Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6791/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 iyul 2021-ci il tarixli MAS-4119 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 may 2024-cü il tarixə 1534.38 manat gecikdirilmiş əsas, 687.40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 434.89 manat dəbbə pulu, ümumilikdə 2656.67 manat borc və ödənilmiş 46.57 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.T.Nəcəfli iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə X9 arasında bağlanmış 29 iyul 2021-ci il tarixli MAS-4119 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 14 avqust 2021-ci il tarixdə X9, X12 və İddiaçı MMC arasında MAS-4119 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri T.Həbibov öz üzərinə götürmüşdür. 04 oktyabr 2021-ci il tarixdə X12, X16 və İddiaçı MMC arasında MAS-4119 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri F.Əlizadə öz üzərinə götürmüşdür. 28 dekabr 2021-ci il tarixdə X16, X4 və İddiaçı MMC arasında MAS- 4119 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri R.Rəhimov öz üzərinə götürmüşdür. 17 yanvar 2023-cü il tarixdə X4, X13 və İddiaçı MMC arasında MAS-4119 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Callalı öz üzərinə götürmüşdür. 31 yanvar 2023-cü il tarixdə X13, X8 və İddiaçı MMC arasında MAS-4119 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri O.Atakişiyev öz üzərinə götürmüşdür. 15 noyabr 2023-cü il tarixdə X8, Cavabdeh və İddiaçı MMC arasında MAS-4119 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 may 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh MAS-4119 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 may 2024-cü il tarixə ümumilikdə 2656.67 manat məbləğində gecikmə borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi E.T.Nəcəfli iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Nəcəfli yazılı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını xahiş etdi. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə X9 arasında xx.xx.2021-ci il tarixdə MAS-4119 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müəyyən edilmiş ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləği 17000 manatdır, lizing alan bu müqavilə imzalandığı gün 3400 manat məbləğində lizing ödənişini lizing verənə ödəməyi öz öhdəsinə götürür, ödənilmiş 3400 manat lizing ödənişi lizing müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 24,5% həcmində mükafat məbləği hesablanır. Lizinq müqaviləsinin 4.4.3-cü bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan lizin obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək vəzifəsini daşıyır. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə MAS-4119 saylı Daxili lizinq müqaviləsinə 1 №-li Əlavənin təsdiq olunmuş surətindən görünür ki, lizinq müqaviləsi üzrə əmlak qara rəngli “Khazar SD” markalı minik maşınıdır, onun yekun qiyməti 17.000 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Təhvil-təslim” Aktının təsdiq olunmuş surətindən görünür ki, lizinq obyekti - “Khazar SD” markalı minik avtomobili X6 təhvil verilmişdir. İş materiallarında olan X9 və X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, H.Qurbanov xx.xx.2021-ci il tarixli MAS-4119 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərini tam həcmdə sonuncuya ötürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Təhvil-təslim aktı”nın təsdiq olunmuş surətindən görünür ki, X9 və X12 arasında “Khazar SD” markalı 77PB091 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İş materiallarında olan X12 və X16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, T.Həbibov xx.xx.2021-ci il tarixli MAS-4119 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərini tam həcmdə sonuncuya ötürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Təhvil-təslim aktı”nın təsdiq olunmuş surətindən görünür ki, X12 və X16 arasında “Khazar SD” markalı 77PB091 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İş materiallarında olan X16 və X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, F.Əlizadə xx.xx.2021-ci il tarixli MAS-4119 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərini tam həcmdə sonuncuya ötürmüşdür. İş materiallarında olan X2 Orxan Seliya oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, R.Rəhimov xx.xx.2021-ci il tarixli MAS-4119 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərini tam həcmdə sonuncuya ötürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Təhvil-təslim aktı”nın təsdiq olunmuş surətindən görünür ki, X4 və X10 arasında “Khazar SD” markalı 77PB091 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İş materiallarında olan X10 və X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, O.Calallı xx.xx.2021-ci il tarixli MAS-4119 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərini tam həcmdə sonuncuya ötürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Təhvil-təslim aktı”nın təsdiq olunmuş surətindən görünür ki, X10 və X8 arasında “Khazar SD” markalı 77PB091 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İş materiallarında olan X8 və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, O.Atakişiyev xx.xx.2021-ci il tarixli MAS-4119 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərini tam həcmdə sonuncuya ötürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Təhvil-təslim aktı”nın təsdiq olunmuş surətindən görünür ki, X8 və Cavabdeh arasında “Khazar SD” markalı 77PB091 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1761 saylı Arayışdan görünür ki, cavabdehin müqavilə üzrə borcu əsas borc 1534,38 manat, mükafat borcu 687,40 manat, cərimə 434,89 manat, cəmi məbləğ 2656,67 manatdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcluya xx.xx.2024-cü il tarixli 1655 №-li Xəbərbarlıq məktubu göndərilmiş, ondan borcu ödəməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 46,57 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə X9 arasında 29 iyul 2021-ci il tarixli MAS-4119 saylı “Daxili lizinq” müqaviləsi bağlanmışdır, müqavilənin şərtlərinə əsasən lizinq verən İddiaçı MMC və lizinq alan X1 etdiyi 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobili muzdla ((lizinq məbləği 17000 manat, illik faiz 24,5% və müddət 48 aydır, aylıq ödənişlərin məbləği 447,15 manat) lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür, sonradan həmin müqavilə üzrə öhdəliklər, “Öhdəliklərin ötürülməsi müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixdə H.Qurbanovdan T.Həbibova, xx.xx.2021-ci il tarixdə T.Həbibovdan F.Əlizadəyə, xx.xx.2021-ci il tarixdə F.Əlizadədən R.Rəhimova, xx.xx.2023-cü il tarixdə R.Rəhimovdan O.Calallıya, xx.xx.2023-cü tarixdə O.Callalıdan O.Atakişiyevə, xx.xx.2023-cü il tarixdə O.Atakişiyevdən Cavabdeh ötürülmüş, nəticədə xx.xx.2021-ci il tarixli MAS-4119 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəliklər Cavabdeh tərəfindən heç bir tələb irəli sürmədən qəbul edimiş və öhdəliklərin onun tərəfindən yerinə yetiriləcəyi müəyyən edilmişdir, lizinq obyekti Cavabdeh müvəqqəti istifadə və sahibliyində olmuşdur, sonuncu müqavilə üzrə ödənişləri yerinə yetirməməklə, müqavilənin şərtlərini pozmuşdur, iddiaçı tərəfindən borcun olması barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli MAS-4119 saylı Daxili lizinq müqaviləsi üzrə cavabdehdən 1534,38 manat əsas, 687,40 manat mükafat, 434,89 manat cərimə borcu olmaqla, ümumilikdə 2656,67 manat Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 46,57 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4119 saylı Daxili lizinq müqaviləsi üzrə 1534,38 manat əsas, 687,40 manat mükafat, 434,89 manat cərimə borcu olmaqla, ümumilikdə 2656 (iki min altı yüz əlli altı) manat, 67 (altmış yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 (qırx altı) manat 57 (əlli yeddi) qəpik alınaraq İddiaçınə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6791/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-6791/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver