Məhkəmə qərarları › İş №e-2(011)-6859/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6859/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6859/2025 03.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İddiaçı «Azərmaş Alyans” MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – Cavabdeh 18 may 2023-cü il tarixli ALY-1903 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə 559,38 manat gecikdirilmiş əsas, 414,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 369,34 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1.511,40 manat məbləğində pulun, ümumilikdə 2.855 manat borcun və ödənilmiş 48,60 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 18 may 2023-cü il tarixli ALY-1903 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2022ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA035900 ban, qəhvəyi metallik avtomobil 23.750 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 18 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488,82 manat, ümumilikdə isə 33.829 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 02 iyul 2024-cü il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında ALY1903 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 18 may 2023-cü il tarixli ALY-1903 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 iyun 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1.511,40 manat dəyərində ziyan dəymişdir. Cavabdeh saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 iyun 2025-ci il tarixə 559,38 manat gecikdirilmiş əsas, 414,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 369,34 manat dəbbə pulu, cəmi 1.343,60 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili Lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili Lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhviltəslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (“lizinq verən”) ilə X4 (“lizinq alan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli ALY-1903 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. İş materilallarında olan 18 may 2023-cü il tarixli ALY-1903 saylı “Daxili lizinq” müqaviləsinə 1 saylı Əlavənin 2-ci bəndində “Chevrolet Cobalt” minik markalı, qəhvəyi rəngli, Ban XWBJA69V9PA035900, qiyməti 23.750 manat qiyməti olan olan nəqliyyat vasitəsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Chevrolet Cobalt” minik markalı, qəhvəyi rəngli, Ban XWBJA69V9PA035900, qiyməti 23.750 manat qiyməti olan nəqliyyat vasitəsi X3 (lizinq alan) təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ALY-1903 saylı Cavabdeh (“Öhdəlikləri qəbul edən”), X4 (“Öhdəlikləri Ötürən”) və "xxxx" MMC (Şirkət) arasında "öhdəliklərin ötürürülməsi" müqaviləsinə əsasən 18 may 2023-cü il tarixli ALY-1903 saylı “Daxili lizinq” müqaviləsi üzrə “Öhdəlikləri Ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “Öhdəlikləri qəbul edən”-ə ötürür. “Öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca icra edəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ALY-1903 saylı “Daxili Lizinq” müqaviləsinə dəyişikliklər edilməsinə dair İddiaçı MMC (“lizinq verən”) ilə Cavabdeh (“lizinq alan”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1 saylı razılaşmanın surətindən görünür ki, tərəflər razılaşırlar ki, xx.xx.2023-cü il tarixli ALY-1903 saylı “Daxili Lizinq” müqaviləsi üzrə hər hansı bir səbəbdən öhdəlik 3-cü şəxslərə ötürülərsə, bağlanacaq yeni "Daxili Lizinq" və ya “Öhdəliklərin ötürülməsi” müqaviləsi üçün “Lizinq alan” “Lizinq verən”ə 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqı ödəyir. “Lizinq alan” Lizinq obyektindən istifadəni “Lizinq verən” tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. Bu zaman etibarnamələr “Lizinq alan”a heç bir xidmət haqqı ödənilmədən verilir. “Lizinq alan”ın müraciəti əsasında etibar edilən şəxslərin siyahısı yalnız “Lizinq verən”in razılığı ilə 100 (yüz) manat xidmət haqqı ödənilməklə dəyişdirilə bilər. Adı siyahıya qeyd edilən şəxs tərəfindən ona verilən hər etibarnamə üçün 5 (beş) manat məbləğində xidmət haqqı “Lizinq verən”ə ödənilir. Bu razılaşma xx.xx.2023-cü il tarixli ALY-1903 saylı “Daxili Lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ALY-1903 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əlavələr edilməsi haqqında İddiaçı MMC (“lizinq verən”) ilə Cavabdeh (“lizinq alan”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2 saylı razılaşmanın surətindən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən etibarən Lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil “Lizinq alan”a (öhdəlikləri qəbul edənə) təhvil verildikdən sonra avtomobil təhvil verilənədək və həmçinin “Lizinq alan”ın (öhdəlikləri qəbul edənin) istifadəsində olduğu bütün müddət ərzində avtomobildən istifadə nəticəsində törədilmiş inzibati xətaya görə tətbiq ediləcək inzibati cərimələri (MMX, radar və s.) ödəməyi “Lizinq alan” (öhdəlikləri qəbul edən) öz üzərinə götürür. Bu saziş üzrə edilmiş əlavələr xx.xx.2024-cü il tarixli, ALY-1903 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla imzalandığı tarixdən qüvvəyə minir. Bu saziş Azərbaycan dilində olmaqla eyni qüvvəyə malik 2 (iki) nüsxədə imzalanır və nüsxələrdən biri “Lizinq verən”də, digəri isə “Lizinq alan”da (öhdəlikləri qəbul edəndə) qalır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli lizinq obyektinin təhvil-təslim aktının surətindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ALY-1903 saylı “Daxili Lizinq” müqaviləsinə 3 saylı Əlavədə əks olunmuş ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin cədvələ görə Cavabdeh 23.750 manat məbləği üzrə illik 18 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə xx.xx.2023-cü il tarixdən xx.xx.2028ci il tarixədək hər ay 488,82 manat, xx.xx.2028-ci il tarixdə 489,11 manat olmaqla (əsas məbləğ və mükafat məbləğinin cəmi) lizinq ödənişlərini "xxxx" MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin təmir aktından görünür ki, “Chevrolet Cobalt” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ödənilməli olan xərc vəsaiti 1.511,40 manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 760 saylı arayışın surətindən görünür ki, borclu Cavabdeh 18 may 2023-cü il tarixli ALY-1903 saylı “Daxili lizinq” müqaviləsi üzrə 03 iyun 2025-ci il tarixə əsas borc 559,38 manat, mükafat borcu 414,88 manat, cərimə borcu 369,34 manat olmaqla ümumilikdə gecikdirilmiş cəmi 1.343,60 manat məbləğdə borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə bağlanmış 18 may 2023-cü il tarixli ALY-1903 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən Cavabdeh 2022-ci il buraxılış, “Chevrolet Cobalt” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı, qəhvəyi metallik rəngli avtomobil verilmişdir. Tərəflər arasında imzalanmış “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, 03 iyun 2025-ci il tarixə 1.343.6 manat məbləğində gecikmə borcu yaranmış, lizinq obyekti olan “Chevrolet Cobalt” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1.511,40 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi əsasında onların birinin digəri qarşısında müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinin tələbinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Qeyd edilən Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Göstərilən Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən, lizinq şirkəti üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh istifadəsinə və sahibliyinə vermiş, lakin lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alanın lizinq verənə əsas, mükafat və cərimə borcu yaranmışdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, cavabdeh daxili lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrası şərtlərini pozduğundan, iddia tələbi müqavilə üzrə borcun ödənilməsinə əsasən dəbbə pulunun tutulması hissələrində qismən təmin edilməlidir. Belə ki, Cavabdeh 559,38 manat gecikdirilmiş əsas borc, 100 manat dəbbə pulu, 414,88 gecikdirilmiş mükafat, dəymiş zərərə görə 1.511,40 manat məbləği olmaqla, cəmi 2.585,66 manat pul məbləği və 48,60 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçı ondan 369,34 manat məbləğində cərimənin tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, əsas borcun məbləğinə nisbətdə cərimə məbləğinin yüksək olduğunu nəzərə alaraq, cərimənin 100 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 48,60 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 18 may 2023-cü il tarixli ALY-1903 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 559,38 (beş yüz əlli doqquz manat otuz səkkiz qəpik) manat gecikdirilmiş əsas borc, 414,88 (dörd yüz on dörd manat səksən səkkiz qəpik) manat gecikdirilmiş mükafat, 100 (bir yüz) manat dəbbə pulu, dəymiş zərərə görə 1.511,40 (bir min beş yüz on bir manat qırx qəpik) manat məbləği olmaqla, cəmi 2.585,66 (iki min beş yüz səksən beş) manat pul məbləği və 48,60 (qırx səkkiz manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «Azərmaş Alyans” MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar