıb MÜƏYYƏN ETDİ:
1. İddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidməti cavabdeh X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən Cavabdeh tərəfindən 090099 və 036650 kodlarda əsassız hesablanmış müvafiq olaraq 52210 (əlli iki min iki yüz on) manat 53 qəpik və 16088 (on altı min səksən səkkiz) manat 34 qəpik, ümumi 68.298 (altmış səkkiz min iki yüz doxsan səkkiz) manat 87 qəpik məbləğində qaz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması zəruridir.
5. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı öz tələbi kimi cavabdeh tərəfindən əsassız hesablanmış borcun silinməsi tələbini irəli sürmüş, Cavabdeh tərəfindən 090099 və 036650 kodlarda əsassız hesablanmış müvafiq olaraq 52210 (əlli iki min iki yüz on) manat 53 qəpik və 16088 (on altı min səksən səkkiz) manat 34 qəpik, ümumi 68 298 (altmış səkkiz min iki yüz doxsan səkkiz) manat 87 qəpik məbləğində qaz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübut edən hər hansı sənədi əlavə etməmişdir. Belə olan halda ilkin sübutlar kifayət etmədiyindən məhkəmə tərəfindən əsassız borcun hansı abunə koduna, hansı müəssisəyə hesablandığını və yaxud hazırki iş üzrə iddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin istehlakçı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
6. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ilə birbaşa əlaqəli olan sübutlar ərizəyə əlavə edilməmişdir. İddiaçı yalnız ərizə verməklə kifayətlənmiş, hazırki iddia ərizəsi ilə silinməsi xahiş edilən cavabdeh tərəfindən əsassız borcun hesablanmasını təsdiq edən heç bir sübutu və ya sənədi ərizəyə əlavə etməmişdir.
7. Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, iddiaçı öz iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi göstərməlidir. Hal-hazırki ərizəçi iddia ərizəsinin Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş tələblərinə riayət etmədiyindən ərizə geri qaytarılmalıdır.
8. Eyni zamanda ərizənin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilir.
9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
1. İddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cavabdeh X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova