Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6399/2022 30.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı (Abonent kodu: **********00281) hesablanmış 2488,50 manat borcun silinməsi və “Mexaniki” tipli sayğac qoyulmamışdan öncə onun smart kartında olan 80 manat pul vəsaitinın ona məxsus abonent koduna köçürülməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Şüvəlan qəsəbəsində yaşayır, ona məxsus evin kommunal xərcləri, xüsusilə də qaz sərfiyyatı ilə bağlı xərclər tərəfindən hər zaman vaxtlı-vaxtında ödənilir və heç bir zamanda heç birinə görə borcu olmamışdır, ona məxsus **********00281 saylı abunə kodunda Cavabdeh xx.xx.2022-ci il tarixli bildirişində 2497.50 manat borcunun olduğu qeyd olunmuşdur, 2497.50 manat borc tamamilə əsassızdır və qanunsuz olduğundan etibarsız hesab edilməlidir, xx.xx.2022-ci il tarixdə “smart-kart” tipli qaz sayğacı yenisi ilə əvəzlənərək “mexaniki” tipli qaz sayğacı qoyulmuşdur, “mexaniki” tipli sayğac qoyulmamışdan öncə smart kartında 80 manat pul vəsaiti olmuş, lakin sayğacların əvəzlənməsindən sonra həmin 80 manat pul vəsaiti də kartdan silinmişdir, bu sayğacın çıxarılması barədə aktda da qeyd olunmuşdur, sayğacın əvəzlənməsi cavabdehin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarla rəsmiləşdirilmişdir, cavabdehin xx.xx.2022-ci il tarixli bildirişi təqdim olunduqdan sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən ona 2497.50 manat cərimə hesablanmışdır, mübahisəli dövrdən öncə cavabdeh təşkilata heç bir borcu olmamış və tərəfindən ödənişlər vaxtı vaxtında olunmuşdur, fərdi yaşayış evinin sayğacına tərəfindən hər hansı müdaxilə edilməmişdir, əgər edilibsə də, buna cavabdehlik daşımamalıdır, çünki sayğac fərdi yaşayış evində deyil, evdən çöldə, hasarın digər tərəfində hər kəs üçün nəzərdə tutulan ümumi istifadədə olan yerdə quraşdırılmışdır, ev bağ evidir, orada daimi yaşamır, Bakı şəhərində yaşayır, yaşamadığı halda on bu qədər borc yazılması məntiqli deyildir, aparatın düzgün işləyib-işləməməsini o müəyyən edə bilməz, buna nəzarətçi nəzarət edir, onlar yoxlayır, əgər işləmirsə bunu vaxtında müəyyən etməlidirlər, əgər işləmirsə də, pul çıxması düzgün deyildir, xx.xx.2022-ciil tarixli aktı isə o imzalamamışdır, imza onun deyildir, bütün bunlara görə, yəni etmədiyi əmələ görə məsuliyyət daşımağı gülüncdür. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 28 oktyabr 2022-ci il tarixdə cavabdehin nümayəndəsi R.V.Əliyev məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçıya 2022-ci ilin iyun ayında, qaz sayğacının elektron və mexaniki göstəriciləri arasında kəskin fərq yaranmış və fərqin hesabı təhlil edilərək 2488,50 manat dəyərində qazın itirildiyi aşkar edilmişdir, iddiaçı qazdan istifadə edərək, dəyərini ödəmədiyi 2488,50 manat borcu ödəməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Şüvəlan qəsəbəsində yerləşən fərdi ev üzrə İTRON G4 markalı 1705AZ**********75 saylı sayğac yeni mexaniki G6 markalı 40379802 saylı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Şüvəlan qəsəbəsində yerləşən fərdi ev üzrə İTRON G4 markalı 1702AZ**********24 saylı sayğac yeni Zenner G4 markalı **********3 saylı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Bildiriş Xəbərdarlıq” qəbzinin surətindən görünür ki, İddiaçı Yaqub oğlunun **********00281 saylı abonent kodu üzrə ümumi borcu 2497,50 manatdır. İş materiallarında olan istehlakçı İddiaçı **********00281 abonent koduna 2022-ci ilin 7-ci - iyul ayı üzrə 2488,5 manat borc yazılmışdır. İş materiallarında olan 2 dekabr 2022-ci il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı **********00281 saylı abonent hesabı üzrə 07/2022-ci il tarixə ay sonuna borcu 3,36 manat, 08/2022-ci il tarixə ay sonuna olan borcu 2491,86 manat, 09/2022-ci il tarixə ay sonuna olan borcu 2497,50 manat, 10/2022-ci il tarixə ay sonuna borcu 2507,82 manatdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə cavabdehin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir, iddiaçının **********00281 saylı abonent hesabına 2022-ci ilin iyul ayı üzrə 2488,5 manat borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının abonent hesabına 07/2022-ci il tarixi üzrə 2488,5 manat borc yazılmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 2488,5 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbinin “smart kartında olmuş və borca silinmiş 80 manat pul vəsaitinın ona məxsus abonent koduna köçürülməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (Gasrep, aktlar və s.) cavabdeh tərəfindən iddiaçıya məxsus abonent kodundan borca görə 80 manat məbləğində pulun silinməsi müəyyən olunmadığından, habelə buna dair mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00281) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2488,50 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın təmin edilmiş həddi və onun 1000 manatdan çox olması nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 44,88 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********00281 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 2488 (iki min dörd yüz səksən səkkiz) manat 50 (əlli) qəpik borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 44 (qırx dörd) manat 88 (səksən səkkiz) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6399/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6399/2022
30.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver